GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyət daxilində namizəd savaşı

Hakimiyyət daxilində namizəd savaşı

Tarix: 8-05-2013, 15:06 Bölmə :Manşet Baxış: 1 082
Hakimiyyət daxilində namizəd savaşı
Venesiya Komissiyası 3-cü dəfə prezidentliyə yox dedi; Qərbin təzyiqləri artır, iqtidarın ətrafındakı halqa daralır; Naxçıvan qruplaşması Paşayevlərin planını birmənalı olaraq qəbul etmir; Ilham Əliyevin sükutu isə Naxçıvan qruplaşmasını daha da narahat edir

Dörd il əvvəl Azərbaycanda keçirilən referendum bir şəxsin prezident seçilməsinə qoyulan qadağanı aradan qaldırdı. Konstitusiyanın 101-ci maddəsinin 1-ci bəndi ləğv olundu. Həmin bənd Azərbaycan Respublikasının prezidenti vəzifəsini ardıcıl olaraq iki müddət icra etmiş şəxsin növbəti seçkilərə qatılmasını yasaqlayırdı. Prezident İlham Əliyevin ikinci prezidentlik dövründə qəbul olunmuş bu dəyişikliyin onun özünə şamil olunub - olunmamasına dair mübahisələr davam edir. Hələlik, İlham Əliyev prezidentliyə namizədliyini irəli sürməyib. Ancaq artıq bir neçə qurum onu bu postda kimi görmək istədiyini dilə gətirib. Bənzər fikirlər parlamentdə də səslənib.
Venesiya Komissiyasından “Azadlıq” radiosuna bildiriblər ki, bu məsələdə qurumun mövqeyi dəyişməz qalır. Belə ki, Komissiya 2009-cu il martın 16-da Konstitusiya dəyişikliklərinə dair rəyini açıqlayıb. Həmin rəyin 3-cü hissəsi Prezidentin 2 dəfə seçilmə müddətinə qoyulan qadağanın aradan qaldırılması barədədir.
Rəydə bildirilirdi ki, «bir nəfərə istədiyi qədər prezident seçilmək hüququ vermək – demokratiya sahəsində geriyə doğru addımdır». Qurum xatırladırdı ki, bir qayda olaraq prezident respublikalarında hakimiyyətin parlament və məhkəmə sistemindən çox dövlət başçısının əlində cəmləşməsi meyli olur. Buna görə də prezident seçilməyə limit qoyulur ki, bütün güc bir nəfərin - prezidentin əlində cəmləşməsin.
Bundan başqa, Venesiya Komissiyası hesab edir ki, prezidentliklə bağlı limitin demokratiya strukturlarının tam bərqərar olmadığı ölkələrdə saxlanması xüsusilə vacibdir. Komissiyanın fikrincə, Azərbaycanda belə bir limitin ləğvi ölkədə demokratik strukturların tam bərqərar olması qarşısında ciddi maneədir.
Venesiya Komissiyasının dəyişməz rəyi hakimiyyət üçün namizəd problemini daha da dərinləşdirməkdədir. Qərb iqtidara təzyiqləri ilə Əliyevin namizədliyini elan etməməyə çağırır. Bu isə hakimiyyət üçün öldürücü bir zərbə olar. Ona görə də saray daxilində həlledici və qızğın namizədlik müzakirələri gedir. YAP-da rəsmi mövqe ortaya qoymağa tələsmir. Ara-sıra ayrı-ayrı partiya funksionerləri və dövlət vəzifəli şəxslər İlham Əliyevin namizədliyi haqda bəyanatlar səsləndirsə də bu qərarın hakim partiyanın qurultayında netləşəcəyi mütləqdir. Yeni Azərbaycan Partiyasının növbəti qurultayı isə avqust ayında keçiriləcək. Bu barədə hələ bir müddər öncə hakim partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov məlumat vermişdi. Partiya qurultayının prezident seçkiləri ilə bağlı olduğunu deyən deputatın sözlərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçki kampaniyası rəsmən elan edildikdən sonra YAP hazırlıq prosesinə başlayacaq.
Hakim partiya budəfəki - V qurultayında 2013-cü il prezident seçkisində namizədini irəli sürməlidir. Prezident seçkisi oktyabr ayının 15-də keçiriləcək. YAP-ın qurultayını seçkiyə çox az qalmış müddətdə keçirməsi bir sıra mülahizələrə yol açıb. Ehtimal olunur ki, hakim partiyanın bu addımının səbəbi həm iqtidar daxilində seçki ilə bağlı ziddiyyətlər, həm də beynəlxalq aləmin hansı mövqe tutacağının aydın olmamasıdır.
Məlumat üçün deyək ki, Ilham Əliyev hələ namizədliyini irəli sürüb-sürməyəcəyilə bağlı qəti fikir bildirməyib. Bu isə hakimiyyətdəki iki güclü qruplaşma arasında ziddiyyətləri şiddətləndirib. Naxçıvan klanı Ilham Əliyevin 3-cü dəfə prezident olması mövqeyindən çıxış edir, Paşayevlər isə seçkiyə başqa namizədlə qatılmağı üstün sayır və bu namizədi öz sıralarında görür. Elə bu səbəbdən Naxçıvan qruplaşması Paşayevlərin planını birmənalı olaraq qəbul etmir. Ilham Əliyevin sükutu isə Naxçıvan qruplaşmasını daha da narahat edir. Elə bu səbəbdəndir ki, vaxtaşırı Naxçıvan qruplaşmasında təmsil olunan YAP-çıların “Bizim namizədimiz Ilham Əliyevdir” şəklində bəyanatlarını eşidirik. Bu bir növ ölkə başçısına təzyiqdir. Seçkiyə bir neçə ay qalmış YAP-ın qurultayı keçiriləcəyi və namizəd elan olunacağı təqdirdə seçkiyə qədər hakimiyyət daxilindəki ziddiyyətlər fəlakətli həddə çata bilər. Digər tərəfdən beynəlxalq aləmin istər yeni namizədi, istərsə də, Ilham Əliyevi qəbul etməmək riski var. Biz hələ cəmiyyətin tutacağı mövqeyi demirik. Lakin seçkiyə çox az qalmış bir vaxtda iqtidari üçün, həm ölkə daxilindən, həm də xaricdən gözlənilən təhlükəni minimuma endirmək mümkün ola bilər. Bu baxımdan elə Ilham Əliyevin özünün YAP-ın qurultayının seçkiyə az qalmış müddətdə keçirilməsinə maraqlı olduğun düşünmək olar. Lakin cəmiyyətin ölkədə dəyişikliyə israr etməsi demokratik dünyanın da buna müsbət yanaşması hakimiyyətin “qurultay əməliyyatı”nın uğurla başa çatacağına inamı azaldır.

A.Ağasoy
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Venisiya Komissiyası hakimiyyətin planların alt-üst etdi

    Venisiya Komissiyası hakimiyyətin planların ...

    7-05-2013, 01:23

  • 
  • Hakimiyyətdə 2013 təlatümləri

    Hakimiyyətdə 2013 təlatümləri ...

    8-12-2012, 11:27

  • 
  • İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb

    İlham Əliyevin prezidentliyə namizədliyi qeydə ...

    25-08-2013, 14:32

  • 
  • YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır

    YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya ...

    5-08-2013, 19:29

  • 
  • Prezident seçkisi öncəsi iqtidar parçalana bilər

    Prezident seçkisi öncəsi iqtidar parçalana bilər ...

    13-12-2012, 11:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu