GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Böyük güclərlə seçki oyunu

Böyük güclərlə seçki oyunu

Tarix: 30-05-2013, 01:41 Bölmə :Manşet Baxış: 1 033
Böyük güclərlə seçki oyunu
Növbəti prezident seçkilərində Azərbaycan hakimiyyətinin hansısa ölkələrdən və xarici qüvvələrdən dəstək almasına baxmayaraq, xalqın mövqeyi həlledici olacaq
Bir neçə gün öncə Prezident Administrasiyasında icra başçılarının toplaması cəmiyyətdə böyük diqqətə səbəb oldu. Xüsusən də toplantıdan sonra mətbuata sızan informasiyalar prezident seçkiləri ərəfəsində ölkədə vəziyyətin gərginləşəcəyindən xəbər verir. Belə ki, icra başçılarına təcili olaraq YAP-ın qurultayının keçirilməsi barədə göstərişlər verməsi belə deməyə əsas yaradır ki, İlham Əliyev üçüncü dəfə namizədliyini irəli sürməkdə israrlıdır. Bu toplantı zamanı o da məlum oldu ki, Azərbaycan hakimiyyəti prezident seçkiləri öncəsi də heç bir ciddi siyasi islahatlar həyata keçirmək fikrində deyil…
Əlbəttə, PA rəhbərinin istənilən vaxt icra başçılarını toplaması tamamilə normal haldır. Hətta indiki ərəfədə seçki ilə bağlı göstərişlərin verilməsini də təbii qəbul etmək lazımdır. Lakin hakim YAP-ın qurultayının təcili olaraq keçirilməsi haqqında çıxarılan qərar vəziyyətin mürəkkəbliyinə dəlalət edir. Ən azı ona görə ki, son günlərədək əksər YAP yetkililəri qurultayın avqust ayında keçiriləcəyini bəyan edirdilər. Ramiz Mehdiyevin icra başçıları ilə gorüşündə isə iyunun 7-də hakim partiyanın qurultayının keçiriləcəyi açıqlanıb. Maraqlıdır, hakimiyyətin belə bir addım atmasının arxasında hansı niyyətlər dayanır?
Məlum olduğu kimi, ötənlərdən fərqli olaraq növbəti prezident seçkiləri ərəfəsində mövcud rejimin öz namizədini indiyə qədər açıqlamaması onunla izah edilirdi ki, hakimiyyət qərar verməkdə çətinlik çəkir. Belə iddialar səslənirdi ki, İlham Əliyev öz iqtidarını qoruyub saxlamaq üçün fərqli variantlar üzərində işləyir. Hansı ki, bunlardan biri kimi «Rusiya modeli»nin tətbiq olunacağı ekspertlər tərəfindən daha inandırıcı hesab edilirdi. Hətta son günlərədək “Azərbaycanın Medvedevi”nin kimliyi haqqında da bəzi mülahizələr irəli sürülür, müxtəlif adlar çəkilirdi. Lakin YAP-ın təcili qurultayının çağırılması onu deməyə əsas verir ki, hakim partiyanın mövqeyi qətidir və İlham Əliyevin namizədliyi üçüncü dəfə irəli sürüləcək. Bəs nə dəyişdi? Son günlərə qədər qərar verməkdə çətinlik çəkən Azərbaycan hakimiyyəti birdən-birə İ.Əliyevin yenidən seçkiyə qatılmasını nə ücün məqbul hesab etdi? Bu suala cavab tapmazdan öncə onu qeyd edək ki, son günlər hakimiyyət kluarlarında gəzən söz-söhbətlərə gorə, Azərbaycan hakimiyyəti müəyyən güzəştlərin qarşılığında Rusiyadan növbəti dəfə dəstək əldə edib. Yəni Moskvanın növbəti prezident seçkilərində İlham Əliyevi yenidən Azərbaycan rəhbərliyində görmək istədiyi vurğulanır.
Halbuki, son günlərədək Rusiya və Azərbaycan hakimiyyətləri arasında münasibətlərin çox gərgin olduğu iddia edilirdi. Elə «Milyarderlər İttifaqı»nın yaradılması və Milli Şura ideyasının arxasında da Rusiya prezidenti Vladimir Putinin durduğu qeyd olunurdu. Maraqlıdır ki, münasibətlərin son dərəcə kəskin olduğu bir dönəmdə Vladimir Putinin belə sərt dönüş etməsi nə ilə bağlı ola bilər? Ümumiyyətlə, Rusiya Azərbaycana nəyin qarşılığında güzəştə gedə bilər? Bir halda ki, Rusiya Azərbaycan hakimiyyətinə indiyə qədər prezident seckilərində dəstək verməyin müqabilində açıq şəkildə ölkəmizin Avrasiya İttifaqına daxil olmasını tələb edirdi, o halda bu gün ortada olan anlaşmanın detalları ilə bağlı düşünmək belə təhlükəlidir. Həqiqətənmi Azərbaycan hakimiyyəti öz şəxsi çıxarları naminə ölkəmizin milli maraqlarını yenidən Rusiyaya qurban verir? Yox, əgər Azərbaycan iqtidarı belə bir riskli addım atmayıbsa, o halda Rusiya nə üçün hakimiyyətə yenidən dəstək verə bilər?
Doğrudur, bir sıra ekspertlər belə güman edirlər ki, əgər həqiqətən də ortada Moskvanın dəstəyi olacaqsa, deməli, ən azından İlham Əliyev növbəti dönəmdə Azərbaycanın Qərbə inteqrasiyasının önünə sipər çəkəcək. Çox güman ki, bundan sonra Azərbaycan hakimiyyətinin istər Avropa Birliyi, istər də NATO ilə əməkdaşlığı sahəsində çox ciddi durğunluq yaranacaq. O cümlədən, bir sıra iqtisadi layihələrin də Rusiyanın maraqları çərçivəsində həyata keçiriləcəyi istisna deyil.
Şübhəsiz ki, istənilən halda bütün bunları ABŞ başda olmaqla nüfuzlu Qərb ölkələri, beynəlxalq təşkilatlar heç də susqunluqla qarşılamayacaqlar. Çox güman ki, növbəti prezident seçkilərində Azərbaycan hakimiyyətinə qarşı ciddi basqılar olacaq. Lakin bu təzyiqlərin həlledici olacağına inam azdır. Ən azı ona görə ki, seçkiyə çox az vaxt qalmasına rəğmən, nə Azərbaycanda Qərbin hakimiyyəti dəyişmək marağı, nə də müxalifətlə ciddi əməkdaşlığı hiss olunmur. Bu baxımdan güman etmək olar ki, Qərb növbəti dəfə, eynən Ermənistanda olduğu kimi, demokratiyanı geopolitik, iqtisadi maraqlara qurban verəcək. Sözsüz ki, Azərbaycan hakimiyyətinin birmənalı olaraq Rusiyayönümlü siyasətə üz tutması Qərb üçün arzuedilən olmasa da, görünür, mövcud rejim bu məsələdə ABŞ və Avropa ölkələri ilə də anlaşma əldə edib. Əks halda, ABŞ Dövlət Departamentinin Demokratiya və İnsan Haqları üzrə müavini Tomas Melianın Azərbaycanda cızdığı «qırmızı xətt»i hakimiyyət belə asanlıqla keçə bilməzdi.
Əlbəttə, bütün hallarda pessimizmə qapılmaq olmaz. Hesab edirik ki, növbəti prezident seçkilərində Azərbaycan hakimiyyətinin hansısa ölkələrdən və xarici qüvvələrdən dəstək almasına baxmayaraq, xalqın mövqeyi həlledici olacaq. Əgər Azərbaycan xalqı bu rejimə «yox» deyəcəksə, güman etmirik ki, hakimiyyətin dəstək muqabilində xarici ölkələr qarşısında götürdüyü öhdəliklər və beynəlxalq qüvvələrə xərclədiyi pullar onu xilas edəcək.
Əslində indiki səraitdə Azərbaycan xalqının mövcud rejimə qarşı daha inamlı dirəniş göstərəcəyi gözləniləndir. O cümlədən, ölkə müxalifətinin də hakimiyyətin bu addımları qarşısında susqunluq nümayiş etdirəcəyini gözləmək olmaz. Çünki mövcud rejimin növbəti dəfə hakimiyyəti zəbt etməsi bu müxalifətin də sonu olar. Odur ki, bütün baş verənlər fonunda Azərbaycan müxalifətinin, real müxalif qüvvələrin nəhayət ki, bir araya gəlib eyni hədəf uğrunda mübarizə aparmaqdan və xalqın böyük əksəriyyətini təşkil edən narazı kütləni də bu istiqamətə yönləndirməkdən başqa çıxış yolu yoxdur…
Rəşad
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır

    YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya ...

    5-08-2013, 19:29

  • 
  • Prezident Administrasiyasından fövqəladə toplantı

    Prezident Administrasiyasından fövqəladə toplantı ...

    27-01-2013, 12:28

  • 
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parlament seçkilərində səs verdilər

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    1-11-2015, 13:01

  • 
  • Demokratik seçkinin keçirilməsi, gələcəyimizin təminatı demək olacaq

    Demokratik seçkinin keçirilməsi, gələcəyimizin ...

    4-12-2013, 15:27

  • 
  • Prezident Administrasiyasından icra başçılarına qadağa

    Prezident Administrasiyasından icra başçılarına ...

    7-01-2014, 18:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu