“Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfərinin məhkəmə çıxışı
Möhtərəm Hakim! Hörmətli məhkəmə iştirakçıları! “Gündəm xəbər” qəzetinin heç kimi fərq qoymadan tənqid etməsi, heç bir siyasi və iqtisadi qrupa bağlı olmaması çoxlarına xoş gəlmir. Buna görə də qəzetimizə qarşı qərəzli istintaq işinə başlanmışdır. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin vergidən yayınma (Cinayət Məcəlləsinin 213-cü maddəsi) ilə istintaq aparmaq səlahiyyəti yoxdur. Azərbaycan Respubiikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi MŞ tərəfındən ona edilmiş müraciət üzrə mənim əməlimdə cinayət tərkibi olmadığıııa görə cinayət işinin başlanılmasını rədd etməli və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə cinayət olmadığını bilə-bilə məni ağır cinayətdə ittiham etmişdir. Mənim haqqımda vergi yoxlaması qanunsuz keçirilib. Belə ki, növbədənkənar vergi yoxlaması Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin məktubu əsasında keçirildiyi yazılsa da, vergi yoxlaması Vergi Məcəllosinin 38.3.5-ci maddəsinə əsason, yəni "vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi (azaldıldığı) aşkar edİldikdə" adı altında keçirilib. Növbədənkənar vergi yoxlaması qeyd edilən ad altında keçirildiyi halda yoxlayıcı Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Məhkəmə və ya hüquq – mühafızə orqanlarının qərarlarına əsaslanan audit şöbəsinin böyük dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri Nurməmmədov İmran Məmməd oğlu olmuşdur. Buradan açıq aydın görünür ki, növbədənkənar səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən keçirildiyindən yoxlamanı aparan şəxsin bu sahə üzrə yoxlama aparmaq səlahiyyəti olmayıb. Burada diqqəti çəkən halın biri də, ondan ibarətdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə edilən müraciətdə cinayət tərkibi olmadığındaıı Koırupsiyaya Qarşı Mübarizə İdarəsi Vergilər Nazirliyinə vergi yoxlaması keçirilməsi üçün müraciət edib. Həmin müraciətdə səyyar vergi yoxlamasının keçirilməsi üçün əsaslar olmadığından vergi orqanı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin qanunsuzluğunu ört-basdır etmək üçün növbədənkənar səyyar vergi yoxlamasını hüquq-mühafızə orqanlarının müraciəti adı ilə deyil, "vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi (azaldıldığı) aşkar edildikdə" adı altında aparıb. Halbuki, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi (azaldıldığı) aşkar edilməsi halı olmayıb və səyyar vergi yoxlaması haqqında AKT-da belə bir mənbə haqqında heç bir məlumat verilməyib. Səyyar vergi yoxlaması AKT-ı da qanunsuzdur. Belə ki, qəzetin ilk tirajı 1500 olmuş, ən yüksək tirajı isə 2140 olmuşdur. Qəzetin tirajlarının 40-50 faizi satılmamış və geri qəbul edilmişdir (vozvrat). Qəzetlər mətbuat yayımı şirkətləri vasitəsi ilə satılmışdır. Mətbuat yayımı şirkətləri qəzetin bir ədədni 24 qəpiyə almış, qalan 16 qəpik qəzetin satışı ilə məşğul olan şirkətlərə qalmışdır. Səyvar vergi yoxlaması zamanı həftəlik və az tirajla çıxan qəzetin dövriyyəsini, gündəlik və yiiksək tirajla çıxan "Azadlıq" və "Yeni Musavat" qəzetləriııin dövriyyəsi ilə eyniləşdiriblər. Bundan əlavə qəzetlər real satış qiyməti ilə - bir ədədi 40 qəpiyə hesablanmış, real satış qiymətindən qəzetlərin satışı ilə məşğul olan şirkətlərə 26 qəpik verilməsini və qəzetlərin 40-50 faizinin satılmadığını nəzərə almamışlar. Vergi Məcəlləsinin (VM) 39.2. maddəsinə əsasən vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir.
Möhtərəm Hakim! Hörmətli məhkəmə iştirakçıları!
Digər bir tərəfdən korrupsiya İdarəsinin dövlət qəzeti olmayan fərdi bir insanla nə işi ola bilər? Axı mən məmur deyiləm. Bu halda mənim hansı korrupsiya əməllərim ola bilər? İkincisi, Korrupsiya İdarəsi Vergilər Nazirliyinin verdiyi arayış əsasında cinayət işini aparıb. Təsəvvür edin ki, Vergilər Nazirliyi bir cəfəngiyyat ittiham irəli sürüb. Konkret desək “potoloka” baxaraq qəzetin olmayan tirajlarını və xərclərini yazıblar və məni vergidən qaçmaqda ittiham ediblər. Bundan sonra cəfəng və əsası olmayan bu işi cinayət işinə çeviriblər. Amma bu zamanda ortaya başqa suallar çıxır. Məsələn, əgər “Gündəm xəbər” qəzetində vergi nöqsanları varsa, bunun korrupsiyaya nə aidiyyəti var? Bu işə məhkəmədə baxıla bilər, çünki mübahisəlidir. Bəs bunun Korrupsiya İdarəsinə nə dəxili var axı? Bütün bunlar göstərir ki, qəzetə qarşı aparılan əməllər siyasi xarakter daşıyır. Əsas məsələ də odur ki, qəzet kimlərinsə maraqlarına toxunur və onu susdurmaq lazımdır. Amma bnütün bunlara baxmayaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi məni Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə göndərildi. Aprelin 4-dən bu yana ötən dövr ərzində Gəncə şəhər Kəpəz rayon Məhkəməsində cinayət işi üzrə məhkəməsi üzrə altı proses keçirilib. Aprelin 18-də keçirilən prosesdə “Gündəm Xəbər” qəzetinin fəaliyyətindəki nöqsanlarla əlaqədar yoxlama aparmış Azərbaycan Respublikası Vergilər Nazirliyinin audit təşkilatının məsul işçisi İmran Məmmədov dindirilmişdir. O, verdiyi ifadə də “Gündəm Xəbər” qəzetini 8000 tirajla çıxan “Azadlıq” və 5000 tirajla nəşr olunan “Yeni Müsavat” qəzetləri ilə eyniləşdirərək, “Gündəm Xəbər” qəzetinin fantastik rəqəmlərlə vergi ödəyicisindən yayındığını bildirmişdir. Vergi əməkdaşı İmran Nurməmmədovun ifadəsindən sonra sözügedən qəzetin çapında iştirak etmiş “E-Q” MMC-nin direktoru Akif Quliyev və “Futbol+Servis” mətbəəsinin direktoru Aslan Məmmədov məhkəmə tərəfindən şahid qismində dindirilmişdir. Onlar verdikləri ifadədə “Gündəm Xəbər” qəzetini əvvəllər həftədə bir dəfə, sonra iki dəfə, daha sonra həftədə üç dəfə nəşr etdikləri müddətdə tirajının 1700-2000 arasında olduğunu bildirmişlər. Qəzet nəşiriyyatı direktorlarının ifadələrinin təsdiqi üçün hakimə lazımi sənədlər təqdim etmişəm. Məhkəməyə yazılı ifadə verən “Qaya” mətbuat yayımının sədri Xanhüseyn Əliyev, “Səma” MMC-nin baş mühasibi Qəzənfər Kazımov, “Qasid” ASC-nin sədr müavini Ağəli İsmayılovun da ifadələri proses iştirakçılarına çatdırmışdır. “Azərmətbuatyayım” ASC İB-nin sədr müavininin üzürlü səbəbdən məhkəməyə gələ bilmədiyi qeyd edilmiş və onun rəsmi ifadəsi məhkəmə iştirakçılarına oxunmuşdur.Bu göstərilən ifadələrin vergilər nazirliyinin məsul işçisi İmran Nurməmmədovun ifadələri ilə uyğunsuzluq təşkil etdiyi proses iştirakçılarına tam aydın olmuşdur. Bundan başqa mayın 2-də keçirilən prosesdə baş verən məsələlər barədə geniş ifadə verərək vergilər nazirliyinin qərarının absurd və cəfəng olduğunu tam şəkildə sübuta yetirmişəm. “Gündəm Xəbər” qəzeti 2009-cu il iyunun 1-dən 2010-cu il aprelin 4-dək “E-Q” mətbəəsində 127 min 735 nüsxə, 2010-cu il mayın 3-dən 2011-ci il mayın 31-dək “Futbol+Servis” mətbəəsində 185 min 670 nüsxə, 2010-cu il 20 avqust tarixdən 2011-ci il 27 may tarixinədək 79 min 115 nüsxə “Azərbaycan” Nəşriyyatında çap olunmuşdur. Vergi yoxlamasının aparıldığı dövr -2009-cu il iyun ayının 1-dən 2011-ci il iyun ayının 1-dək dövrdə “Gündəm Xəbər” qəzetinin dərc olunduğu tiraj həmin dövr ərzində qəzetin nəşr olunduğu “Azərbaycan” nəşriyyatı, “E-Q” mətbəəsi və “Futbol+Servis” mətbəəsinin verdiyi rəsmi sənədlərlə təsdiq olunmuşdur. Bu sənədlər tam sübut edir ki, sözügedən dövr ərzində qəzet 392 min 520. nüsxə çap olunub. Vergilər Nazirliyinin Səyyar vergi yoxlaması AKT-ında isə bu rəqəm 5 milyon 376 min kimi göstərilmişdir. Vergilər Nazirliyinin əməkdaşları qəzetin dövrülüyüni ilk gündən gündəlik, yəni həftədə 7 dəfə, tirajını isə 8 min nüsxə hesablamışlar. Bu fantastik rəqəmləri hesablamış və “Gündəm xəbər” qəzetinin vergi yoxlamasına aid olan 24 ay ərzində ümumi tirajını 5 milyon 376 min kimi müəyyənləşdirib. Bunun da müqabilində qəzetin büdcəsinə 2 milyon 150 min 400 manat pul vəsaitinin daxil olduğu, bunun da 376 min 320 manatı xərc olaraq çıxılmışdır. Saxta vergi cəriməsi məhz bu fantastik rəqəmlər əsasında hesablanmış, qəzetin iki il ərzində gəliri 1 milyon 774 min 80 manat kimi götürülmüşdür. Əslində isə reallıq belədir və indi söyləyəcəyim faktlar şahidlərin ifadəsində də öz təsdiqini tapmışdır. Məlumat üçün bildirim ki, “Gündəm Xəbər” qəzeti 2009-cu il iyunun 1-də həftədə 1 dəfə nəşrə başlamış, sentyabr ayında həftədə 2 dəfə, 2010-cu il mayın 11-dən həftədə 3 dəfə, 2011-ci il mayın 16-dan isə həftədə 5 dəfə çap olunmuşdur. Qəzet fəaliyyətə başladığı gündən 5 il sonra yəni bu gün belə Vergilər Nazirliyinin göstərdiyi tiraj və dövrülüklə dərc olunmur. Bundan başqa vergi yoxlaması qəzetlə yayım firmaları arasında müqavilədə göstərilən qiyməti, xidmət haqqını nəzərə almamış. Xərc kimi yalnız mətbəəyə qəzetin çapına görə ödənilən məbləğ hesablanmışdır ki, bu məbləğ də qəzetin bir nüsxəsi üçün 7 qəpik götürülmüşdür. Halbu ki, bu da reallıqla üst üstə düşmür. Vergilər Nazirliyinin əməkdaşları yalnız tiraj və dövriliklə bağlı deyil. Qəzetin gəlirlərilə bağlı da ciddi yanlışlığa yol vermişlər.Yayım firmalarının təqdim etdiyi sənədlərdə qəzetin gəliri real olaraq göstərilir. Belə ki, Vergi yoxlamasının əhatə etdiyi dövrdə “Qasid” ASC firması 58 min 118 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 26 min 974 nüsxə satılmış, 31 min 144 nüsxə geri qaytarılmışdır. Redaksiyaya 6 min 473 manat 76 qəpik ödənilmişdir. Eyni dövrdə “Qaya” MMC firması 40 min 722 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 25 min 215 nüsxə satılmış, 15 min 507 nüsxə geri qaytarılmışdır. Satışdan gələn gəlir 6 min 51 manat 60 qəpik olmuşdur. Amma redaksiyaya ilkin olaraq 5 min 495 manat 28 qəpik ödənmiş, qalan fərq -556 manat 32 qəpik isə iyun ayında hesaba köçürülmüşdür ki bu da vergi yoxlaması dövrünə aid deyil. Yoxlama dövündə “Azərmətbuatyayım” ASC firması 12 min 658 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 6 min 357 nüsxə satılmış, 6 min 301 nüsxə geri qaytarılmışdır. Adıçəkilən firma 1 min 12 manat xidmət haqqı olaraq öz hesabında saxlamış, redaksiyaya 1 min 530 manat ödənilmişdir. Vergi yoxlamasının əhatə etdiyi dövrdə “Metro-Servis” MMC firması 20 min 220 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 7 min 675 nüsxə satılmış, 12 min 545 nüsxə geri qaytarılmışdır. Satışdan gələn gəlir 1 min 842 manat olmuşdur. Amma redaksiyaya ilkin olaraq 431 manat 70 qəpik ödənmiş, qalan fərq – 1 min 410 manat 30 qəpik isə iyun ayında hesaba köçürülmüşdür ki bu da vergi yoxlaması dövrünə aid deyil. Eyni dövrdə “Səma-M” MMC firması 14 min 06 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 8 min 146 nüsxə satılmış, 5 min 860 nüsxə geri qaytarılmışdır. Redaksiyaya 1 min 955 manat 04 qəpik ödənilmişdir.
Möhtərəm Hakim! Hörmətli məhkəmə iştirakçıları!
Vergi yoxlamasından sonra nazirliyin əməkdaşlarının 23-26 aprel 2012-ci il tarixdə apardığı xronometraj da qəzetin tirajının yoxlama aktında göstərildiyindən xeyli aşağı olduğunu təsdiqləmişdir. Belə ki xronometraj aparılan dövrdə qəzetin tirajının 1045 nüsxə olduğu aşkarlanmışdır. Yəni vergi yoxlama aktında göstərilən tirajdan 8-dəfə az. Göründüyü kimi qəzetin tirajlarının təxminən 40-50 faizi satılmamış və geri qəbul edilmişdir (vozvrat). Qəzetlər mətbuat yayımı şirkətləri vasitəsi ilə satılmışdır. Mətbuat yayımı şirkətləri qəzetin bir ədədni 24 qəpiyə almış, qalan 16 qəpik qəzetin satışı ilə məşğul olan şirkətlərə qalmışdır. Səyyar vergi yoxlaması zamanı həftəlik və az tirajla çıxan qəzetin dövriyyəsini, gündəlik və yüksək tirajla çıxan "Azadlıq" və "Yeni Musavat" qəzetlərinin dövriyyəsi ilə eyniləşdiriblər. Bundan əlavə qəzetlər real satış qiyməti ilə - bir ədədi 40 qəpiyə hesablanmış, real satış qiymətindən qəzetlərin satışı ilə məşğul olan şirkətlərə 16 qəpik verilməsini və qəzetlərin 40-50 faizinin satılmadığını nəzərə almamışlar. Beləliklə bütün sənədlərə və əldə olan faktlara əsasən qəti şəkildə söyləmək olar ki, Vergilər Nazirliyinin Audit Departamentinin Səyyar vergi yoxlamasının qərarı başdan başa cəfəngiyyata söykənir. Yoxlama aparılan dövrdə qəzetin hesabına ümumilikdə 15 min 885 manat 94 qəpik pul vəsaiti daxil olmuşdur. Bu vəsait qarşısında tutulan vergi cəriməsi isə gülməli görünür. Vergi yoxlaması dövründə əlavə olaraq Narmobile şirkəti qəzetə reklam təklif etmiş və bunun qarşılığında 130 manat hesaba köçürülmüşdür. Bunu da hesablasaq ümumi məbləğ 16 min 15 manat 94 qəpik edir. Bu məbləğə əsasən sadələşdirilmiş vergi ödəyicisi kimi ödənilməli olan pul, yəni gəlirin 4 faizi 640 manat 64 qəpik edir. Bu müddət ərzində vergi uçotunu özüm aparmışam və xərcləri də çıxdıqdan sonra qalan gəlirimin 4 faizini vergiyə ödəmişəm. Vergi yoxlaması aparılan dövrdə 12 saylı vergilər idarəsinə 96 manat pul ödəmişəm. 640 mant 64 qəpikdən 96 manat çıxsaq mənim 544 manat 64 qəpik vergi borcumun yarandığı aydınlaşar.
Möhtərəm Hakim! Hörmətli məhkəmə iştirakçıları!
Çox təəssüf ki, hörmətli dövlət ittihamçısı son prosesdə bu faktları nəzərə almadan mənim haqqımda ağır cəza istədi. Buna baxmayaqraq mən bütün proses boyu dediyim kimi, Azərbaycan məhkəmələrinin ədalətinə inanıram və ümüd edirəm ki, hörmətli hakim haqqa və ədalətə uyğun qərar qəbul edəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?