GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Prezidentlik postuna göz dikən general kimdir?

Prezidentlik postuna göz dikən general kimdir?

Tarix: 10-12-2012, 16:27 Bölmə :Manşet Baxış: 1 017
Prezidentlik postuna göz dikən general kimdir?

2013-cü ili fürsət hesab edənlərin məxfi planları «Gündəm xəbər»də

2013-cü ilin prezidentlik seçkilərində hazırkı ölkə başçısı İlham Əliyevin öz namizədliyi irəli sürüb-sürməyəcəyi hələlik bəlli deyil. Buna səbəb gələn ilki seçkilərdə İ.Əliyevin öz namizədliyini üçüncü dəfə irəli sürmə ehtimalı ilə bağlı mülahizələrin ziddiyyətli olması ilə bağlıdır. Məsələ bundadır ki, son referendum seçkilərinə qədər Azərbaycanda hər hansı bir şəxsin iki dəfədən artıq prezident seçilməsi qadağan edilsə də, məlum referendum seçkilərindən sonra bu qadağa aradan qaldırıldı. Odur ki, bu gün bir şəxsin öz namizədliyini üçüncü dəfə irəli sürməsində hüquqi baxımdan heç bir problem yoxdur və bu baxımdan İ.Əliyevin növbəti kəs öz namizədliyini irəli sürməsi tamamilə mümkündür.
Lakin bir çox siyasilər hesab edir ki, namizədliyin üçüncə dəfə irəli sürülnməsi ilə bağlı hüquqi qadağalar aradan qaldırılsa da, bu məsələ ilə bağlı mənəvi-demokratik qadağa qüvvədədir və ola bilsin ki, məhz bu yasağı nəzərə alan ölkə başçısı 2013-cü ildə özünün deyil, YAP düşərgəsinə məxsus digər bir şəxsin namizədliyini irəli sürsün. Məhz bu ehtimal 2013-cü il prezident seçkiləri ilə bağlı bir çox şəxsi hərəkətə gətirib ki, bunların da arasanda yalnız siyasi-ictimai xadimlər deyil, həm də güc orqanlarında təmsil olunan önəmli isimlər də mövcuddur. Ötən gün redaksiyamıza məlumat verən özəl mənbələrdən biri özünü 2013-cü il seçkilərində prezident seçkilərində görmək istəyən generallardan biri ilə bağlı maraqlı açıqlamalar verib. Bu açıqlamalarda həmin generalın kimliyi ilə yanaşı, öz məqsədinə çatmaq üçün tərtib etdiyi fəaliyyət planı ilə bağlı da maraqlı nüanslar yer alıb.

General paqonlarını prezident postuna dəyişmək istəyən general kimdir?

Mənbənin sözlərinə görə, bu gün Azərbaycanın güc orqanlarından birinin rəhbərliyində təmsil olunan generallardan biri 2013-cü ilin prezident seçkilərinə özəl olaraq hazırlaşmaqdadır. Bu generalın kimliyinə gəlincə, qaynağımız həmin şəxsin uzun müddətdir ki, mühüm postlardan birində təmsil olunduğunu vurğuladı: «Özünü 2013-cü il seçkilərinin əsas favoritlərindən biri hesab edən general xeyli vaxtdır ki, mühüm dövlət postlarından birində çalışsa da, son vaxtlar onun fəaliyyətində ciddi durğunluq müşahidə edilməkdədir. Təxminən bir ildən çoxdur ki, öz fəaliyyət sektorunda ciddi bir nailliyyət ortaya qoymayan bu general bu gün 2013-cü il seçkiləri ilə bağlı yaranmış situasiyanı öz siyasi yüksəlişi üçün bir fürsət kimi dəyərləndirir. General hesab edir ki, İ.Əliyev 2013-cü il seçkilərində öz namizədliyini irəli sürməzsə, o zaman öz namizədliyini ortaya qoyaraq prezidentlik uğrunda mübarizəyə qoşula bilər. Hazırkı vəzifəsini ali baş komandan postu ilə dəyişməkdə maraqlı olan general rəhbəri olduğu qurumun şəxsi kontingentindən istifadə edərək, inzibati üsul və basqı altında seçkilərdə qələbə qazanacağını mümkün hesab edir».
Qaynağımız generalın kimliyinə daha geniş aydınlıq gətirməsə də, onun rus dilinə meyilli olduğunu vurğuladı: «Azərbaycan daxilində mühüm vəzifədə təmsil olunmağına baxmayaraq bu gün də rus dilinə tez-tez müraciət edən, xüsusilə də əsəbi vaxtlarında rus dilində danışan bu insanın həyatında rus faktoru mühüm yer tutur. Buna səbəb həmin şəxsin ilk evlilikdən olan həyat yoldaşının da rus əsilli olması ilə bağlıdır».

Generalın prezidentlik arzusu reallaşa bilərmi?

2013-cü ilə doğru proseslərin hansı şəkildə cərəyan edəcəyi hələ bəlli olmadığı üçün, generalın öz niyyətini gizli saxladığını bildirən mənbə, onun bu arzusunun xam bir xəyal olduğunu da vurğuladı: «Seçki öncəsi vəziyyətin necə olacağı, iqtidarın bu seçkilərdə hansı namizəd və ya namizədlərlə təmsil olunacağı hələ bəlli olmadığı üçün general öz niyyətini büruzə vermək, bu istiqamətdə hansısa açıq fəaliyyət ortaya qoymaq istəmir. General hesab edir ki, bu gün ən doğru mövqe gizli hazırlıqları davam etdirmək şərti ilə gözləmə mövqeyində dayanmaq, hadisələri qabaqlamamaqdır. Generalın qənaətincə, əgər İ.Əliyev seçki prosesində iştirak etməzsə, o zaman namizədlik istəyini açıqlaya və təmsil etdiyi postun imkanlarından istifadə edərək digər bütün rəqiblərinə təzyiq göstərə bilər. Lakin generalın prezidentlik postu uğrundakı savaşdan qalib gələcəyi o qədər də inandırıcı görünmür. Ekspertlər hesab edir ki, 2013-cü il seçkilərində İ.Əliyevin növbəti dəfə öz namizədliyini irəli sürməsi daha realdır. Onların fikrincə, 2009-cu ilin referendum seçkilərində namizədlərə qoyulan qadağanın aradan qaldırılması İ.Əliyevin gələn il yenidən öz namizədliyini irəli sürməsini təmin edən qanuni-hüquqi baza hesab olunur. Bundan başqa, hətta İ.Əliyev öz namizədliyini irəli sürməsə belə, bu posta ölkə başçısının təqdir və rəğbətini qazanan «məsləhətli» şəxsin namizədliyi irəli sürüləcək. Belə olan təqdirdə isə əsas rəqib qismində generalın öz namizədliyini irəli sürməsi isə əslində səlahiyyət müddəti başa çatmaq üzrə olan ölkə başçısının iradəsinə zidd getmək, ona qarşı olmaqdır ki, bunun da cəzasının nə dərəcədə ağır ola biləcəyini məxsusi olaraq şərh etməyə ehtiyac yoxdur».

P.S.Mövzunu diqqətdə saxlayacayıq.
İlqar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezidentlik postuna göz dikən general kimdir?

    Prezidentlik postuna göz dikən general kimdir? ...

    10-12-2012, 16:10

  • 
  • Venisiya Komissiyası hakimiyyətin planların alt-üst etdi

    Venisiya Komissiyası hakimiyyətin planların ...

    7-05-2013, 01:23

  • 
  • Birinci xanımın namizədliyini irəli sürən partiyada - Qarşıdurma

    Birinci xanımın namizədliyini irəli sürən ...

    25-06-2013, 14:42

  • 
  • İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb

    İlham Əliyevin prezidentliyə namizədliyi qeydə ...

    25-08-2013, 14:32

  • 
  • Niyaməddin Orduxanlı bələdiyyə seçkilərində namizədliyini irəli sürdü

    Niyaməddin Orduxanlı bələdiyyə seçkilərində ...

    11-11-2014, 23:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu