“İnşallah, siyahı açıqlananda Milli Şurada kimlərin təmsil olunduğunu hamı biləcək”
Milli Şuranın yaradılması ətrafında müzakirələr nəhayət ki, başa çatmaq üzrədir. Ziyalılar, müxalifət partiyalarının pəhbərləri və gənclərdən ibarət olacaq qurumda təmsil olunacaq şəxslərin siyahısı da artıq hazırdır.
Ziyalılar Forumunun sədri, tanınmış kinodramaturq, rejissor Rüstəm İbrahimbəyov açıqlamasında bildirdi ki, Milli Şurada təmsil olunan namizədlərin son siyahısı hazırdır:
“Milli Şura sabah elan olunacaq. Milli Şurada təmsil olunacaq namizədlərin siyahısı ilə bağlı hələlik heç nə deyə bilmərəm. İnşallah, siyahı açıqlananda Milli Şurada kimlərin təmsil olunduğunu hamı biləcək”.
Sorğu
Yeni dizaynımız necədir?