GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycana qarşı Qarabağ kartı

Azərbaycana qarşı Qarabağ kartı

Tarix: 28-05-2013, 16:28 Bölmə :Manşet Baxış: 931
Azərbaycana qarşı Qarabağ kartı
Qafqaz uğrunda böyük güclərin savaşı
Minsk Qrupu həmsədrlərinin münaqişə bölgəsinə son səfəri də ciddi nəticə ilə yadda qalmadı. Təbii ki, dinc nizamlanma üsullarına bəslənən ümidlər söndükcə bölgədə yeni müharibə riskləri də aybaay artır. Proseslərin bundan sonrakı mümkün inkişaf ssenariləri, uğursuz vasitəçiliyə alternativ axtarışları və dalandan çıxış yolları isə neçə vaxtdır münaqişə tərəflərinin, Rusiya və ABŞ-ın təhlil mərkəzlərində mütəmadi müzakirə mövzusuna çevrilməkdədir.
Bu sırada tanınmış erməni politoloqu, Əməkdaşlıq və Demokratiya İnstitutunun Nyu York təmsilçiliyinin rəhbəri Andranik Miqranyan hesab edir ki, Qarabağ konfliktinin həlli yalnız böyük dövlətlərin anlaşması və onların münaqişə tərəflərinə ortaq təzyiqləri sayəsində mümkündür. Onun fikrincə, bu, yeganə düzgün qərar olacaq, çünki “azərbaycanlılarla ermənilər Qarabağ məsələsində diametral zidd mövqe tuturlar”. Miqranyan bu xüsusda həmçinin, tərəflərin yaxın zamanlarda danışıq prosesində irəliləyişə nail olacağına şübhə etdiyini də bildirib.
“Rusiya-Azərbaycan münasibətlərinin soyuqlaşmasının ən başlıca səbəblərindən biri Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərini müharibə yolu ilə geri qaytarmaq istəməsidir”. Bu fikirləri isə bir müddət öncə Rusiya İslam Komitəsinin sədri, politoloq Heydər Camal bildirib. Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətləri bu vaxta kimi də o qədər yaxşı olmayıb: “Son vaxtlar isə münasibətlər daha da soyuqlaşıb. Bunun səbəbləri bir sıra faktorlarla bağlıdır. Belə ki, ABŞ-ın Əfqanıstandan qoşunlarının Azərbaycan ərazisindən keçməklə çıxarmaq niyyəti, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ və ətraf rayonların müharibə yolu ilə azad etmək istəməsi və bu istiqamətdə NATO və İsrailin Azərbaycana mümkün qeyri-formal dəstək verməsi iki ölkə arasında münasibətləri soyuqlaşdırıb. Bütün bunlar rəsmi Moskvanın regionda təsir imkanlarını məhdudlaşdırır, bir sözlə əlini qolunu bağlayır. Və imkan vermir ki, Moskva Ermənistanı və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalını hərbi yolla müdafiə etsin”.
Heydər Camal yaxın vaxtlarda müharibənin başlanma ehtimalının da yüksək olduğunu söyləyib: “Dağlıq Qarabağda müharibə hər an başlaya bilər. Azərbaycan tərəfi danışıqların heç bir nəticə vermədiyini görüb öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etmək istəyir”
Bu tipli açıqlamalar bölgədə böyük müharibə təhlükəsindən xəbər verir. Belə gərgin regionda, müharibə şəraitində Azərbaycan müttəfiqsiz yaşaya bilməz. Rusiya Ermənistanla müttəfiqlik müqaviləsi imzalayırsa, Azərbaycan da Türkiyə ilə eyni addımı ata bilər. Rusiya Ermənistanla müttəfiqlik müqaviləsi imzalayıb və müharibə başlasa, Rusiya avtomatik Ermənistanın tərəfində çıxış edəcək. Rusiyaya provakasiya lazımdır ki, Azərbaycan birinci atəş açmaqla atəşkəsi pozduğu, müharibəni başladığı barədə bütün dünyada suçlansın. Bundan sonra Azərbaycanı dağıtmaq Rusiya üçün asan olar. Bunu heç vaxt nəzərdən qaçırmaq olmaz.
Rusiya atəşkəs xəttini illərlə qaynar saxlayaraq, bir gün onu pozub günahı Azərbaycanın boynuna yıxmaqla ölkəni işğal etmək niyyəti güdüb. Bunun da səbəbi Rusiyanın Azərbaycanda öz hökmranlığını bərpa etmək istəyidir. Bununla belə, Rusiya Azərbaycan və Mərkəzi Asiya ölkələrində rus imperiyasının hökmranlığını bərpa edə bilməz. “Rusiyaya Mərkəzi Asiya, Ermənistan, Gürcüstan iqtisadi və ticari partnyor kimi lazımdır. Rusiya bu məsələni həll etməsə, onu bir gün Amerika edəcək. Rusiya Qarabağ məsələsini həll, Ermənistanla Azərbaycan arasında sülhü bərqərar edə, region xalqlarının simpatiyasını qazana bilər. Bundan sonra isə ona iqtisadi, ticari əməkdaşlıq lazımdır. Bu mənada hazırda hansı strategiyanın üstün gələcəyi maraqlıdır: Cənubi Qafqazı sülh regionuna çevirmək və onunla hərtərəfli iqtisadi əməkdaşlıq etməklə qazanmaq, yoxsa müharibəyə başlamaqla vəziyyəti yenidən gərginləşdirmək?
Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrlə əməkdaşlıq müqaviləsi var. Bu mənada Rusiyaya müharibə ziyandan başqa heç nə gətirməyəcək. Əslində, Ermənistana da müharibə lazım deyil. Azərbaycan torpaqlarının 20 faizinin işğalı ona heç bir xeyir gətirmədi, həmin ərazilərdən istifadə edə bilmədi. Rusiya imperiyasının sərhədlərini genişləndirmək siyasəti də Sovet Ittifaqıyla bərabər artıq ölüb. Bu baxımdan mən müharibə variantı inandırıcı deyil. Amma yenə də yaddan çıxarmamalıyıq ki, müharibə vəziyyətindəyik və sülh də imzalanmayıb.
Nigar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 3 prezidentin birgə Qarabağ bəyanatı

    3 prezidentin birgə Qarabağ bəyanatı ...

    18-06-2013, 20:03

  • 
  • Putindən mesaj: “Sərkisyanla Qarabağ probleminin həlli yolunu müzakirə etdik” - AÇIQLAMA

    Putindən mesaj: “Sərkisyanla Qarabağ probleminin ...

    4-09-2013, 12:42

  • 
  • Qarabağda müharibə bir də başlasa dayandırmaq mümkün olmayacaq...

    Qarabağda müharibə bir də başlasa dayandırmaq ...

    17-06-2016, 01:05

  • 
  • Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil

    Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün ...

    22-11-2013, 11:25

  • 
  • Alman politoloq: “Qarabağda müharibə riski var”

    Alman politoloq: “Qarabağda müharibə riski var” ...

    12-07-2013, 10:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu