“El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev açıqlamasında bildirib ki, Milli Şura ideyasının müəllifi olan Rüstəm İbrahimbəyov bu təşkilatın prezidentliyə vahid namizədi ola bilər. Modern.az məsələ ilə bağlı Milli Şurada təmsil olunan ölkənin əsas aparıcı müxalifət partiyaları Müsavat və AXCP-dən mövqeləri öyrənib. Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, Milli Şura öz fəaliyyətinə başlayandan sonra vahid namizəd məsələsini müzakirə etmək olar. “Bundan sonra orda hansı qərarların veriləcəyi və buna uyğun nəticələrin olacağını hamımız görəcəyik. Hər bir şey ola bilər. Milli Şuranın vahid namizədi müraciət edərsə Rüstəm İbrahimbəyov və ya başqası da ola bilər. Qeyd edim ki, vahid namizədlə bağlı məsələ çox ciddidir. Ehtimal var ki, Rüstəm İbrahimbəyovun da namizədliyi məsələsi müzakirə olunsun. İndidən isə qəti bir fikir söyləmək olmaz”. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə məsələ haqqında bir söz deməyin tez olduğunu əsas gətirərək belə deyib: “Hələlik müzakirə aparılmadığı üçün hələlik namizədin kimliyi ilə bağlı məsələ barədə fikir səsləndirmək tezdir”-deyə vurğulayıb
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?