GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Kreml seçkiqabağı köhnə qvardiyanı vitrinə çıxarır – ŞOK GƏLİŞMƏ

Kreml seçkiqabağı köhnə qvardiyanı vitrinə çıxarır – ŞOK GƏLİŞMƏ

Tarix: 8-08-2017, 18:39 Bölmə :Manşet Baxış: 823
Kreml seçkiqabağı köhnə qvardiyanı vitrinə çıxarır – ŞOK GƏLİŞMƏ


2018 seçkilərinə bir il qalmış Moskva 5-ci kolondakı siyasi meyitləri təzədən dirildib; Abbas Abbasovla Surət Hüseynov xortlayıb...
ÜAK-ın bağlanması, Lapşinin ekstradisiyası, qəfil Soçi görüşü, “Jara” festivalı, Bakı buxtasında rus gəmiləri...ölkəmiz yenə şimal təhdidi ilə üz-üzə...


Rusiya Azərbaycanda seçkiqabağı öz şəbəkəsini vitrinə çıxarır. Hakimiyyətə qarşı təzyiq rıçaqlarını işə salan Kreml rəsmi Bakını öz orbitindən çıxmağa qoymur.
“Gündəm Xəbər”in verdiyi məlumata görə, ötən həftənin siyasi gündəmini ruspərəst və 5-ci kolon qüvvələr barədə iddialar zəbt etmişdi.
Qəfildən Surət Hüseynovun peyda olması, Abbas Abbasovun gizli toplantılar keçirməsi Moskvanın hansısa siyasi ssenariləri həyata keçirməyə hazırlaşmasından xəbər verirdi.
Rusiya açıq-aşkar Bakıya həmlələr etməkdədir və Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvindən başlayaraq Lapşinin həbsi, cəbhədəki hadisələr və s. qədər gərginlik artmaqdadır.
Bu gərginliyin azalması Soçi görüşündə gözlənilirdi ki, prezident İlham Əliyev fərqli ovqatda geri qayıtdı.
Rus gəmiləri yenə Bakı buxtasındadır: Stepan Razinin Xəzər sahillərini zəbti, Pytorun məşhur vəsiyyəti, Putinin SSRİ-nin varislərini vəsiyyətə uyğun nəzarətində saxlaması, yenə seçkiqabağı gəlmələri, 5-ci kolonun fəallığı, ÜAK-ın bağlanması, Lapşinin ekstradisiyası tələbi, qəfil Soçi görüşü - yəni hər bir mülahizəni yürütmək mümkündür ki, bu dəqiqə Rusiya-Azərbaycan münasibətləri “buz” dövrünü yaşamaqdadır.
Xəzərin Bakı buxtasında aysberqə dəyən rus gəmilərinin tək niyyəti var - kisələri, torbaları doldurub əlidolu geri qayıtmaq...
Azərbaycanın başına əbədi bəla olan Sürət Hüseynovun qəfil zühur etməsi, Rəhim Qazıyevin sərsəmləməsi, Elçibəyi təhqir etməsi yenə də Moskvanın 5-ci kolon
şəbəkəsinin quruda fəaliyyətidir. Suda rus gəmiləri, quruda 5-ci kolon Azərbaycana qarşı səfərbər olub.
“Gündəm Xəbər” bildirir ki, indi qırılma nöqtəsi Lapşin üzərindədir. Həbsdə saxlanan bloggerin ekstradisiyası ilə bağlı Azərbaycan hakimiyyətinin hansı qərarı verəcəyi Moskva ilə münasibətlərin gələcək inkişafında çox əhəmiyyətlidir.
Ədliyyə Nazirliyinin açıqlaması da birmənalı cavab deyildi. Nə hə, nə də yox deyildi. Bildirildi ki, hökm qüvvəyə minsin, Lapşinin ekstradisiya ilə bağlı müraciətinə baxılacaq. Təbii ki, məhkəmənin qərarı siyasi qərar və iradədən asılı olacaq.
Bununla belə, Kreml köhnə qvardiyanı meydana çıxarıb. Prezident İlham Əliyevə dönük çıxan və vəzifədə olduğu dövrdən bu günə kimi dövlətə xainlik edən Abbas Abbasovun ipi öz əlində olmadığına görə əməllərini dirijor çubuğu ilə davam etdirir. Onun bütün işləri, qrafiki və saatı Kreml vaxtına uyğun qurulub. Ona görə də son aylar yenidən siyasi səhnədə fəallaşması haqda xəbərlər yayılıb.
Məlumatlarda qeyd olunur ki, Moskvadakı və Bakıdakı tərəfdarlarını başına toplamağa cəhd edən A.Abbasov 2018-ci ildə mütləq Azərbaycana qayıdacağı və seçkilərdə iştirak edəcəyi mesajını verib.
Bu arada Rusiya Azərbaycanlılarının Federal Milli Muxtariyyətinin rəsmi saytı Vladimir Putinin A.Abbasova məktub yazdığı barədə xəbər yayıb.
Kremlin mətbuat xidmətinə istinadən yayılmış məktubda bildirilir ki, Rusiya prezidenti Vladimir Putin Sahibkarlığa Dəstək Fondunun direktoru Abbas Abbasova "fəal ictimai fəaliyyətinə və Rusiyada sahibkarlığın inkişafına göstərdiyi dəstəyə görə” təşəkkür edib.
Əlbəttə ki, ilin-günün bu vaxtında bu təşəkkür səbəbsiz deyil. 2013-cü ildən bəri Putinin yadına düşməyən, bir dəfə onu xatırlamayan Abbas Abbasov yenə seçkiqabağı “iş”ə lazım olub.
Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov mətbuata müsahibəsində bu mövzuda sensasion sayılacaq iddialar səsləndirmişdi.
Y.Abramov demişdi ki, yenidən Azərbaycanın daxilində qarşıdurma və təlatüm yaratmaq üçün 2013-cü il seçkiləri ərəfəsində “Milyarderlər İttifaqı” kimi oxşar hadisələr baş verə bilər.
O, ad çəkməsə də, aydın idi ki, əsas şübhələr yenə də Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun üzərində cəmlənir.
“Gündəm Xəbər”in verdiyi məlumata görə, bu məqamda A.Abbasov, R.Qazıyev, S.Hüseynov triosunun ağalarına xidmət üçün sıra düzülüşündə olması, dirijor çubuğu ilə idarə edilməsi, xora qoşulması anti-Azəraycan kampaniyasının tərkib hissəsidir.
Son zamanlar isə Azərbaycanda rus dili ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Millət vəkilləri və alimlər rus dilinin vacibliyini vurğulayırlar.
Bundan ilhamlananlar isə daha da irəli gedərək rus dilinin Azərbaycanda ikinci rəsmi dil olmasını təklif edirlər.
Bu ssenarilərin hansı siyasi “mətbəx”lərdə hazırlandığı gün kimi aydındır. Ölkədə xərçəng kimi yayılıb hər nöqtədə mənzillənmiş ruspərəst qüvvələr 5-ci kolonun fikirlərini sətiraltından yeridirlər.
O baxımdan Moskvanın yeni nəbz yoxlamaları davam etməkdədir. Kreml öyrənmək istəyir ki, Azərbaycanda ictimai rəy ikinci dövlət dilinin rus olmasını necə qarşılayır.
Ölkəmizə qarşı Rusiyanın mütəmadi şəkildə hansı mövqedə olduğu ortadadır. Azərbaycan tərəfi birmənalı şəkildə nə qədər xoş münasibət göstərsə də, əməkdaşlıqda maraqlı olduğunu büruzə versə də, əməldə Rusiya ilə yaxşı münasibətləri sübut etsə də, xeyri yoxdur.
Son zamanlar Azərbaycanın konkret dostlarını müəyyən etməsinin, Qərb institutları ilə əlaqələrini yüksək səviyyədə qurmasının, Amerika ilə münasibətlərin normal hala salmasının, NATO ilə əlaqələri inkişaf etdirməsinin fonunda Rusiya ölkəmizi bu qədər güclü görmək istəmir.
Bütün bunların fonunda Rusiyanın münasibəti aydındır. Azərbaycan tərəfi bu istiqamətdə müəyyən işlər görməlidir.
“Gündəm Xəbər”in verdiyi məlumata görə, Azərbaycana qarşı qurulan ssenariləri, təzyiq planlarını birlikdə poza bilərik.
Bu günə kimi də hakimiyyət Moskvadan gələn planları vaxtında pozmağa nail olub. Amma 2018 əvvəlki dövrlərdən çox fərqlənəcək.
Bu dəfə Rusiyanın daha güclü təzyiqlərinin olacağı şəksizdir. Əliyevlə Trampın isti münasibətləri və Qərbə yaxın müxalifətin zəiflədilməsi ruspərəstlərin əl-qolunu açmaqdadır.
Başqa tərəfdən də, bəzi məmurlar İ.Əliyevdən yox, bağlı olduqlarını ölkələrdən qorxurlar.
Sabah dar məqamda iqtidara arxa çevirməyə hazır olan qüvvələr var ki, hökumətin içində yer alıblar. O nöqteyi-nəzərdən 2018-ci il hakimiyyət üçün asan olmayacaq.
Artıq bir sıra məmurlar hakimiyyətdən, dövlət başçısından daha çox müxtəlif xarici dairələrə bağlıdır. Bu halda hakimiyyətə qarşı bir narazı məmur batalyonu yetişir ki, onlar yeni müxalifət ola bilər.
İstərsə, hakimiyyətin, ordunun və müxtəlif sektorların içinə sızmış 5-ci kolon olsun, istərsə siyasi cəhətdən təzyiq rıçağına çevrilmiş “Milyarderlər ittifaqı” olsun, istərsə ordudakı casus şəbəkəsinin Moskvanın əli ilə yaradılması olsun, istərsə də Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə rəsmi Bakıya edilən həmlələr...
Bütün bunların hər biri Kreml təhlükəsinin daima başımız üzərində bir qara bulud olduğuna deməyə dəlalət edir. Azərbaycan da, hakimiyyət də, İlham Əliyev də şimal küləklərinin əsməsindən daima narahatdır.
Rusiya, Pyotrun vərəsələri yazılmış vəsiyyət, Qarabağ problemi, Xəzərin statusu və s. ilaxır – hər şeydə rus barmağı var ki, Azərbaycanın dünyaya açılmasına imkan vermir.
Baş verən hadisələrin fonunda hakim partiya erkən seçki hazırlıqlarına başlayıb. YAP 11 təşkilat sədrini dəyişməklə ismarıc vermiş olub. Əslində, erkən seçki hazırlıqları beynəlxalq auditoriyaya hesablanmış addımlardır.
İqtidar ölkəyə qarşı kampaniya aparan və mesajlar verən bəzi dairələrə cavab verməyə çalışır. Həmçinin, 2018-ci ildə prezident seçkiləri olmayacaq deyənlərin mülahizələrinə birdəfəlik son qoyuldu. Deməli, gələn il seçki olacaq və 7 illik prezident seçiləcək.
Halbuki, bəziləri gələn il prezident seçkilərinin təxirə salınacağını və 2020-ci ildə keçiriləcəyini bildirmişdi. Onlardan biri keçmiş deputat İqbal Ağazadə idi.
Göründüyü kimi, hakimiyyət həm hazırlığa başlayıb, həm iddialara son qoyur. Üstəlik, Abbas Abbasov qruplaşmasının yenidən seçkilərdə iştirak edəcəyi haqda söz-söhbətə də YAP bu hazırlıqlla cavab vermiş oldu.
Artıq Yeni Azərbaycan Partiyasının (YAP) 63 rayon və şəhər təşkilatında hesabat-seçki konfransları keçirilib.
“Gündəm Xəbər”in verdiyi məlumata görə, Rusiyanın təzyiqləri Qarabağ münaqişəsində də hiss olunur.
Prezident İlham Əliyevin Cocuq Mərcanlıya büdcədən pul ayırması, tezliklə qəsəbənin salınması, infrastruktur yaradılması erməni cəmiyyətində bir çaşqınlıq yaradırdı.
Odur ki, C.Mərcanıya köç ərəfəsində 2 yaşlı Zəhranı öldürməklə bu vəhşilik törədildi. Heç istisna deyil ki, hadisələrdə rus barmağı da var.
Kremlin dirijor çubuğu ilə idarə olunan Serj hakimiyyətinin Moskvadan gələn təlimat əsasında bu cinayəti törətdiyi inandırıcı versiyadır.
Bütün dünyanın Zəhranın qatillərini lənətlədiyi halda, Rusiya Xarici İşlər Nazirliyinin və Bakıdakı rus səfirliyinin verdiyi bəyanatların soyuqluğu diqqət çəkməyə bilmir. Rusiya tərəfi bir sətir olsun belə ermənilərin bu əməlini pisləmir.
Beləliklə, onsuz da seçkilər ərəfəsində Moskva tərəfindən sağsan-soldan siyasi təzyiqlərlə üzləşən Azərbaycan bu dəfə hərbi şantajla üzləşdi. Beləliklə, 2018 seçkilərinə qədər Kreml Bakıya qarşı bir ekspedisiyaya başlayıb…

Rafiq Qara
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qızmar yayda soyuq “şimal küləkləri”...

    Qızmar yayda soyuq “şimal küləkləri”... ...

    3-07-2017, 16:32

  • 
  • Kremllə Azərbaycan hakimiyyəti arasında buzlar ərimir...

    Kremllə Azərbaycan hakimiyyəti arasında buzlar ...

    22-05-2017, 16:52

  • 
  • Erməni politoloq: "Lapşinin Bakıya ekstradisiyası Ermənistan XİN-in uğursuzluğudur"

    Erməni politoloq: "Lapşinin Bakıya ...

    12-02-2017, 12:48

  • 
  • PA rəsmisi: "Lapşinin Azərbaycana ekstradisiyası tam qanunidir"

    PA rəsmisi: "Lapşinin Azərbaycana ...

    10-02-2017, 14:08

  • 
  • Abbas Abbasov yeni qiyafədə

    Abbas Abbasov yeni qiyafədə ...

    21-06-2013, 01:21


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (79)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu