GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hakimiyyət köçkünlərə seçki “hədiyyəsi” hazırlayır

Hakimiyyət köçkünlərə seçki “hədiyyəsi” hazırlayır

Tarix: 8-12-2012, 11:17 Bölmə :Ölkə Baxış: 718
Hakimiyyət köçkünlərə seçki “hədiyyəsi” hazırlayır

İqtidar 2013-cü ildə qaçqın və məcburi köçkünlərin dəstəyini qazanmaq üçün “çörək pulu”nu 2 dəfə qaldıracaq

gundemxeber.az Hakimiyyətin 2013-cü ildə qələbə qazanmaq istiqamətində həyata keçirdiyi layihələr qarşıdakı seçkilərin taleyinin rejimi həqiqətən də çox narahat etdiyini göstərir. Bu günlərdə bilgili qaynaqlardan redaksiyamıza daxil olan məlumata əsasən, iqtidarın 2013-cü ilin seçki projesi ilə bağlı məcburi köçkünlərin üzərinə də çox ciddi vəzifə qoyulub. Belə ki, qarşıdakı prezident seçkilərində məcburi köçkünlərdən “zərbə qüvvəsi” kimi istifadə etməyi planlaşdıran hakimiyyyət, artıq indidən bu istiqamətdə müəyyən tərdbirlər həyata keçirməkdədir. Lakin hakimiyyət bu dəfə də əməli addımlar atmaqda maraqlı deyil, sadəcə boş vədlərlə insanların dəstəyini qazanmağa çalışır:
“Məcburi köçkünlərin sosial baxımdan daha acınacaqlı durumda olması onları əhalinin digər təbəqələri ilə müqayisədə hakimiyyət üçün daha cəlbedici edir. Hakimiyyət yaxşı bilir ki, minimal ehtiyaclarını belə qarşılamaq iqtidarında olmayan bu insanlar cüzi bir yardım qarşılığında öz minnətdarlıqlarını ən yüksək səviyyədə ifadə etməyə hazırdırlar. Məhz bu səbəbdən də məcburi köçkünlər iqtidarın 2013-cü il seçkilərində hakim rejimin qələbəsini təmin edəcək çox mühüm amillərdən biri hesab edilir. Məcburi köçkünlərin rəğbətini qazanmaq, onların dəstəyinə nail olmaq üçün hərəkətə keçən hakimiyyət artıq indidən özünün yerlərdəki səlahiyyətli nümayəndələri vasitəsilə köçkünlərə müəyyən mesajlar verməkdədir. Yerlərdəki icra hakimiyyəti nümayəndəlikləri, qaçqınkom təmsilçiləri və s. vasitəsilə qaçqınlara yaxın bir-iki il ərzində hakimiyyətin onların bütün problemini həll edəcəyini vəd edən iqtidar, bu cür vədlərlə özünə qarşı inam formalaşdırmağa çalışır. Hakimiyyət hesab edir ki, bu qəbildən olan vədlər məcburi köçkünlərin iqtidara olan itmiş inamını bərpa edə və onların 2013-cü il seçkilərində YAP təmsilçisinə səs verməsinə səbəb ola bilər”.
Məlumata görə, məcburi köçkünlərin ən böyük probleminin mənzillə bağlı olduğunu bilən hakimiyyət onların bu çatışmazlığından da maksimum faydalanmağa çalışır: “Rəsmilər anlayır ki, məcburi köçkünlərə xas problemlərin başında ilk növbədə mənzil problemi gəlir. Məhz bu səbəbdən də köçkünlərin bu həssasiyyətindən öz maraqları naminə faydalanmağa çalışan hakimiyyət, yerlərdəki əlaltıları vasitəsi ilə məcburi köçkünlərə mənzil problemlərinin yaxın vaxtlarda həll ediləcəyini bildirir. Hətta onu da deyirlər ki, hökumət onlara verdiyi mənzilləri orderlərlə paylayacaq. Yəni əgər hansısa məcburi köçkün ona verilən mənzildən və ya bu mənzilin yerləşdiyi yaşayış massivindən məmnun qalmasa, o zaman həmin mənzili sataraq özünə başqa yerdə mənzil ala biləcək. Şübhəsiz, iqtidarın ictimai fikrə sıramağa çalışdığı bu ideyanın tamamilə absurd olduğu aydındır. Lakin 20 ilə yaxındır ki, mənzil problemlərini həll edə bilməyən, gözləntilərdən yorulan yüz minlərlə insanın bu cür vədlərə sıcaq baxdığı da inkaredilməzdir. Məcburi köçkünlər inanamaq istəyir ki, hakimiyyət həqiqətən də öz vətəndaşının 20 illik sərgərdanlıq həyatına son qoyacaqdır. Buna görə də iqtidar ideoloqları tərəfindən ortaya atılan ən cəfəng ideyanın belə qaçqın düşrgələrində real gözlənti kimi dəyərləndirilidiyi bir həqiqətdir”.
Mənbənin sözlərinə görə, məcburi köçkünlərə verilən vədlərdən biri də onlara “çörəkpulu” adı ilə ayrılan sosial müavinətlərin artırılması ilə bağlıdır: “İqtidarın məcburi köçkünlərə böyük inamla verdiyi vədlərdən biri də prezident seçkilərindən dərhal sonra onların çörəkpulu müavinətlərinin artırılması ilə bağlıdır. Iqtidar təmsilçiləri köçkünlərə bildirir ki, seçkilərdən sonra onların “çörəkpulu” müavinəti artırılaraq 33 manata çatırılacaqdır. Xatırladaq ki, hazırda məcburi köçkünlərə ay ərzində təxminən 16,5 manat məbləğində vəsait verilir ki, bu vəsaitin də qaçqınların sosial problemlərinin həllində heç bir rol oynamadığı ortadadır”.
Hakimiyyətin məcburi köçkünlərə verdiyi vədlər arasında onların kommunal xərclərdən tam olaraq azad edilməsi, özəl universitetlərə qəbul olunan köçkün övladlarının təhsil xərclərinin dövlət tərəfindən qarşılanması kimi vədlərin olduğuna diqqət çəkən mənbə, bunların heç birinin reallıqla əlaqəsi olmadığını vurğuladı: “Təbii ki, bu gün məcburi köçkünə yaşayış yerindən arayışı iki manatdan aşağı qiymətə verməyən, hər addımda onun haqqına qəsb edən hakimiyyətin köçkünlərə bu miqyasda yardım göstərəcəyini düşünmək sadəlövlükdür. Bu gün əksər köçkün düşərgələrində sayğac sisteminə keçidin başa çatdığı və köçkünlərin də yerli vətəndaşlar kimi qanunla müəyyən olunmuş məbləğdə kommunal xərc ödədiyi hər kəsə bəllidir. Qaçqın imtiyazlarının ilbəil ləğv edildiyi bir zamanda hakimiyyətin məcburi köçkünləri bütün kommunal xərclərdən azad edəcəyi, onların təhsil xərclərini dövlət büdcəsi hesabına qarşılayacağı və s. ilə bağlı vədlər sadəcə gülüş doğurmaqdadır. Hakimiyyətin məcburi köçkünlərdən 2013-cü il seçkilərində qalxan kimi istifadə etmək cəhdinin isə nə dərəcədə səmərə verəcəyi təxminən bir ildən sonra məlum olacaq”.

Azər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakimiyyətin “qaçqınsız Bakı” layihəsi

    Hakimiyyətin “qaçqınsız Bakı” layihəsi ...

    11-03-2013, 10:14

  • 
  • Məcburi köçkünlərin yaşadığı yerdən külli miqdarda silah-sursat tapılıb

    Məcburi köçkünlərin yaşadığı yerdən külli ...

    22-07-2015, 13:47

  • 
  • Hökumət məcburi köçkünlərlə bağlı qərar verdi

    Hökumət məcburi köçkünlərlə bağlı qərar verdi ...

    10-02-2014, 12:46

  • 
  • Əli Həsənovun “qaçqınsız Bakı” planı

    Əli Həsənovun “qaçqınsız Bakı” planı ...

    25-03-2013, 10:38

  • 
  • Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət artırıldı

    Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq ...

    16-01-2016, 17:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu