Demokratik Azərbaycan Dünyası Partiyası adından ölkənin birinci xanımı Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi ilə bağlı bu gün mətbuat konfransı keçirib. Partiya sədrinin müavini Ramiz Orucov bildirib ki, həmin bəyanatı yayan şəxslər DADP əleyhinə təbliğat aparan şəxslərdir:
“Demokratik Azərbaycan Dünyası Partiyası sırasında olan bəzi adamlar partiyadan qovulandan sonra onlar bizim partiyanın əleyhinə işə başlayıblar. Bu adamlar hətta dövlətin verdiyi qərara da qarşı çıxırlar. Qanunsuz addımlar atıblar. Biz onlarla bağlı aidiyyatlı orqanlara müraciət etmişik, amma tədbirlər görülmədiyi üçün biz özümüz bu mətbuat konfransını təşkil etdik. Hər bir insanın namizədliyi irəli sürüləndə onun razılığı alınmalıdır. Heç bir partiyanın belə bir ixtiyarı yoxdur. Ümumiyyətlə, Mehriban Əliyevanın namizədliyini irəli sürən qurumu, heç partiya da hesab etmək olmaz. Onların bəziləri bizim sıralarımızdan qovulan insanlardır”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?