GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Fazil Məmmədovun «mərhəmətli» vergi müfəttişi obrazı

Fazil Məmmədovun «mərhəmətli» vergi müfəttişi obrazı

Tarix: 4-06-2013, 12:23 Bölmə :Manşet Baxış: 1 156
Fazil Məmmədovun «mərhəmətli» vergi müfəttişi obrazı

Azərbaycan hələ də beynəlxalq maliyyə institututlarının tələbi ilə Vergilər Nazirliyinin vergi nəzarətinin daha da təkmilləşdirilməsi və yoxlamalarının səmərəliliyinin artırılması nəzərdə tutan planı icra etmir

Azərbaycanda vergi siyasəti hələ də sovetlər dövründən qalma mexanizmlər üzrə işləyir. Dövlətin vergi siyasətini vergi müfəttişlərinin gözəyarı rəyləri, onların insaf parametrləri və dövriyyə ilə bağlı olaraq yalan informasiyalar müəyyənləşdirir.
Ölkənin vergi siyasətində xüsusilə də kiçik və orta sahibkarlar daha çox əziyyət çəkməli olurlar. Bu gün daha çox bir müfəttiş obrazının ölkənin iqtisadiyyatına vurduğu ziyandan danışacağıq.
Çox sadə dillə ifadə etsək istənilən bir sahibkarlıq subyektinə vergi müfəttişi gəlir və dövriyyə üzrə göstəricilərə əsasən ödənilmiş gəlir vergilərinin həcminin yoxlayır. Müxabirləşmə və tədiyyə üzrə balanslar tam olaraq təftiş edilir. Və tutaq ki, bir müəssisəədə sözün əsl mənasında ikili mühasibatlıq həyata keçirilir və vergidən yayınma var. Sahibkarın vergidən yayınması da səbəbsiz deyil. Sadələşdirilmiş vergi uçotu üzrə dərəcələr belə o qədər yüksəkdir ki, inkişaf etmək istəyən sahibkar ondan gizlənmək zorundadır. Həmçinin də xəzinə üzrə mədaxil və məxaric əməliyyatları ilə bağlı olaraq əslində ortada kifayət qədər sərt tətbiqetmələr var. Lakin bu gün mövzu o deyil. Mövzu sahibkarın vergidən yayındığı təqdirdə ədalətli olaraq cəriməyə məruz qalıb-qalmamasından gedir. İstənilən halda da gözəyarı və müqayisəli qaydada müfəttiş vergi sanksiyası tətbiq edir.
Burada isə fərdi ünsiyyət və müfəttişin insafı ilə əlaqəli olaraq sanksiyalar adətən rüşvətlə tənzimlənir. Məsələn sahibkarın vergidən gizləndiyi 3 il ərzində ən yüksək dövriyyəsi üzrə rəqəmlər seçilir və 18 faizlir gəlir, 4 faizlik əlavə dəyər vergiləri və sair tətbiq olunur. Ən yüksək dövr istisna olmaqla hətta işləmədiyi və ya ziyanlı işlədiyi dövrlərə görə də bütövlükdə çıxarılmış ümumi jəlirlərə əsasən vergi sanksiyası tətbiq olunur.
Amma müfəttişə edilən «hörmət» müqabilində gəlir, dövriyyə, ümumi balans üzrə göstəricilər sahibkarın ziyanla işlədiyi zamanlara uyğun olaraq da hesablana və cərimə tətbiq edilə bilər.
Avropa İttifaqına üzv olan dövlətlər 20 ilə yaxındır ki, vergi siyasətində müfəttişin iradəsi anlayışından imtina edib. Vergidən yayınan sahibkar və ya istənilən rentabelli subyekt elektron qaydada cərimə olunur. Azərbaycanda isə bu sadəcə olaraq mümkün deyil. Ən azından ona görə ki, elektron qaydada sahibkarların nəzarətdə saxlanılması üçün zəruri baza mövcud deyil - bu günə qədər qurulmayıb və ya bilərəkdən yubadılır.
Hansı ki, 2008-ci ildə Avropa İnkişaf Bankı ilə Dünya Bankının Azərbaycanın vergilər nazirliyinə elektronlaşdırma üzrə ayırdığı layihələr üzrə vəsaitlərin həcmi 70 milyon avroya yaxındır. Vergidə «Vahid pəncərə» sistemi üzrə də insan amili, «mərhəmətli müfəttiş» obrazı mühim rol oynayır. Çünki pəncərə arxasından baxan və əlini iş qurmaq istəyən vətəndaşa uzadan da elə vergi müfəttişidir. Həm də sənədlərə möhür vurulmalı, sonrakı mərhələlərdə isə sahibkar müfəttişlə birbaşa canlı təmasda olacaq. Özü də pəncərədən deyil, birbaşa qapıdan girməklə təkbətək otaqda.
Bu ilin yanvar ayının 1-dən etibarən Vergi Məcəlləsinə edilən 100-dən artıq dəyişiklik və əlavə qüvvəyə minib. Ötən il Milli Məclisdə qəbul edilən bu dəyişikliklər də ölkədə kiçik və orta sahibkarlığın inkişafına heç bir halda xidmət etmir.
Dəyişikliklərin əhatə dairəsi aylıq gəliri 2000 manatdan artıq olanlardır. Dəyişikliklərə əsasən, fiziki şəxslərdən gəlir vergisi üzrə minimal dərəcənin (14%) tətbiq edildiyi məbləğ 2000 manatdan 2500 manata qaldırılacaq. Gəlir vergisinin maksimum dərəcəsi isə 30%-dən 25%-ə endiriləcək.
Nəticədə, məsələn, əgər indiyədək aylıq gəliri 2500 manat olan şəxs 430 manat vergi ödəyirdisə, dəyişikliklərdən sonra onun ödədiyi verginin məbləği 350 manata düşəcək. Aylıq gəliri 5000 manat olanlar üçün isə ödənilən verginin məbləği 1180 manatdan 975 manata düşəcək və s. Eyni dəyişikliklər sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərə də aiddir.
İlk baxışdan vergilərin alınması üzrə azaldıldığı təəssüratı yaranır. Amma tələsmək lazım deyil, aylıq gəliri 2000 manat olan milyonlarla müəssisə var ki, məhz vergi aşağı salınanda cərimə sanksiyaları artır. Özü də yuxarıdakı mütərəqqi hesab edilə bilən dəyişikliklərə uyğunlaşan, yəni aylıq gəliri 2000-2500 manat olan sahibkarlar üçün vergidən cəmi bir rüb yayınma üzrə tətbiq edilən sanksiyalar 17 faizdən 41 faizə qədər artırılır. Kiçik bir misal olaraq hansısa mövsümi sahibkarlıq subyekti 4 ay aylıq 2500 manat gəlirlə işləyibsə və 5-ci, 6-cı aylarda ümumiyyətlə sıfır gəlirlə fəaliyyət göstəribsə, o zaman cərimə əvvəlki gəlir olan dövrlərə uyğun 41 faizlə hesablanacaq. Səbəb kimi isə sadələşdirilmiş vergi tətbiqetmələridir. Nə qədər gülünc və təəccüblü olsa da…
Məhz bu sahə üzrə heç bir vergi tətili tətbiq olunmur. Yəni kiçik sahibkarlıq üçün müstəsna hal yalnız müfəttişin «insafının» ixtiyarında olur. Əslində bütün dünyada vergi siyasətinin sərtləşdirilməsi həyata keçirilir. Elə başa düşülməsin ki, vergi siyasətinin sərtləşdirilməsi sahibkarların əzilməsinə xidmət edir. Sadəcə olaraq sadələşdirmə bütün hallarda hərcmərclik yaradır. Xüsusilə də postsovet ölkələrində belə hallara daha çox rast gəlmək mümkündür. Vergi islahatları birtərəfli qaydada aparıldığından və hesablamalar-tətbietmələr insan iradəsi ilə olduğundan bütün islahatlar uğursuz olur.
Amma Azərbaycan hələ də beynəlxalq maliyyə institututlarının tələbi ilə Vergilər Nazirliyinin vergi nəzarətinin daha da təkmilləşdirilməsi və yoxlamalarının səmərəliliyinin artırılması nəzərdə tutan planı icra etmir. Proqramda vergi auditinin seçim prosesinin avtomatlaşdırılması və seçim standartlarının, kameral və səyyar vergi yoxlamalarının həyata keçirilməsi üçün standart göstəricilər sisteminin və proqram təminatının işlənib hazırlanmalıdır. Bunun mənası ondan ibarətdir ki, vergi yoxlamaları artıq istənilən obyektdə yox, doğrudan da vergidən yayınmaq ehtimalı yüksək olan obyektlərdə aparılacaq, yəni yoxlamaların sayı xeyli azalacaq ki, bu da investisiya mühitinin yaxşılaşmasına xidmət edir. Amma 2 ildir ki, bu islahat həyata keçirilmir, bu proqram da nazirin masası üzərində, bəlkə də masanın yanındakı zibil qutusundadır.

Elmar QARAZADƏ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vergi sanksiyalarının 50%-i vergi əməkdaşlarına çatacaq

    Vergi sanksiyalarının 50%-i vergi əməkdaşlarına ...

    9-06-2016, 16:42

  • 
  • Artıq “ASAN imza”sı olan vergi ödəyicilərinin vergi orqanına getməyinə ehtiyac yoxdur

    Artıq “ASAN imza”sı olan vergi ödəyicilərinin ...

    21-11-2015, 12:55

  • 
  • Vergilər Nazirliyində struktur dəyişikliyi

    Vergilər Nazirliyində struktur dəyişikliyi ...

    9-06-2016, 11:23

  • 
  • Vergi Məcəlləsində maraqlı dəyişiklik...

    Vergi Məcəlləsində maraqlı dəyişiklik... ...

    22-09-2014, 13:14

  • 
  • 17 nəfərin vergi orqanlarında xidmətlərinə xitam verildi

    17 nəfərin vergi orqanlarında xidmətlərinə xitam ...

    27-12-2013, 17:18


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu