Axşam saat 22:00-a qədər davam edən danışıqlardan sonra Milli Şura düyünü çözülüb
Bu gün Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram tədbiri bitdikdən sonra demokratik qüvvələrin təmsilçiləri - ACP (Sülhəddin Əkbər), ALP (Əvəz Temirxan), AXCP (Əli Kərimli), KXCP (Bəybala Əbil), EL (Eldar Namazov) və Müsavat (İsa Qəmbər) partiyaları rəhbərlərinin görüşü başlayıb. Musavat.com-un məlumatına görə, axşam saat 22:00-a qədər davam edən görüşdə Demokratik Qüvvələrin Milli Şurasının təsis sənədləri müzakirə olunub. Müzakirələrə telefon və skaypla Rüstəm İbrahimbəyov, Rəsul Quliyev, Lalə Şövkət və Mirmahmu Mirəlioğlu da qatılıblar. Geniş məsləhətləşmələr nəticəsində Milli Şuranın Təsis Bəyannaməsi və tərkibi razılaşdırılıb.
Beləliklə, 28 may Respublika günündə Demokratik Qüvvələrin Milli Şurasının yaradılması barədə qərar qəbul edilib. Ən yaxın günlərdə Milli Şuranın ilk toplantısı keçiriləcək, Milli Şuranın bəyannaməsi və tərkibi xalqa təqdim ediləcək.
Qeyd edək ki, müxalifətin səhər saatlarında Milli Şuranın elan olunmasını növbəti dəfə təxirə salmışdı. Milli Şuranın elan olunması prosesinin ləngiməsinə səbəb müzakirə aparan tərəflərin qurumun xarici siyasət oriyentasiyası ilə bağlı ortaq məxrəcə gələ bilməməsi idi. Belə ki, dünən keçirilən müzakirələrdə Müsavat Partiyasının başqanı İsa Qəmbər Milli Şuranın nizamnaməsinə “Milli Şura Avropaya inteqrasiyanın dəstəkləyən siyasi xətt yürüdür” müddəasının daxil edilməsini istəyiblər. Lakin “El” Hərəkatının rəhbəri Eldar Namazov və müzakirələrə telefonla qatılan Rüstəm İbrahimbəyov buna qarşı çıxıblar. Bu məsələ mübahisələrə səbəb olub və buna görə də qurumun elan edilməsinin təxirə salınıb.
Lakin saatlar sonra Milli Şura elan edildi. Lakin siyasi oriyentasiya ilə bağlı mübahisələrin necə yoluna qoyulduğu bəlli deyil
Sorğu
Yeni dizaynımız necədir?