Naxçıvan qruplaşması qarşıdan gələn prezident seçkisindən ciddi narahatdır
gundemxeber.az Hakimiyyətdaxili naxçıvan qruplaşması qarşıdan gələn prezident seçkisindən ciddi narahatdır. Narahatlıq digər qrupların, xüsusilə hakim ailəyə yaxın qrupun prezident seçkisinə ciddi maraq göstərməsi ilə bağlıdır. Naxçıvan qruplaşması hesab edir ki, rəqib qrup seçkidə ciddi uğur qazanarsa, hakimiyyətdə birincilik əldən gedə bilər. Bu qruplar hələ İlham Əliyevdən sonra kimin prezident olacağı məsələsində də bir müddət əvvəl üz-üzə gəlmişdilər. Naxçıvan qruplaşması heç bir halda hakim ailənin namizədi ilə razılaşmırdı. Lakin həmin namizədin qarşısına çıxara biləcək adam yoxdur. Bu səbəbdən də Naxçıvan qruplaşması referendum oyununu ortaya atdı və hakim ailəyə yaxın qrupun planlarını pozdu. Lakin bü günləri vəziyyət tamamilə fərqlidir. ABŞ, Avropa və Rusiyanın İlham Əliyevin üçüncü dəfə prezidentliyini qəbul edib-etməyəcəyi şübhə altındadır. Bunu elə Naxçıvan quruplaşması da bilir. Hər halda İlham Əliyevin Rusiya prezidenti Vladimir Putun kimi Medvedevi yoxdur. Digər tərəfdən isə "Milyarderlər İttifaqı"nın Azərbaycan hakimiyyətinə qarşı diş qıcıdması onu göstərir ki, Kreml artıq Azərbaycan hakimiyyətilə üzülüşüb. Ölkədə baş qaldıran soyuq proseslərin son anda pik həddə çatacağı isə istisna edilmir. Obamanın növbəti dəfə prezident seçilməsi də Azərbaycan hakimiyyətini daha da narahat edir. Çünki respublikaçılardan fərqli olaraq demokratlar neft maraqlarından daha çox demokratiyaya üstünlük verirlər. ABŞ və Avropa xüsusilə İlham Əliyevin növbəti səfər prezidentlik iddiasına düşməsinə sərt reaksiya verə bilər. Elə bu səbəbdən Azərbaycan hakimiyyətində 2013 təlatümləri yaşanır. Bu halda prezident seçkisində hakimiyyət daxilində hansı proseslərin baş verəcəyini təsəvvür etmək çətin deyil... Mövzuya qayıdacağıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?