GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Elçin Quliyevin adına yazılan sərhəd rəzaləti

Elçin Quliyevin adına yazılan sərhəd rəzaləti

Tarix: 9-12-2012, 12:48 Bölmə :Manşet Baxış: 1 336
Elçin Quliyevin adına yazılan sərhəd rəzaləti

Azərbaycanın sərhəd məntəqəsində əjdahanın ağzından tük payı qurtulanlar artıq gürcü məntəqəsində onlara qarşı insani davranışın keyfini çıxarıır

gundemxeber.az Sərhəd məhdudiyyəti gərəkdirən bir anlamdır. Ölçülü, biçilidir. Yaradılmışlara aiddir. Gözəlliyi də özündə ehtiva edər. Və tərəzi, mizan olduğu sürəcə bu gözəllik davam edər. Sərhəd təkcə maddiyata deyil, mənəvi dəyərlərə də aiddir. Əxlaqda, əməllərdə də hər şey sınırlıdır. Uca yaradanın halal və haram sərhədləri də bunun həyat nümunəsi, yolda yürüyən yolçuların yol xəritəsidir. Dünya bir yol, insan isə yolçu olduğunu unutmamalı və hər yolun da doğruya aparmadığını anlamalıdır.
Bizdə isə tərsinədir. Dünyanın yolsuzluq məkanı, yolçunun isə yolkəsən olduğu təsəvvürü dəbdədir. Xüsusilə sərhədçilərimizdə. Sərhədçilər yolundan azanları yola dəvət etmək əvəzinə, yolda olanları yolsuzluğa vadar edirlər. Özü də heç bir qanun belə tanımadan. Qanun nədir? Qanun elə sərhədin özüdür, məhdudiyyətdir. Və insanları düz yola dəvət edər və bunun gözlənilməsi üçün nəzarət funksiyasını yerinə yetirər.
Bizim sərhədçilər isə qanunu özlərinə xidmət köləsi yapıblar. Hara istəyirlər, ora da çapırlar. Bu köləyə heç bir haqq, hüquq tanımırlar. Əllərində cəza qılıncına çevirib, ağına-bozuna baxmadan, sağa, sola biçirlər. Yox, deyəsən, biz də bir az sərhədi aşdıq. Çünki olanlar göstərir ki, bəzən ağına baxırlar, baxmadıqları bozların nümayəndələridir. Necə ki, konkret Qırmızı körpüdə baş verən hadisədəki kimi…
Sərhəd həm də bir giriş qapısıdır. Qərb sərhədlərinin giriş qapısı da Borçalını ana Azərbaycandan ayıran “Qırmızı körpü” deyilən sərhəd məntəqəsidir. Hər şey buradan başlayır və məmurlarla ilk təmasdaca kimliyimizi ortaya qoyur. Münasibət konkretdir, hər kəsə potensial cinayətkar kimi yanaşılır və buna uyğun da davranılır. Münasibətin dəyişmə şifri isə rüşvətdir və onu alan kimi, sərhədin doğru yola dəvət mexanizmi olduğu yaddan çıxır və fizionomiyada hər şey qaydasına düşür.
Ancaq bu dəfə belə olmadı. Bir gürcünü Borçalı türkü sanaraq onu da eyni rüşvət qəlibinə salmaq istədilər. Amma alınmadı. Çünkü gürcü vətəndaşı üçün Saakaşvili dönəmindən bəri korrupsiya kimi yolsuzluq qəlibləri götürülmüş və bizim rüşvət qəlibləri onlara dar, sıxıcı və öldürücü gəldiyindən bu “qəbirə” girmək istəmirdilər. Və üsyan edirdilər. Onlardan rüşvət tələbi ilə əlaqədar Gürcüstan prezidentinə müraciət edəcəyi və ölkə başçısının qaynar xətt nömrəsinə zəng vuracağı ilə bağlı bizim “möhtəşəm” sərhədçiləri təhdid edirdilər. Anlayandan sonra ki, bu vətəndaş bizimkilərdən deyil, gürcüdür, özü də Saakaşvilinin korrupsiyasız ölkə qəlibindəndir, dərhal sərhəd xidmətçilərinin öz doğal görəvləri yadına düşdü və bəh-bəhlə Gürcüstan vətəndaşını Azərbaycana buraxdılar.
İndi cənab general Elçin Quliyevdən bunun adını soruşmaq lazım ki, sərhədçilərin bu tarixi, tarixi olduğu qədər də mənəvi-əxlaqi davranışını hara, necə və nə adla yazaq? Bu davranış irqçilik belə deyil. Ən azından irqçilikdə məxsus olduğun irqin ən ali olduğunu iddia edirsən və millətinə qarşı bu cür davranırsan. Burada isə mənsub olduqlarını aşağılamaq, heyvani münasibət bəsləmək kimi düşmən davranışlarını müşahidə edirik.
Cənab general, müəyyən media quruluşlarında “Sərhəd Xidməti dinamik inkişaf edir” kimi başlıqlar atdırmaqdansa, xidmətin öz fəlsəfəsinə uyğun bir sistem yaratmaq, konkret kodeks müəyyənləşdirmək lazımdır. Eynən gürcülərdə olduğu kimi…
Qırmızı körpüdən bir neçə yüz metr aralıda Gürcüstanın sərhəd məntəqəsi yerləşir. Və ora daxil olub, çıxmaq bir neçə dəqiqəni alır. Azərbaycanın sərhəd məntəqəsində əjdahanın ağzından tük payı qurtulanlar artıq gürcü məntəqəsində onlara qarşı insani davranışın keyfini çıxardırlar. Yaxud da əksinə. Gürcülərdən asanlıqla keçənlər heç də bu cür davranışdan məmnun görünmürlər, ondan dolayı ki, irəlidə, Azərbaycanın sərhəd məntəqəsində ağ günlərinin göy əskiyə büküləcəyini bilirlər. Sizi bilmirəm,
General Elçin Quliyev bunun adını nə qoyur, qoysun, bunun bir adı var, Rəzalət. Tarix boyu türklər öz mədəniyəti, elmi, mənəvi-əxlaqi dəyərləri, döyüşkənliyi baxımından seçiliblər və bu gün də dilinə, təsir gücünə görə dünyada sayılan ən böyük etnoslardan biridir. Gürcü və ermənilər öz kiçik dövlətlərini belə qədim Azərbaycan türklərinin diyarı olan Borçalı, Zəngəzur, İravan torpaqları üzərində qurublar. Bundan yola çıxaraq həmişə dominant mövqedə olan türk etnosları nə vaxt “boz” qılığına girdilər, ikinci, üçüncü sinif oldular ki, biz bilmədik? Yoxsa, bu sizin qoyduğunuz kriteriyadır da, biz bilmirik?! Açıqlayın, bilək.
Nə vaxtdan gürcülər ağ oldular, biz türklər boz siyahısına düşdük, bunun da zamanını və səbəblərini söyləyin də, bilək?! Sərhəd Xidmətində dinamik inkişaf deyəndə, nəyi nəzərdə tutursunuz? Təkcə yeni binalar, avadanlıqlar, müasir silahlarmı, yoxsa bu əhatə dairəsinə insan amilidəmi girir? Əgər girirsə, onda Qırmızı körpü də daxil, bütün sərhəd məntəqələrində insanımıza bu cür mənəvi terror münasibətilə niyə divan tuturlar?
Min illər boyu insanlarımız Allahın onlara verdii gözəl nemətlərdən yararlanıb, dolanıb. Bu gün dənizdə 5-10 kiloqram balıq tutanlardan sərhədçilər xərac alırlar. Allahın verdiyi bu haqqı tapdayıb, yeni “haqq” qoyanlara bu haqqı kim verib? Lənkəranın Nərimankənd olayı hələ də hafizələrdə acı gerçək kimi yaşayır və bütün dənizkənarı sərhədboyu kəndlərdə eyni biabırçılıqlar davam edir. Buna kim məsuliyyət daşıyır?
Hələ “WikiLeaks” sənədlərində dərc olunan narkotik qaçaqmalçıqlığı və onlarla mediada yazılan bəzi naqisliklər haqda demirəm. Yəni, bu sualları bir xeyli uzatmaq olar. Əsas olan sualların miqdarı deyil, verilən cavabların olması və həqiqətə söykənməsidir. Cavablar olarsa, hansı ki, biz buna çox ümid eidirk, forma və mahiyyətindən asılı olmayaraq dərc etməyə hazırıq. Yetər ki, tüstü bacadan düz çıxsın, kimsənin gözünü yandırmasın, hər şey ədalət naminə olsun. Bir daha sərhədin yola dönməsi ümidiylə…

Eyyub Məmmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Günün qoroskopu: 23 İyul 2016

    Günün qoroskopu: 23 İyul 2016 ...

    23-07-2016, 01:35

  • 
  • Türkiyədə İKİNCİ HÜCUM - Sui-qəsdlər dövrü başlayır?

    Türkiyədə İKİNCİ HÜCUM - Sui-qəsdlər dövrü ...

    23-07-2016, 13:31

  • 
  • Dövlət Sərhəd Xidməti hesabat verdi

    Dövlət Sərhəd Xidməti hesabat verdi ...

    1-02-2013, 11:19

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu