GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Aydın Əliyevə qarşı böyük qruplaşma

Aydın Əliyevə qarşı böyük qruplaşma

Tarix: 6-05-2013, 23:49 Bölmə :Manşet Baxış: 2 849
Aydın Əliyevə qarşı böyük qruplaşma
Gömrük şefinə qarşı Naxçıvan əsilli məmurların yeni hücum planları var; Bakı klanı ilə yaxınlaşan A.Əliyev indi sözügedən qruplar üçün arzuolunmaz fiqura çevrilib; Prosesin başında Vüsal Novruzovun adı keçir

Dövlət Gömrük Komitəsində (DGK) daxili çəkişmələrin kulminasiya nöqtəsinə çatdığı barədə redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatda bildirilir ki, DGK sədri Aydın Əliyevə qarşı Naxçıvan əsilli məmurların yeni hücum planları var. Gömrük xidmətində ən nüfuzlu qruplar sayılan Şərur, Nehrəm və Ordubad qruplaşmaları komitə sədri postuna Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun gətirilməsinə çalışır. Artıq Bakı klanı ilə yaxınlaşan A.Əliyev indi sözügedən qruplar üçün arzuolunmaz fiqura çevrilib.
Mənbənin məlumatına görə, V.Novruzovun komitəyə sədr təyin olunmasına fövqəladə hallar naziri Kəmaləddin Heydərov da dəstək verir: “Uzun müddət Dövlət Gömrük Komitəsinin sədri işləmiş Kəmaləddin Heydərov nazir təyin edildikdən sonra bu posta ən etibarlı kadrlarından sayılan Aydın Əliyevin gətirilməsinə nail oldu. Son vaxtlara qədər Aydın Əliyev bu etimadı artıqlaması ilə doğruldurdu. Ancaq Bakı klanının davamlı təzyiqləri fonunda geri çəkilməyə məcbur olan Aydın Əliyev etimadını itirməyə başladı. İş o yerə gəlib çatdı ki, gömrük xidmətinə təkcə Bakı klanı yox, həm də prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov nüfuz etməyə başladı. Sonda əslən Borçalıdan olan Aydın Əliyev Bakı klanı ilə anlaşmağa məcbur oldu. İndi Əliyev gömrük xidmətindəki narazı qrupları ram etmək, Bakı klanının mövqelərini gücləndirmək niyyətindədir. Oyundankənar vəziyyətdə qalacaqlarından ehtiyatlanan Naxçıvan qruplaşması uduzmaq təhlükəsini önləmək üçün əks hücuma keçib. Naxçıvan qruplaşması mövqelərini uduzmamaq üçün komitə sədri postuna Vüsal Novruzovun gətirilməsinə çalışır”.
Mənbə niyə məhz Naxçıvan qruplaşmasının V.Novruzovun namizədliyinin üstündə durması ilə bağlı məqama da aydınlıq gətirib: “Aydın Əliyevin 4 müavinin hamısı Naxçıvan əsilli olsa da (Səfər Mehdiyev və Əsgər Abdullayev məşhur Nehrəm kəndindən, Rza Həsənəliyev və Nazim Məmmədov isə Ordubad rayonundandır), komitə sədri postuna ali rəhbərlikdə olmayan şəxsin gətirilməsi məsləhət bilinib. Yəni yeni sədr indiki rəhbərliyin intriqalarından nisbətən kənar adam olsun ki, çevik qərarlar qəbul edə bilsin. İkincisi, yeni sədr Bakı klanının təzyiqlərinə müqavimət göstərmək gücündə bir şəxs olmalıdır ki, bu keyfiyyətlərə də Vüsal Novruzovun xarakteri cavab verir. Nəhayət, Vüsal Novruzov Kəmaləddin Heydərovun biznesini idarə edənlərdən biridir və bu müddət ərzində bir dəfə də olsun xəta etməyib. Yəni ”fövqəlnazir"in şəxsən etimad göstərdiyi şəxsdir".
Yada salaq ki, A.Əliyevlə Naxçıvan klanı arasındakı qarşıdurma haqda mediada dəfələrlə yazılıb. Hələ ilin ilk ayının sonunda- yanvarın 30-da komitədə keçirilən kollegiya iclasında A.Əliyev birinci müavini Səfər Mehdiyevin yarıtmaz fəaliyyətini kəskin ifadələrlə tənqid etmişdi. Bunun ardınca isə S.Mehdiyevin yaxın adamlarından birini nümayişkaranə şəkildə iclas zalından qovmuşdu. Həmin məlumatlara görə, A.Əliyev V.Novruzov haqqında kompromat toplanması ilə bağlı göstəriş verib. Bu kompromatlara Bakı Baş Gömrük İdarəsindəki korrupsiya faktlarını əks etdirən videogörüntülər də daxildir.
Məlumatlı mənbələrdən qəzetimizə daxil olan xəbərə görə, V.Novruzov bu təhlükəni önləmək üçün haker qrupu yaradıb. Mənbə iddia edir ki, peşəkar hakerlərdən ibarət qrupun əsas işi saytları, xəbər portallarını izləmək, V.Novruzovla bağlı tənqidi yazıların dərc edildiyi saytları sıradan çıxarmaqdır. İndiyə qədər bir neçə o qədər də populyar olmayan saytları V.Novruzovun hakerləri sıradan çıxarıb. Görünür, gömrük xidmətindəki daxili savaş hələ uzun müddət davam edəcək. Təəssüf ki, gömrük boslarının nüfuz və mövqe uğrundakı savaşdan internet mediası da zərər görür...

Elçin Əmirov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gömrük Komitəsinin sədri 10 il həbs cəzası aldı

    Gömrük Komitəsinin sədri 10 il həbs cəzası aldı ...

    9-01-2013, 11:57

  • 
  • Gömrük sistemində kapital savaşı

    Gömrük sistemində kapital savaşı ...

    10-05-2013, 12:54

  • 
  • Komitə sədrinin gömrük fırıldaqları

    Komitə sədrinin gömrük fırıldaqları ...

    25-09-2014, 14:18

  • 
  • Ukraynada gömrük rəisini dirəyə bağladılar

    Ukraynada gömrük rəisini dirəyə bağladılar ...

    23-02-2014, 15:30

  • 
  • Aydın Əliyev vətəndaşları qəbul edəcək

    Aydın Əliyev vətəndaşları qəbul edəcək ...

    30-12-2015, 18:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu