Son zamanlar universitetlərdə saxta diplomların verilməsi ilə bağlı xəbərlər səngiyib. Amma bir neçə il öncə saxta diplom satanlara qarşı mübarizə aparıldı və onlarla şəxs həbs edildi, bir neçə universitet rektoru vəzifəsindən azad edildi. Həmçinin aydın olmuşdu ki, müəyyən şəxslər Dağıstanda və Ukraynada yerləşən universitetlərində diplomlarını saxta yollarla əldə edirmişlər.
Amma bu gün “Gündəm Xəbər”ə bu qəbildən olan maraqlı fakt daxil olub. Belə ki, Nəsimi RPİ-in 19-cu polis bölməsinin baş əməliyyat müvəkkili Rahim Qasımovun orta məktəb oxumadığı bildirilir. Artıq mayor rütbəsinə qədər yüksələn Rahim Qasımova atası Siyəzən rayon Dağküççi kənd orta məktəbinin atestatını zamanında pul müqabilində alaraq oğluna verib. Məhz bundan sonra onun karyerası artmağa başlayıb. Həmçinin bildirilir ki, bu işdən DİN-də olan bəzi şəxslərində xəbəri var. Yazıda adı çəkilənlərin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?