“Azərbaycan Kinemotoqrafçılar İttifaqına qarşı açılan cinayət işi ilə bağlı Lalə Əfəndiyevadan başqa heç kim cinayət məsuliyyətinə olunmayıb”. Bunu Azərbaycan Kinemotoqrafçılar İttifaqına qarşı açılan cinayət işi ilə bağlı Modern.az-ın sorğusunu cavablandıran Vergilər Nazirliyindən bildiriblər.Qeyd olunub ki, hazırda cinayət işi ilə bağlı Vergilər Nazirliyinin İstintaq İdarəsində araşdırmalar gedir. Nazirlikdən həm də bəzi məsələlər istintaq sirri olduğundan ətraflı məlumat verə bilməyəcəklərini deyiblər. Vergilər Nazirliyindən sadəcə onu qeyd ediblər ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının əməkdaşı Lalə Əfəndiyevadan başqa heç kim cinayət məsuliyyətinə alınmayıb. Artıq xeyli müddətdi ki, Azərbaycan Kinemotoqrafçılar İttifaqına qarşı cinayət işi başlansa da İttifaqın rəhbəri Rüstəm İbrahimbəyovun iş üzrə ifadəsi alınmayıb. Heç İttifaqının rəhbəri iş üzrə ifadəsinin alınması üçün istintaqa dəvət edilməyib, ona qarşı heç bir ittiham irəli sürülməyib. Nazirlikdən onu da bildiriblər ki, istintaqın nə vaxt bitəcəyi onun gedişindən asılı olacaq. Xatırladaq ki, Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinemotoqrafçılar İttifaqına qarşı cinayət işinin qaldırılmasına səbəb kimi XI Şərq-Qərb kinofestivalına gələn və 10 gün Bakıda tədbirlərdə iştirak edən 120 qonağın aeroportdan şəhərə və şəhər içində gəzintisinə və bu işlərə ayrılan pulların mənimsənilməsi göstərilib.
Sorğu
Yeni dizaynımız necədir?