Çoxdan gözlənilən və gərgin müzakirə olunan Milli Şura mayın 28-də elan olunmadı.
Müsavat başqanı İsa Qəmbər Novxanıda keçirilən aksiyada etdiyi çıxışda bildirib ki, Milli Şuranın müzakirəsi tamamlanmaq üzrədir. O, yaxın günlərdə Milli Şuranın rəsmən elan ediləcəyini vurğulayıb.
Eldar Namazov isə bidirib ki, Milli Şura ilə bağlı keçirilən müzakirəyə nöqtə qoyulub və tezliklə elan ediləcək.
Qeyd edək ki, müxalifət Bakının Novxanı qəsəbəsində- Məmməd Əmin Rəsulzadənin abidəsi önündə Respublika Gününə həsr olunmuş bayram mitinqi keçirir.
Sorğu
Yeni dizaynımız necədir?