GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Kreml Azərbaycanda hakimiyyət dəyişikliyinə qərar verib

Kreml Azərbaycanda hakimiyyət dəyişikliyinə qərar verib

Tarix: 10-05-2013, 13:07 Bölmə :Manşet Baxış: 1 218
Kreml Azərbaycanda hakimiyyət dəyişikliyinə qərar verib
Putin Azərbaycan iqtidarını bağışlamaq istəmir; Moskva Bakı münasibətləri sərt fazada...

“Mən həmişə Azərbaycan vətəndaşı olmuşam, indi də Azərbaycan vətəndaşıyam. Dünyanı Azərbaycan pasportu ilə dolaşıram”. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Rusiya Azərbaycan Təşkilatları İttifaqı Koordinasiya Şurasının üzvü, yazıçı Rüstəm İbrahimbəyov “Media forum” saytına belə deyib.
Yazıçı bildirib ki, 1980-ci ildə SSRİ Kinematoqrafiya İttifaqının katibi seçilib və Moskvaya gedib.

Rusiyada olan korrupsiya

İbrahimbəyov əlavə edib ki, qanunlara əsasən, Rusiyada qeydiyyata düşüb: “Həmin vaxt Rusiyada pasport almışam. Amma bu o demək deyil ki, Rusiya vətəndaşıyam. Məndə Rusiyanın köhnə pasportu var. İstəsəm, bir həftə ərzində bu ölkənin vətəndaşı ola bilərəm. Amma bunu istəmirəm. Azərbaycan pasportu daşıyıram. Məndə Azərbaycanın iki pasportu var. Həm ümumvətəndaş pasportu, həm də diplomatik pasportu. Dünyanın hansı ölkəsinə getsəm Azərbaycan pasportundan istifadə edirəm.
Vaxtilə demişəm ki, Rusiya ilə Azərbaycanın sərhədi mənim ürəyimdən keçir. İndi də bu fikrimdə qalıram. Mən Rusiya mədəniyyətinə, rus xalqına böyük hörmətlə yanaşıram və bu xalqı sevirəm. Amma bu o demək deyil ki, Rusiyada olan sistem xoşuma gəlir. Bu ölkədə böyük problemlər var. Korrupsiya, rüşvətxorluğun səviyyəsi Azərbaycandakından az deyil”.
Rusiyanın Azərbaycanla bağlı siyasətinə toxunan yazıçı Moskvanın hakimiyyət dəyişikliyində marağı olmadığını vurğulayıb: “Prezident Vladimir Putinlə Heydər Əliyevin çox yaxın, yaxşı münasibətləri vardı. Onların bir neçə görüşündə iştirak etmişəm. Çox səmimi, mehriban münasibətlərinin şahidi olmuşam. Hesab edirəm ki, Rusiyanın Azərbaycanın indiki prezidenti İlham Əliyevlə də münasibətləri çox yaxşıdır. Bununla bağlı problem yoxdur”.

Geopolitik maraqlar

Yazıçı onda deyib ki, onda olan məlumata görə, hər iki-üç aydan bir, bayramdan-bayrama Bakıdan çamadanla pul gətirib Moskvada paylayırlar: “Bu o deməkdir ki, Rusiyanın Azərbaycanda geopolitik maraqları var. İnanmıram ki, onların Azərbaycanda demokratiya yaratmağa marağı olsun, buna kömək etsinlər. Bununla bağlı Rusiyada kiminləsə müzakirə aparmağın da heç bir mənası, faydası yoxdur. Çünki Rusiya konkret olaraq Azərbaycanın indiki hökuməti ilə işləyir.
Geopolitik siyasət, situasiya dəyişsə, Azərbaycan Amerika ilə yaxınlaşsa, onda ola bilər ki, hökumətin Rusiya ilə münasibətləri korlansın. Bu isə ehtimaldır. Amma hələlik iki ölkənin rəsmi münasibətləri normaldır. Konkret deyə bilərəm ki, Rusiyanın Azərbaycanda demokratiyanın qələbə qazanmasına marağı yoxdur”.
Rüstəm İbrahimbəyov deyib ki, Azərbaycanda dəyişiklik uğrunda mübarizəni sonadək davam etdirəcək: “İnanıram ki, payızda keçiriləcək prezident seçkisində Azərbaycanda böyük dəyişiklik olacaq, hakimiyyətə yeni şəxs gələcək və bu tam realdır. Əgər bu baş verməsə, prezident seçkisindən sonra da Azərbaycanda demokratiya, azadlıq, insan hüquqları, vətəndaş cəmiyyəti, şəffaflıq uğrunda mübarizəmi, fəaliyyətimi davam etdirəcəyəm.

Moskva Bakını bağışlamır

Kinorejissor onu da bildirib ki, mübarizə davamlı olmalıdır: “Ümidvaram ki, bu dəfə olmasa da, mübarizə dayanmayacaq, yaxın iki-üç ildə dəyişikliklər baş tutacaq. Mən istərdim ki, dəyişiklik seçki vasitəsilə, sülh yolu və dinc şəkildə olsun, məsələni sivil formada həll edə bilək.
İndi ömrümün ağsaqqal çağındayam, yaşım ötüb. Dəyişiklik üçün əlimdən gələni edəcəyəm, mübarizəni sonadək aparacağam, geri çəkilmək niyyətim yoxdur. Məndən sonra gələn insanlar da bunu davam etdirməlidirlər. Mübarizənin davam etdirilməsini istəyirəm”.
İbrahimbəyov çıxışında Putinlə Heydər Əliyevin əlaqələrinin möhkəm olmasına toxunub. Amma o açıq şəkildə deməyib ki, Putinlə İlham Əliyevin də münasibətləri yaxşıdır. Sadəcə, Rusiya - Azərbaycan əlaqələrinin rəsmi səviyyədə normal olduğunu vurğulayıb. Deməli, dolayısı ilə tərəflər arasında soyuqluğun hələ də qaldığını təsdiqləyib.
Kremllə Bakı arasında vəziyyət heç bu qədər uzunmüddətli gərgin olmamışdı. Moskva Bakını niyə bağışlamır və bu küskünlük barışığa gətirib çıxaraqmı? Xatırlayırsınızsa, hələ bir neçə ay əvvəl “Gündəm xəbər” olaraq “Moskva göz yaşlarına inanmır” sərlövhəli yazı təqdim etmişdik və həmin mətndə irəli sürdüyümüz mülahizələr zamanla təsdiqini tapır. Moskva həqiqətən də ona qarşı olan səhvləri unutmur və qisas hissi ilə yaşayır. Qərblə yaxınlaşmaqda olan (doğrudur seçki ilində hakimiyyətə kosmetik təzyiqlər var) iqtidarın bu davranışları Putinin xoşuna gəlmir.

İvanaşvili variantı

Yoxsa ki, Putinlə Əliyev 2008-ci ildən bəri son 5 ildə heç olmasa bircə dəfə rəsmi səviyyədə görüşərdilər. Bu baş verməyibsə rus prezidentinin hakimiyyətə qarşı böyük qəzəbi olduğu və hirsinin soyumadığı hiss olunur. Bunu səbəbləri barədə ötən yazılarımızda geniş təhlillər vermişik və konkret faktlar təqdim etmişik. İndi qarşıya baxmaq və sonrakı dövrü analiz etməyə ehtiyac var.
Əvvəla bu gediş hara kimi davam edəcək və hakimiyyətin dəyişməsi ilə nəticələnəckmi? Bu gün iqtidar-müxalifətli hər kəsi düşündürən sual budur və qəti cavab verməkdə çoxları acizdir. Digər bir tərəfdən İbrahimbəyovun ikibaşlı, ziddiyyətli açıqlamaları, hələ də fəzada olan və reallaşmayan Milli Şurası ideyası çaşqınlıq yaradır. Bununla belə, may ayında bütün qaranlıqların aydınlaşacağını gözləyənlər bir az da gözləməli olacaqlar.
Hakimiyyətin və Rusiyanın “kartları” məhz payızda, seçkiyə sayılı günlər qalmış açılacaq. O zaman hər kəs dəyişiklik olub-olmayacağı havasını qoxusundan hiss edəcək. İndiliksə, İbrahimbəyovun arxayın danışması belə deməyə əsas verir ki, Moskva İvanaşvili varinatını Azərbaycanda tətbiq etmək arzusundadır. Arzular isə istək olanda çin olur...

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakimiyyət dəyişikliyinin anonsu verildi

    Hakimiyyət dəyişikliyinin anonsu verildi ...

    8-05-2013, 18:29

  • 
  • Ibrahimbəyov Rusiya vətəndaşlığından imtina etdi

    Ibrahimbəyov Rusiya vətəndaşlığından imtina etdi ...

    5-07-2013, 15:04

  • 
  • “İlham Əliyevlə Abbas Abbasovun arasını vurmaq istəyirlər”

    “İlham Əliyevlə Abbas Abbasovun arasını vurmaq ...

    6-05-2013, 21:09

  • 
  • İbarahimbəyova yaşıl işıq

    İbarahimbəyova yaşıl işıq ...

    1-08-2013, 16:54

  • 
  • Sovet pasportu ilə gəzən azərbaycanlı kirayələrdə qalıb

    Sovet pasportu ilə gəzən azərbaycanlı kirayələrdə ...

    3-09-2015, 13:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu