Rektor Nadir Qəhrəmanov yeni naziri ittiham edir, prorektor Yadigar Hüseynov isə SDU rəhbəri olmaq ümün fəaliyyətə başlayıb
Sumqayıt Dövlət Universitetində (SDU) Yadigar Hüseynovun rektor kürsüsünə sahiblənmək məqsədilə törətdiyi intriqaların ardı kəsilmək bilmir. Mövzu ilə bağlı ötən saylarımızda dərc olunmuş materiallarda biz göstərmişdik ki, müxtəlif instansiyalara şikayətlə müraciət edən tələbələr universitetdə pul yığımları üçün ən müxtəlif səbəb və bəhanələrin irəli sürüldüyünü iddia edirlər. Tələbələrlə yanaşı korrupsiya prosesi müəllimlərə də keçib. Bizə daxıl olan məlumata görə 3 aydır Sumqayıt Dövlət Universitetində əməkhaqqı verilmir. N.Qəhrəmanov Universitet kollektivinin bu səbəbdən yaranan narazılığını da öz məqsədləri üçün istifadə edir. Belə ki, rektor sonuncu elmi şurada bütün kollektiv qarşısında çıxış edərək bildirib ki, əməkhaqqı və məzuniyyət pullarının verilməməsi birbaşa yeni təhsil naziri Mikayıl Cabbarovun səriştəsizliyi ilə bağlıdır. SDU rəhbərliyinin qeyri-peşəkar fəaliyyətinin mənfi təsiri isə sadə müəllimlərə dəyir. Əməkhaqqı və məzuniyyət pullarından məhrum olan müəllimlər yay tətilində normal istirahət edə bilmirlər. İmtahan mövsümündə xeyli kapital toplamış rektor və onun yaxın çevrəsi isə bu təhlükədən uzaqdır. Maraqlıdır ki, əməkhaqqı və məzuniyyət pullarının verilməməsi birbaşa yeni təhsil naziri Mikayıl Cabbarovun səriştəsizliyi ilə bağlayan rektor kollektivə həm də bu haqda harasa şikayət yazmamağı da tapşırıb. Bu isə baş verənlərdə rektor N.Qəhrəmanovun da əlinin olmasını düşünməyə əsas verir. Sumqayıt Dövlət Universiteti ilə bağlı bizə daxil olan məlumatlarda o da bildirilir ki, bu ali məktəb prorektor Yadigar hüseynovun göstərişləri əsasında idarə olunur. Rektor Nadir qəhrəmanov sanki SDU-nu ticarət obyekti kimi bu şəxsə tapşırıb. Elə bu səbəbdən Y.Hüseynov özünü gələcək rektor kimi aparır. SDU-nun kollektivi üçün daha maraqlı olan məlumat yeni Təhsil nazirirnin bu ali təhsil müəssisəsi ilə bağlı planları ilə əlaqədar olacaqdır. Həmin məlumatlara əsasən Mikayıl Cabbarov SDU-da Baş Prokurorluğun Korrupsiya Qarşı Mübarizə İdarəsi tərəfindən təftiş aparılması təklifini irəli sürmək niyyətindədir. Öz növbəsində Nadir Qəhrəmanov isə, bu yoxlamadan yaxasını qurtarmaq üçün öz ərizəsi ilə tutduğu vəzifədən azad olunmaq istəyir. Mənbəmiz Y.Hüseynovun təhsil nazirliyinin şöbə müdiri İlham Mustafayevə güvəndiyini və N.Qəhrəmanov vəzifədən alındıqdan sonra məhz bu şəxsin vasitəsilə rektor gələcəyini bildirir: “Yadigar Hüseynov artıq indidən bütün idarəmiliyi, hətta pul toplama prosesini öz əlində cəmləyıb. Prezident seçkilərindən sonra rektor təyin olunacağı haqda vəd alan bu şəxs həmin vəzifə üçün tələb olunan məbləğin də tədarükün aparır.” universitetdə baş verən bütün qanun pozuntularına görə əsas məsuliyyəti rektor Nadir Qəhrəmanov və prorektor Yadigar Hüseynov birgə daşıyırlar. Hətta belə bir ehtimal da istisna olunmur ki, SDU-da rəhbərliyin özbaşnalıqlarına qarşı çıxan müəyyən qüvvələrin və lk növbədə burada fəaliyyət göstərən “Rüşvətsiz Təhsil Hərakatı”nın üzvlərini aşkar etmək məqsədilə N.Qəhrəmanov və Y.Hüseynov qəsdən münasibətlərində gərginlik olduğuna dair rəy yaratmaq istəyirlər. Hər halda aydındır ki, Qəhrəmanov-Hüseynov tandeminin birgə fəaliyyəti Sumqayıt Dövlət Universitetinin nüfuzuna ağır zərbələr vurmaqla, bu təhsil ocağını aşkar tənəzzülə məhkum edir...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?