Keçmiş rektorun qardaşı Mahir necə Abdullah Nurtac oldu?
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsindən “Azadlıq.TV”-yə yeni videolent daxil olub. Videolentdə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə Azərbaycan Milli Elmlər Akademiyasının sabiq işçisi Rövşən Novruzoğlunun danışığı əksini tapıb. R. Novruzoğlu iddia edir ki, Mahir Abdullayev oğurlandıqdan sonra iki ay Azərbaycanda olub. Sonra onu Estoniya və Latviyaya aparıblar. Orada M. Abdullayev interpol tərəfindən həbs edilərək İsveçə təhvil verilib. Onun üzərində İsveçə məxsus “Tamin” şirkətinin əməkdaşı olması barədə sənəd olub. Həmin şirkət Azərbaycanda da fəaliyyət göstərib. R. Novruzoğlunun bildirdiyinə görə, M. Abdullayev İsveçdə Türkiyə vətəndaşı Abdulla Nurtac kimi həbs edilib. M. Abdullayev dəfələrlə bildirib ki, Azərbaycan vətəndaşıdır. Lakin Azərbaycan interpolu 3 dəfə Abdullayev Mahir İslam oğlu ad-soyadlı şəxsin Azərbaycan vətəndaşı olmaması barədə İsveçə məlumat verib. R. Novruzoğlunun bildirdiyinə görə, M. Abdullayev Stokholmun cənubunda yerləşən Upsala şəhərindəki həbsxanada saxlanılır. Daha sonra R. Novruzoğlu E. Abdullayevə məsləhət görür ki, İsveçə getsin
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?