GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Rejimin qoca ürəyinin seçki döyüntüləri...

Rejimin qoca ürəyinin seçki döyüntüləri...

Tarix: 7-05-2013, 01:49 Bölmə :Manşet Baxış: 989
Rejimin qoca ürəyinin seçki döyüntüləri...
Hakimiyyət təlaş içində, “Qaçqınkom” sədri inqilab təhlükəsindən danışır

Azərbaycan hakimiyyəti seçki təlaşı yaşayır. Seçki yaxınlaşdıqca rejimin qoca ürəyinin çırpıntıları və döyüntüləri daha aydın şəkildə eşidilməyə başlanır. İqtidar üçbaşlı xarici siyasətinin “balanslaşdırılmış” tilovuna düşmək təhlükəsi ilə üzləşib.

“Qoca ürək”

Hökumətin beyin mərkəzində çaşqınlıq və gərginlik müşahidə olunur. Hakimiyyət daxildə sakitliyi müvəqqəti təmin edə bilsə də, xarici təhdidlər səngimək bilmir. İran və ABŞ-la münasibətləri yoluna qoymaq arzusu ilə yaşayan iqtidar necə bir ağır işin altında girdiyini yaxşı dərk edir. Hökumətin seçki narahatlığı təkcə xarici siyasətdə atılan sürətli addımlar, xarakirilərlə hiss olunmur, o cümlədən ayrı-ayrı məmurların dilindən bunu eşidirik.
Bu günlərdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov şok açıqlama ilə çıxış edib. Keçmiş prezident Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “Heydər Əliyev mənim həyatımda” adlı kitabın təqdimetmə mərasimində çıxış edən Ə.Həsənov qarşıdan gələn prezident seçkilərinə toxunub.
O bildirib ki, seçkilərdə pozuculuq fəaliyyəti göstərən qüvvələr olsa da onlar öz istəklərinə nail ola bilməyəcəklər: “Bugünkü Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir. Bu dövrləri Heydər Əliyev məktəbini uğurla keçən İlham Əliyev idarə edir və hələ uzun müddətdə bu ailə idarə edəcək”.

Əli Həsənov: “Ən təhlükəli seçki 2003-də olub”

“Qaçqınkom” sədri sonra deyib: “Bizim üçün ən təhlükəli seçki 2003-cü ildə olub və artıq o dövr geridə qalıb. Heydər Əliyev Azərbaycanda yox idi. Ölkədə sabitlik təhlükə altında idi. Məmurlar çaşqınlıq içində idi. Bilinmirdi nə olacaq. Açığını deyim ki, hamının da mövqeyi sabit deyildi. Hərə öz hayında idi. Öz sabahını düşünürdü.
Ona görə də məmurların yarıdan çoxunun ayağı başqa yerdə idi və özlərinə arxa axtarırdılar. Çaşqınlıq içində idilər. Həqiqətən bizim üçün çox təhlükəli bir dövr idi. Hətta dövlətçiliyin varlığı təhlükə altında idi. Dövlətin sabahı ilə bağlı şübhələr var idi ki, vəziyyət sabah necə olacaq”.
Ə.Həsənov əlavə edib:
“O zaman İlham Əliyev prezident səlahiyyətlərini də icra etmirdi. Bu çətinliklərə yenə Heydər Əliyev məktəbini uğurla başa vuranlar və onun Azərbaycanın gələcəyi ilə bağlı hazırlayıb qoyduğu idarəetmə mexanizmi bizi xilas etdi. Və İlham Əliyev bu ağır vəziyyətdən Azərbaycanı uğurla çıxardı və xilas etdi. Xarici və daxili qara qüvvələrin niyyətləri boşa çıxdı.
Bu il də prezident seçkiləri keçiriləcək və bir sıra daxili və xarici qüvvələr Azərbaycandakı vəziyyəti gərginləşdirmək istəyirlər. Amma bu qüvvələr istəklərinə nail ola bilməyəcəklər. Çünki Əliyevlər Azərbaycana hələ uzun müddət rəhbərlik edəcəklər”.

Qərbin tələbi

Sensasion açıqlamadır. Özəlliklə sonuncu cümləni heyranlıqla təkrar oxumaq labüddür: “Əliyevlər Azərbaycana hələ uzun müddət rəhbərlik edəcəklər”. Həsənovun nikbinliyinin arxasına bir qorxu, həyəcan və təşviş hiss olunur. O yenidən belə bir vəziyyət yarandığını etiraf edir və hakimiyyətin dəyişilməsi təhlükəsi yaşandığını təsdiqləyir.
Qəbul edir ki, o dövrdə məmurlar öz canının hayında idi, hakimiyyət dəyişirdi və zor gücünə xalq etirazlarını boğa biliblər. Məmurların ayağının başa yerdə olmasına eyham vurması da bu gün üçün aktualdır. Ə.Həsənov mütəmadi olaraq fərqli çıxışları ilə yadda qalıb. Bu da o silsilədən olan açıqlama idi və böyük həqiqəti əks etdirirdi.
2013-cü il prezident seçkisi yaxınlaşdıqca Qərb İlham Əliyevin növbəti dəfə prezidentliyinə qarşı olduğunu daha açıq şəkildə bəyan etməyə başlayıb. Bununla belə Qərb anlayır ki, prezident seçkisinə az müddət qalmış vaxtda yenidən konstitusiyaya dəyişiklik etmək mümkün deyil. Hakimiyyət isə Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməkdə israrlı görünür.
Bu halda da Qərb hakimiyyət qarşısında qəti şəkildə şəffaf seçki tələbini qoyub. Hakimiyyət anlayır ki, şəffaf seçki iqtidarın iflası deməkdir. Ona görə də Qərbi bu tələbindən çəkindirmək üçün hücuma başlayıb. Əgər hakimiyyət 3-cü müddətə prezidentliyə Qərbi razı salmaq üçün hətta Rusiya və İranla münasibətləri pozmuşdusa, indi bu hücumların fonunda yenidən sükanı geri döndərir.

Klanların intiharı

Belədə isə hakimiyyətdə qarşıdan gələn prezident seçkisinə münasibətdə ikitirəlik getdikcə dərinləşir. Hakimiyyətin son günlər bir-birinə zidd addımlar atmasının iqtidar daxilində dəngənin pozulduğu, seçki yaxınlaşdıqca vəziyyətin daha da dramatik hal alacağı barədə ehtimalları gücləndirir.
Biz hələ xeyli əvvəl ziddiyyətlərin təfərrüatları barədə məlumat vermişdik. Bir daha yada salaq. Hakimiyyətdə bir qrup düşünür ki - bu qrup hakim ailənin ətrafında birləşib - Qərbə müharibə etmək intihara bərabər addımdır. Əksinə, Rusiya və İranla münasibətlərin ürəkaçan olmadığı bir dövrdə Qərblə münasibətləri normallaşdırmaq gərəkdir.
Bunun üçün də təbii ki, ilk sırada Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməsi haqqında ciddi düşünmək, ümumiyyətlə, bu addımı atmamaq, seçkiyə başqa bir namizədlə qatılmağı nəzərdən keçirmək lazımdır. Prezident Administrasiyasının (PA) rəhbəri ətrafında birləşən digər qrup isə başqa namizədlə seçkiyə qatılmağın qəti əleyhinədir. Bu qrup hesab edir ki, “başqa namizəd” Paşayevlərin hakimiyyətini tam ələ keçirmək niyyətindən doğan ideyadır.

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Tramp Fransadan ABŞ-a səfər edənlərin yoxlanılmasını sərtləşdirməyi təklif edib

    Tramp Fransadan ABŞ-a səfər edənlərin ...

    24-07-2016, 15:42

  • 
  • Hakimiyyət köçkünlərə seçki “hədiyyəsi” hazırlayır

    Hakimiyyət köçkünlərə seçki “hədiyyəsi” hazırlayır ...

    8-12-2012, 11:17

  • 
  • Bu gün Azərbaycanda prezident seçkiləridir

    Bu gün Azərbaycanda prezident seçkiləridir ...

    9-10-2013, 00:35

  • 
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parlament seçkilərində səs verdilər

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    1-11-2015, 13:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu