Karl Rader: “İlham Əliyev atasından qalma idarəçilik mexanizmini genişləndirib və dərinləşdirib”
2013-cü il Azərbaycanda etirazlarla başladı. İki həftə ərzində nümayişlər Bakını silkələdi, indi də İsmayıllı. Bəzi müşahidəçilər bu hadisələri ərəb üsyanları ilə müqayisə edərək “Azərbaycan baharı”nın başlaması adlandırır. Uzun müddət Qafqazda çalışmış tanınmış ekspert Karl Rader Turan-ın Vaşinqton müxbirinə müsahibəsində baş verənlərlə bağlı öz fikrilərini bölüşüb. İsmayıllı hadisələrini necə qiymətləndirməsilə bağlı sualın cavabında ekspert deyib ki, ötənilki Quba hadisələri ilə müqayisədə hakimiyyətin taktikasında dəyişiklik görür. O zaman çoxsaylı nümayişçi həbs olunmuşdu, həm də yerli İcra Hakimiyyətinin rəhbəri vəzifəsindən çıxarılmışdı. Bu, adamları sakitləşdirmək üçün edilmişdi. Lakin yanvarın 24-də Əli Həsənovun (Prezident Administrasiyasının ideoloji şöbəsinin rəhbəri) verdiyi bəyanatdan belə çıxır ki, spontan qiyamlar Azərbaycanın özünə olan hücumdur. Əsasən o deyib ki, bəzi adamlar bu hadisələrdən Azərbaycan dövlətçiliyinə qarşı istifadə edirlər. Bundan əlavə, günahkarları həbslə hədələyib ki, bu da məmurların yox, nümayişçilərin təqib olunması deməkdir. Həsənovun kimin adından – özünün və ya hələ ki susan hökumətin adından danışması hələlik məlum deyil. Bunu ən yüksək səviyyədə yüngül çaxnaşma kimi qiymətləndirmək olar ki, günahı üzərinə yıxmağa adam axtarırlar (təəccüblüdür ki, hökumətdə heç kim bu hadisələrdə Ermənistanı ittiham etməyib). Lakin məsələ bundadır ki, Bakıda nümayişlər zamanı tanınmış fəalların və müxalifətçilərin həbsi hakimiyyət üçün təhlükəli deyil, nəinki rayonlardakı adi vətəndaşların həbsi. Burada vətəndaşların qəzəbi başqadır və çox xoşagəlməz nəticələrə səbəb ola bilər. “Hakimiyyət İsmayıllı və Quba hadisələrindən hansı nəticəni çıxarmalıdır?” sualının cavabında Rader deyib ki, Qubadan başlamış Bakı və İsmayıllıdakı etirazlara qədər hadisələri bir mühüm amil birləşdirir – bu, orqanik etirazlardır. Yəni, bunlar yuxarıların göstərişi ilə baş verməyib, təbii, spontan xarakter daşıyır. Bu o deməkdir ki, hökumətin təzyiqlərinə məruz qalan adi müxalifət partiyaları adi adamların etirazlarını əsaslandırmaq üçün artıq lazım deyil. Və qəflətən etirazlar baş verəndə, xüsusən də Bakıdan kənarda, hökumət narahat olmalı və buna necə reaksiya vermək barədə düşünməlidir. “Bu hadisələr ərəb baharı üsyanını xatırladırmı?” sualının cavabında Rader bildirib ki, hələlik hökumətin devrilməsi məqsədilə Azərbaycan xalqından təkan yoxdur. Lakin mən adamların yoxsulluq içində yaşadığı, onların səsinin eşidilmədiyi yerlərdə bu narazılığı qiymətləndirməyənlərə xəbərdarlıq etmək istərdim. İlham Əliyev atasından qalma idarəçilik mexanizmini genişləndirib və dərinləşdirib. Baş verənlər genişlənməsə və Azərbaycan cəmiyyətində dərin irəliləyişə gətirib çıxarmasa, bu hadisələr oktyabr seçkilərinə təsir göstərməyəcək. Qərbin bu vəziyyətə reaksiyası necə olacaq? Bu sualın cavabında ekspert deyib ki, qərb hökumətlərinin əksəriyyəti müşahidələri davam etdirir, hökumətin vəziyyətə nə dərəcədə nəzarət edəcəyi və İsmayıllı hadisələrinin nəticələrinin öhdəsindən necə gələcəyi ilə bağlı qiymətləndirmələr aparır. “Siyasət şöbəsi”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?