Generala silahlı basqın Bu gün saat 13-14 radələrində özlərini təqdim etməyən 20-yə yaxın mülki geyimli başlarında “SBİ” nişanı olan beysbollallardakı şəxslər Nərimanov rayonunda yerləşən Montin bağında sabiq daxili işlər naziri İsgəndər Həmidovu saxlayaraq özləri ilə aparıblar. Bu barədə bizə daxil olan məlumata görə İsgəndər bəyə silashlı basqın olunub. Onun sözlərinə görə bir neçə nəfər çayxanada oturub söhbət etdiyi vaxt onlara yaxınlaşan şəxlər, İsgəndər bəyin əyləşdiyi stola hücum edib əyləşən şəxslərə qarşı amansız hücum ediblər. Hadisə yerində olan mənbəmiz onların ya MTN-dən, ya da DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsindən olduqlarını ayırd edə bilmədiklərini deyir. Güman olunur ki, sabiq daxili işlərinin və keçmiş siyasi məhbusun həbsi dünən Novxanıda keçirilən mitinqdə hakimiyyətin ünvanına səsləndirdiyi sərt ifadələrlə bağlıdır. İsgəndər bəy dünən Novxanıda çıxış edib və onun məhz bu çıxışa görə həbs olunduğu güman edilir. Həmin çıxışı diqqətinizə çastdırırıq:
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?