GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Bəylər Əyyubovun taxıl biznesinə zərbə

Bəylər Əyyubovun taxıl biznesinə zərbə

Tarix: 9-12-2012, 14:01 Bölmə :Manşet Baxış: 1 837
Bəylər Əyyubovun taxıl biznesinə zərbə

Generalın iqtisadi cəhətdən çökdürülməsi yönündə addımlar atılır

gundemxeber.az Prezidentin mühafizə idarəsinin rəisi, general Bəylər Əyyubovun gizli iqtisadiyyatda əsas fiqurlardan biri olması sirr deyil. Onun yaxın adamları vasitəsilə çoxsaylı qurumlara nəzarət etməsi, qida sektorunda xüsusi paya malik olması haqda çox yazılıb. Generalın qohumluq əlaqələrinin olduğu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla birgə şirə istehsalına girişdiyi haqda da informasiyalar var. Həmin məlumatlarda bildirilir ki, şirə bazarına təxminən bir il öncə daxil olan «Vita-100» şirələri məhz onlara məxsusdur.
Bununla belə generalın nəzarəti və diqqəti altında saxladığı əsas sahə həmişə olduğu kimi taxılçılıq və tikinti materiallarının idxalıdır. Amma deyəsən, indi bu sahədə də generalın problemləri yaranmağa başlayıb. Belə ki, əldə etdiyimiz məlumata görə, generalın Beyləqan rayonu ərazisindəki taxıl zəmiləri ilə bağlı müəyyən narahatçılıqlar yaranıb. Məlumat üçün bildirək ki, Haramı düzündə Bəylər Əyyubova məxsus geniş taxıl sahələri var ki, burada işlərə nəzarəti generalın «adamı» kimi tanınan sabiq deputat Əhəd Əhmədov həyata keçirir. Hətta deputat olduğu illərdə belə Haramı düzündəki zəmilərdə olmağı parlamentdə oturmaqdan üstün tutan Əhəd Əhmədov burada hər şeydən sorumludur. Beyləqandakı mənbəmizin sözlərinə görə, Əhəd Əhmədov deputat olanda belə parlamentin iclaslarına qatılmaq üçün birinci növbədə «ağsaqqal»dan icazə almalıymış. Bu faktın özü də Haramı düzündəki zəmilərin generalın biznes sistemində necə vacib halqa olduğunu təsdiqləyir.
Mənbəmiz iddia edir ki, əgər əvvəllər general Beyləqanda şəriksiz söz sahibi idisə artıq indi üçün bunu demək çətindir. Hər halda sonuncu parlament seçkilərində Əhəd Əhmədovu təkrar Beyləqandan deputat «seçdirə» bilməyən Bəylər Əyyubov rayondakı ilk məğlubiyyətini almış oldu. Birmənalı olaraq Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin «adamı» olan Beyləqanın yeni icra başçısı Vaqif Abdullayev generalın rayondakı adamlarını sözün əsl mənasında sıxışdırmağa başlayıb. İlk növbədə Əhəd Əhmədovu zərərsizləşdirməyi bacaran icra başçısı indi də generalın taxıl biznesini hədəfə alıb. Aydın məsələdir ki, icra başçısı yuxarıdan tapşırıq olmadığı təqdirdə generalı maraqlarını tapdalayan addımları atmağa cürət etməzdi. Görünür, Bəylər Əyyubovun Beyləqanda sıxışdırılması göstərişi Ramiz Mehdiyevdən gəlib. Belə ki, Beyləqanda ölkəninin iki ən qüdrətli məmuru üz-üzə gəlib. Bununla da ötən parlament seçkilərindən başlayan münaqişə pik həddinə çatıb. Beyləqandan daxil olan məlumata görə bir neçə gün əvvəl rayonda taxıl daşıyan ağır yük maşınları ilə bağlı ciddi problem yaşanıb. Məlumatda bildirilir ki, Beyləqanda biçin mövsümü başladıqdan sonra taxıl maşınlarının rayon mərkəzindən keçişi yasaqlanıb. İcra başçısı Vaqif Abdullayev bunu ağır tonnajlı yük maşınlarının yolları sıradan çıxarılması ilə əlaqələndirib. Lakin mənbəninin bildirdiyinə görə, bu yasaq əslində Bəylər Əyyubovun adamlarını sıxışdırmağa hesablanıb.
Mənbə bildirir ki, problem iki il bundan əvvəl Ramiz Mehiyevlə Bəylər Əyyubov arasında başlayıb. Belə ki, Ramiz Mehdiyev Bəylər Əyyubovun kadrı olan Əhəd Əhmədovun ikinci dəfə Beyləqan-İmişli seçki dairəsindən deputat seçilməsinə veto qoyub və bu dairədən öz adamını millət vəkili çıxarıb. Bu isə iki məmur arasında toqquşmaya səbəb olub. Ramiz Mehdiyevin kadrı olan hazırkı icra başçısı Vaqif Abdullayev isə rayona ayaq basandan sonra Bəylər Əyyubovun adamlarına qarşı sözün həqiqi mənasında repressiya həyata keçirib. Hətta keçmiş millət vəkili Əhəd Əhəmədovun Beyləqana girişinə qeyri-rəsmi qadağa belə qoyulub.
Mənbəninin bildirdiyinə görə taxıl daşıyan yük maşınlarının Beyləqandan keçməsinə yasaq qoyan icra başçısı sonda geri addım atmağa məcbur olub. Bununla belə ziddiyyətlərin hələ də səngimədiyi bildirilir.
Şahin
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bəylər Əyyubovun Bərdə projesi

    Bəylər Əyyubovun Bərdə projesi ...

    16-01-2013, 10:09

  • 
  • Bəylər Əyyubovun bacısı oğlu həbs olunub

    Bəylər Əyyubovun bacısı oğlu həbs olunub ...

    5-09-2013, 15:20

  • 
  • Generalın adamı nazirə qarşı

    Generalın adamı nazirə qarşı ...

    1-09-2015, 14:21

  • 
  • Bəylər Əyyubovun düşmənləri çoxalır

    Bəylər Əyyubovun düşmənləri çoxalır ...

    11-12-2012, 12:01

  • 
  • Generalın qardaşından Sabunçu xəstəxanasına gülməli qadağa

    Generalın qardaşından Sabunçu xəstəxanasına ...

    11-05-2016, 12:31


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (268)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu