Son zamanlar ölkənin bir sıra mətbu orqanlarının manşetindən düşməyən “Sumqayıt Dövlət Universitetində təhsil rəzaləti”, “Sumqayıt Dövlət Universitetində korrupsiya şəbəkəsi” və s. başlıqlı məlumatları oxuyarkən, qeyri- ixtiyari insanı bir neçə sual düşündürür. Bu suallar hansılardır: -Görəsən erməni qədər, bəlkə ondan da betər Azərbaycanın gələcəyinə, onun Təhsil sisteminə zərbə vuran SDU- nun rektoru Nadir Qəhrəmanov və onun bandasının qarşısına birdəfəlik olaraq neçə milyon manat pul qoyulsa bunların gözü doyar və bu biçarə millətin (ona görə biçarə ki, bu millət dərdini kimə desin ki, bu cür bəlalardan onu qoruyan tapılsın !) balalarından əl çəkəcəklərmi?. Görəsən bu cinayətləri “görməli olanlar” niyə bu böyüklükdə gözlərinə girən tiri görmür, amma özlərinə sərf edəndə “tükü tir böyüklükdə görürlər”? Nə vaxta qədər “Prezidentin vəzifəyə qoyduğunu Prezident yalnız çıxara bilər”, “Prezident seçkisi qabağı səs- küy lazım deyil” və s. kimi saxta dəlillərlə elə Prezidentin özünə badalaq gələcəklər? Məgər 6 minlik bir kollektiv, onların qohum- əqrabaları, ictimaiyyət bunu görüb, lakin heç bir tədbir görülmədiyini görəndə Prezidentə seçkiqabağı mənfi təsir etmir? Məgər bir- neçə xarici dövlətlərdən gəlib burada guya təhsil alan əcnəbi tələbələr bu “bardaqxananı” görəndə Dövlətimizin və Prezidentimizin imicinə mənfi təsir etmir? (Yeri gəlmişkən Nigeriya, Cənubi Koreya və Türkiyədən gələn neçə- neçə tələbə bu biabırçılıqları görüb, buranı yarımçıq tərk ediblər). -Görəsən bu universitetdə baş verən və mətbuatda işıqlandırılan, hüquq- mühafizə orqanlarına göndərilən cinayət faktlarını (rüşvətlə təhsil, “ölü canlar”, saxta köçürmələr, kadr saxtakarlıqları, qeyri- qanuni yolla toplanmış sərvət və s.) sübut etməyə cəhd o yana qalsın, heç olmazsa “Ay evin yıxılmasın bir əl saxla, saman sənin deyil, samanlıqdamı sənin deyil” deyə bilən bir dövlət adamı bu dövlətdə tapılmır? Məgər Nadir Qəhrəmanov bu dövlət üçün beləmi vacib personadır? Bəlkə elə qanunçuluq belə yozulmalıdır, sadə xalq bu insanları düz başa düşmür? -Görəsən nə qədər və haracan tək SDU- da deyil, ümumiyyətlə cəmiyyətimizdə baş verən və qarşısının alınması üçün vaxtında tədbir görülməyəcək, saxtakarlıqları, əyrilikləri görə- görə ya qorxumuzdan səsimizi içimizə salıb “çərləyəcəyik”, ya da dilə gətirib nəticədə üstümüzə hər cür çamur atacaqlar, necə deyərlər “oğru elə bağıracaq ki, doğrunun bağrı çatlayacaq”. -Görəsən nəhayət ki, böyük ümidlər bəslədiyimiz təzə Təhsil Naziri öz iradəsini ortalığa qoyacaq, yoxsa o da “səbr eylə ey qora halva bişər səndən” söyləyəcək? Sonda qeyd etmək yerinə düşər ki, bu suallar onsuz da çox verilb və verilir də, cavab verməli olanlar kaş tapılaydı bu ölkədə! Mənim bu məktubu yazmağıma vicdanım vadar etdi. SDU-dakı bütün qanunsuzluqları, maliyyə fırıldaqlarını prorektor Yadigar Hüseynov, prorektor Qafar Ramazanov tədris şöbəsinin müdiri Sadiq Xəlilov həyata keçirirlər. Təbii ki, rektorun razılı ilə. Mən qaçqınam. Bilirəm ki, maliyyə qanunsuzluqlarına birbaşa baş mühasib cavabdehdir. Məni bu adları çəkilənlər vadar etdilər. İndii isə 200.000 manat təklif edirlər ki, xaricə qaçım. Bunların ic üzlərini gördüm. Altlarını doldurub günahı mənim üzərimə atırlar. Rektorun və prorektor Yadigar Hüseynovun oğlanları narkotik aludəçisidirlər. SDU-nun halal kafesi narkaman yığıncağına çevrilib. Rektor bunları görmür. Şərəfli polisimiz niyə tədbir görmür. Pul bizim axırımıza çıxıb. Hamının gözünü bağlayıb. SDU barəsində birbaşa kim şikayət edibsə rektor və onun əğrafı həmin adamın axırına çıxıb. Mən də bunları gözlərimin önünə gətirmişəm. Bir parça çörəyin ucbatından onların əsirinə çevrilmişəm. SDU-da anarxiyadır. Mühasibatlıq isə bərbad gündədir. Bütün qanunsuzluqlar rektorun göstərişi ilə yerinə yetirilib. 215 nəfər ölücanlı olarmı. Xəbərləri olmadan onların adlarına kartlar alınıb və əmək haqları illərdir ki, rüşvətxor dəstə tərəfindən mənimsənilir. Bunlardan bir neçəsini əməkhaqqı cədvəlinə əsasən sizin nəzərinizə çatdırıram. Bu pullarla həmin rüşvətxor dəstə illərdir ki, özləri üçün nələr etməyib.dara düşəndə isə Heydər Əliyev Fonduna köçürdüklərini deyiblər. Yalan sözlərlə hamını aldatmağı bacarıblar. Dövlətin isə 2006-cı ildən 2011-ci ilə kimi 4600000 (Dörd milyon altı yüz min manat) vəsaitini mənimsəyiblər. Heç kim tədbir görmək istəmir. Mənim ailəm və özüm təhlükə qarşısında qalmışam. Hər dəqiqə tutulacağımı gözlərim qarşısında canlandırıram. Sadəcə haqsız olaraq bir qismət çörəyin ucbatından bu günə düşmüşəm. Kömək istəməyə isə üzüm gəlmir. 2013-cü ildə 12309 manat Abunə haqqı bir neçə qəzetə guya pul keçirilib. Əslində keçirilib tam başqa müəssisəyə. O ki qaldı abunə haqlarını dekanlara keçirdiblər. 12.309 (on iki min üç yüz doqquz) manat isə təsərrüfat işləri üzrə prorenktor Şirin Cəfərova aid firmaya köçürülüb. Onsuz da bu qanunsuzluqların üstü açılacaq. Mən xarici ölkələrə qaçmaq istəmirəm. Əminəm ki, dövlətim bu haqsızlıqların kimlər tərəfindən aparıldığını yaxşı bilir. Cəfər
Sorğu
Yeni dizaynımız necədir?