GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Saxta diplomların sonradan çıxan “səsi”

Saxta diplomların sonradan çıxan “səsi”

Tarix: 25-11-2013, 17:27 Bölmə :Ölkə Baxış: 1 699
Saxta diplomların sonradan çıxan “səsi”
Qazax Müəllimlər İnstitutunda baş verən qanunsuzluqların izi ilə

Əslində bu cür yazıların mətbuat səhifələrində, xüsusi ilə də “Gündəm Xəbər” qəzetində tez-tez işıq üzü görməsinin səbəkarı Azərbaycan Müəllimlər İnstitutunun Qazax Filialında sabiq direktor işləmiş İsa Veysovun vaxtında aldadılmış valideynlərdir. Həmin valideynlər ki, dişi və dırnağı ilə qəpik-qəpik qazandığı pulları adi bir direktorun fitvasına gedərək havaya sovurmuşlar.
Məsələ burasıdır ki, aldadılan insanların 80%-i kasıb təbəqədir. Onların əksəriyyəti İsa Veysova verdiyi pulu ya kredit götürmüş, ya da sələmə girmişdir. Yaxşı yadımızdadır ki, bir filial direktoru həmin illər nələrlə məşğul olmurdu. Yəni, bir neçə bahalı minik avtomobilləri, Bakıda evlər, torpaq sahələri, bağ-bağça yerləri, o cümlədən böyük yük maşınlarına kimi alaraq özünə və gələcəyinə yaxşı var-dövlət toplamışdı. Kişiyə yaxın düşmək olmurdu. Son zamanlar isə qarşısındakını açıqca məsxərəyə qoymağı da xoşlayırdı. Bəs indi?
Təhsil nazirliyində aparılan kadr dəyişikliyi “İsa məktəbi”ni alt-üst etdi. Yəni əvvəlcə ümidi var idi ki, yaşadığı Qazax rayonunun Daş Salahlı kəndindəki evinin qapısını döyənləri başından kənarlaşdırmaq üçün onların saxta diplomlarını tanışlarının əıli ilə alıb verəcək. İsa müəllim üçün təəssüflər ki, hər şey tərsinə oldu. Özü və filialda çalışan digər müəllimlərin saxta diplom oyunları bir yana, həmin işlə İsa Veysovun oğlu Veys Veysov da məşğul olurmuş. Ağstafa Rayon Polis Şöbəsində mayor rütbəsi ilə əməliyyat müvəkkili vəzifəsində işləyən Veys bu işin sirf ara adamlarından imiş. Onun polis orqanında çalışdığı tez bir zamanda mayor rütbəsinə yüksəlməsi, görəsən hansı xidmətlərindən irəli gəlib? Təxminən 10 gün olar ki, adının çəkilməsini istəməyən bir nəfər polis əməkdaşı onu da bildirdi ki, “Veyslə Ağstafa RPŞ-nin həyətində bir neçə polis işçisi az qala əlbəyaxa olmuşdular. Onlar da diplom almaq üçün Veysə verdikləri müxtəlif məbləğdə pullarını geri istəyirdilər. Veys o qədər çaşdı ki, bahalı minik maşınını oradaca 5000 manata satıb, ondan pullarını tələb edən əməkdaşlarına az da olsa payladı”. Vəzifəsindən sui- istifadə edən polis işçisinin hansı asayişi qorumasından söhbət gedər? – Sualına isə o, belə cavab verdi: “ Veysin haqqında nazirliyə təqdimat göndərilib. Yəqin ki, cənab nazir sözünü deyəcəkdir”. Məsələ burasıdır ki, İsa Veysovun yerini bilən yoxdur. Oğlu Veys də hələ ki, əməliyyat müvəkkilidir. Millət də İsa müəllimi axtarır. Yaxşı olardı ki, Veys öz atasını tapıb diplom üçün aldanmış valideynlərə təhvil verə. Sabiq direktorun kənddəki qonşularının söylədiyinə görə, onun qapısını döyənlərin əılindən lap təngə gəliblər. Qonşular evlərində rahatlıq tapmadıqlarından, Veysovun dəmir darvazasının gecə-gündüz döyülməsindən yaranan səs-küydən şıkayətlənirlər.
Aldanmış valideynlərin artıq səbr kasası dolmuşdur. Onlar İsa Veysov haqqında müvafiq orqanlara yazılı şikayət edib onu həps etdiməkdənsə pullarını geri almağı daha üstün tuturlar. O da dosent İsa Veysovu tapsalar… Onu da qeyd edək ki, İsa Veysov “saxta diplom əməliyyatını” təhsil nazirliyində oturan bir neçə nəfərlə aparırmış. Qəzetin ötən saylarından birində göstərdiyimiz kimi Azərbaycan Müəllimlər İnstitutunun Gəncə Filialının direktoru, akademik Ramiz Məmmədovun İsa Veysovla “iş birliyi”nə gəldikdə isə, əməkdaşımızın bu məsələ ilə bağlı apardığı araşdırma heç bir nəticə verməmişdir. Görünür, bu səhvən verilən məlumat mövzunu məqsəddən uzaqlaşdırmaq məqsədi daşıyırmış.
Sözügedən və hələ ki, həllini tapmayan bu məsələ ilə əlaqədar tanıdığımız mənbəədən daxil olan məlumata əsasən, tezliklə İsa Veysovun Qazağa üz tutması da gözlənilir. Hər an onu görmək arzusu ilə yaşayan aldanmış valideynlər təbii ki, əlləri ilə verdikləri pulun sorağındadırlar. Diplom üçün götürdükləri sələm və krediti qaytara bilməyənlərin ümidi yalnız İsa Veysovun satdığa qoyduğu əmlakadır.
lham Hacalı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Evi yandırılan keçmiş rektor xalqdan gizlənir – Yanan evin fotoları

    Evi yandırılan keçmiş rektor xalqdan gizlənir – ...

    20-02-2014, 11:40

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • AMİ-nin Qazax filialında anarxiya, yoxsa dirçəliş?

    AMİ-nin Qazax filialında anarxiya, yoxsa dirçəliş? ...

    11-01-2014, 23:29

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu