Tanınmış dramaturq və rejissor Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqına qarşı açılmış cinayət işi ilə bağlı Vergilər Nazirliyinin İstintaq İdarəsində araşdırma aparılır. Bu barədə Modern.az-ın sorğusuna Vergilər Nazirliyinin açıqladığı rəsmi cavabda bildirilib.
Rüstəm İbrahimbəyov isə AzNews.az-a açıqlamasında Vergilər Nazirliyinin İstintaq İdarəsinin qaldırdığı cinayət işinin əsassız olduğunu bildirdi: “Orada mənlik bir iş yoxdur. Araşdırma isə guya çoxdan gedir. Yalandan ortaya iki iddia qoyublar. Biri vergilər məsələsidir, uydurmadır, qanunla əsaslı deyil. O biri isə festivalla əlaqədardır. Festivalın direktorunu təqsirləndirirlər ki, filan qədər maliyyə vəsaiti mənimsəyib. Bu da yalandır, sübut edə bilmirlər. Bir necə aydır ki, bu iş gedir, nəticəsi də yoxdur. Nəticə üçün sübut lazımdır, o da yoxdur. İkinci bir tərəfdən isə cinayət işini bağlamırlar. Konkret mənə gəldikdə isə burada mənlik heç bir şey yoxdur. Gec-tez bu cinayət işini bağlayacaqlar. Çünki əsası yoxdur”.
Xatırladaq ki, Vergilər Nazirliyinin İttifaqa qarşı qaldrıdığı cinayət işi barədə rəsmi məlumatında bilidirilib ki, yoxlama nəticəsində vergi orqanına bəyannamə təqdim etməməklə 12373,56 manat məbləğində verginin dövlət büdcəsinə ödənilmədiyi aşkarlanıb və CM-nin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb.
İstintaqın gedişində müəyyən olunub ki, nəqliyyat vasitələrinin ittifaqa icarəyə verilməsi barədə sənədlər tərtib olunmaqla 22000,00 manat məbləğində vəsait talanıb.
Faktla bağlı Kinematoqrafçılar İttifaqının rəhbərliyi tərəfindən festivalın keçirilməsi üzrə səlahiyyətli nümayəndə təyin olunmuş Lalə Əfəndiyevaya qarşı CM-nin 179.3.2-ci maddəsi ilə ittiham elan olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?