“Dünən Milli Şurada təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə toplantı keçirilib. Toplantıda Milli Şura sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli də iştirak edib”.
Bunu AzNews.az-a iclasın iştirakçısı, hüquqşünas Namizəd Səfərov bildirib. Onun sözlərinə görə, Milli Şurada təmsil olunan 20-dən artıq vətəndaş cəmiyyəti təmsilçisindən 4 nəfəri xaricdə səfərdə olduğu, 2 nəfəri isə həbsdə olduğu üçün toplantıya qatıla bilməyib:
“Onlar da daxil olmaqla hamı MŞ-nin fəaliyyət göstərməsində israrlıdır və işləmək əzmindədirlər”. N.Səfərov Milli Şuranın bu həftə keçiriləcək sessiyasında Rüstəm İbrahimbəyovun fəxri sədr postunda qalması məsələsinin də müzakirə ediləcəyini bildirib: “Cəmil Həsənlinin Rüstəm İbrahimbəyovla əlaqə saxlayır. Ola bilsin ki, Rüstəm İbrahimbəyovun fəxri sədr qalmaq məsələsinə yenidən baxılsın”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?