GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ölkəni nəzarət altına alacaq ittifaq

Ölkəni nəzarət altına alacaq ittifaq

Tarix: 10-12-2012, 14:12 Bölmə :Manşet Baxış: 2 043
Ölkəni nəzarət altına alacaq ittifaq

Kəmaləddin Heydərov siyasi, iqtisadi beyin mərkəzi, Elçin Quliyev isə hərbi tərəfidir

gundemxeber.az Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Sərhəd Qoşunları komandanı, general-leytenant Elçin Quliyevin qohum olması heç kimə sirr deyil. Bu qohumluq qudalıq səviyyəsində olsa da, hərbi-siyasi yönü ilə strateji xarakter daşıyır. Bu qohumluq özündə maliyyə, güc və siyasi faktorları ehtiva edən müasir Azərbaycanın tipik və ən güclü qudalıq modelidir. Öz maliyyə, zor və media gücü ilə digərlərindən fərqli, iddialı və güclüdür. Bu qohumluq həm də regional faktora dayalıdır və hakimiyyətdəki ən təsirli birlik olan Naxçıvan klanına aiddir. O baxımdan, ən yüksək kresloya oturmaq kimi siyasi perspektivə iddialıdır.
Kəmaləddin Heydərov bu qudalığın siyası, maliyyə, güc və media üzrə beyin mərkəzidirsə, Elçin Quliyev zor gücü tərəfidir. Bu amillərin bir yerdə olması bu qudalığa hələlik hakimiyyətin müxtəlif strukturlarını nəzarətdə saxlamağa, iqtidarda siyasi və iqtisadi söz sahibinə çevrilməsinə və bəzi sahələrdə inhisarçılığa imkan verir. Yəni, bu imkanlar yalnız bu qədərinə yetir. Əslində, bu az deyil və hakimiyyətdəki digər güclərlə müqayisədə bütün parametrlər üzrə böyük fərqlə irəlidədir.
Hazırkı status-kvo bu qudalığın beyin mərkəzi üçün yetərlimidir? Görsənən odur ki, yetərli deyil. Demək ki, bu imkanları bir az da irəliyə daşımaq üçün malik olduqları güc faktorlarının əhatə dairəsini daha da genişlənləndirmək düşünülür. Bu isə bütün sahələrdə inhisarçılığı artırmaq, siyasi, maliyyə və güc yönündə rəqiblərə heç bir haqq tanımamaq, bu işə əngəl olanlara mediada kompramat savaşı açmaq, şantaj və digər qeyri-formal dəyərlər tətbiq etməyə söykənir.
Bundan çoxunu qudalar əldə olan maliyyəyə mütənasib gücün olmasını istəyirlər. Bu güc isə ordudur və təhlükəsizlik baxımından dövlətin ən böyük zor aparatıdır. Doğrudur, bu arada güc alanını artırmaq yönündə bir xeyli uğurların olduğunu müşahidə edirik. Xüsusilə də Komissarlığın ordunun səlahiyyət çərçivəsindən çıxarılması və öz adamları olan Arzu Rəhimovun müstəqil qurum olaraq Səfərbərlik Xidmətinin başına gətirilməsi baxımından. Etiraf edək ki, bu qurum yaradılışından bəri fəaliyyət baxımından hələ də özünü təsdiq edə bilməyib. Amma bütün halda bunu da gücə güc qatmaq olayı kimi və strateji xəttə xidmət olaraq dəyərləndirmək olar. Ancaq əsas hədəf ordudur. Ona görə də gələcəyi təhlükəsiz çətir altına salmaq üçün bu hədəf-ordu uğrunda «Pelopanes savaşı»na girişiblər. Sadə dildə desək, bu birliyin beyin mərkəzi Kəmaləddin Heydərov qudası Elçin Quliyevi ordunun başına gətirmək istəyir. Bu yöndə isə xeyli perspektiv və sıxıntıların olması gerçəkdir. Əvəlcə perspektiv barədə.
Son «Gülərqeyt» olayı və 2013-cü il prezident seçkilərinin yaratdığı siyasi şəraitdən dolayı PA rəhbəri Ramiz Mehdiyevin əmək təqaüdünə göndərilməsi yaxın perspektiv kimi görünür. Belə olduğu təqdirdə, Ramiz Mehdiyevin Naxçıvan klanında tutduğu liderlik mövqeyi Kəmaləddin Heydərova ötürülə bilər və mərhum spiker Murtuz Ələsgərovun 40 yas mərasimində Kəmaləddin Heydərovun Ramiz Mehdiyevin kölgəsinə sığınaraq onun personal maşınında birgə məclisə təşrif buyurması bu ehtimalı daha da gücləndirir. Təbii ki, hadisələrin bu cür inkişafı «fövqəlnazir»in mövqeyini daha gücləndirə və siyasi hakimiyyətin ciddi alternativinə çevirə bilər. Ancaq mənfi əks-əlaqə ilə özünə də qayıda bilər. Yəni hakim ailənin bir nömrəli hədəfinə də çevrilə bilər. Ona görə də hadisələrin bu cür inkişafının onun lehinəmi, yoxsa əleyhinəmi olacağını bər başdan proqnozlaşdırmaq çətindir və daha çox hakim ailənin iradəsinə, daxili və xarici faktorlara bağlıdır
İndi də sıxıntılar barədə. Elçin Quliyevi ordunun başına gətirilməsi xeyli problemli görünür. Çünki bu, o qədər strateji postdur ki, təkcə ölkə daxilindəki iradə ilə məhdudlaşmır. Xarici faktorların rəyinə gəldikdə isə bu yöndə Elçin Quliyevin xeyli sıxıntıları var. Bu istiqamətdə «WikiLeaks» saytında ABŞ-ın Azərbaycandakı sabiq səfiri Enn Dersinin Dövlət Departamentinə göndərdiyi arayışın açıqlanmasını yada salmaq olar. O sənəddə Azərbaycandan tranzit olaraq keçirilən narkotik əməliyyatlarında Elçin Quliyevin iştirak payı haqda informasiya yer alırdı. O baxımdan, ehtimal olsa belə, ABŞ-ın bu təyinata sıcaq baxmayacağı bəri başdan bəllidir.
Başqa bir informasiya Elçin Quliyevin keçmiş hərbi xidməti ilə bağlıdır. Əldə etdiyimiz informasiyalara görə, Elçin Quliyev ötən əsrin 90-cı illərində hərbi rütbəcə hələ baş leytanant olduğu zamanlarda Qarabağda qızğın döyüşlərdən imtina edərək fərarilik etmişdir. Hətta bu faktla bağlı baş qərargah rəisi Nurəddin Sadıqovun təqdimatı ilə prokurorluqda Elçin Quliyevin əleyhində cinayət işinin açıldığı da bildirilir. Sonradan himayədarlarının vasitəsilə bu cinayət işinə xitam verildiyi də gələn xəbərlər arasındadır. Bu cür parlaq olmayan hərbi keçmişi və deyilməyən bəzi özəl mənfi xüsusları da bir araya gətirdikdə Sərhəd komandanının ordu başçılığına yolu heç də rəvan görsənmir.
Ancaq məsələnin bir də mənəvi tərəfi var. Bu cür parlaq olmayan bir keçmişi olan hərbçinin ordunun başına gətirilməsi absurd olduğu qədər, həm də qəbuledilməzdir. Xüsusilə də cəmiyyət tərəfindən. Qarabağ savaşından üzü ağ çıxmayan, qorxub fərarilik edən bir zabitin orduya sərkərdəlik edərək qalibiyyətə daşıyacağını Azərbaycan insanına necə həzm etdirmək olar? Orduya sərkərdəlik etmək binalar tikib, asfaltlar salmaq, bu prosesi quruculuq adıyla korrupsiya elemintinə çevirmək qədər bəsit deyil. Bu bir məsuliyyətdir. Özü də dövlət və millət qarşısında...

Turqut
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kəmaləddin Heydərov jurnalistin atasının yas mərasimində iştirak edib

    Kəmaləddin Heydərov jurnalistin atasının yas ...

    21-03-2016, 18:45

  • 
  • Kəmaləddin Heydərov Mingəçevirdə müşavirə keçirdi

    Kəmaləddin Heydərov Mingəçevirdə müşavirə keçirdi ...

    29-11-2014, 22:26

  • 
  • Kəmaləddin Heydərov Kristal Zala gəldi - FOTO

    Kəmaləddin Heydərov Kristal Zala gəldi - FOTO ...

    17-06-2015, 15:46

  • 
  • Kəmaləddin Heydərov Elçibəyin oğlunu işə götürdü

    Kəmaləddin Heydərov Elçibəyin oğlunu işə götürdü ...

    21-08-2014, 14:23

  • 
  • Samir Şərifov "fövqəlnazir"i təftiş edir

    Samir Şərifov "fövqəlnazir"i təftiş edir ...

    18-04-2013, 10:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu