GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Kremllə Azərbaycan hakimiyyəti arasında buzlar ərimir...

Kremllə Azərbaycan hakimiyyəti arasında buzlar ərimir...

Tarix: 22-05-2017, 16:52 Bölmə :GündəmXəbər / Manşet Baxış: 774
Kremllə Azərbaycan hakimiyyəti arasında buzlar ərimir...


Rəsmi Bakı Moskva ilə əlaqələri yoluna qoymaq üçün təmkinini pozmur, cavablar isə erməni lobbisi fonunda yönəlib

Putin administrasiyasının nəyi qoparmaq istədiyinin sensasion pərdəarxası “Gündəm-Xəbər”də...

Abbas Abbasovun siyasi meyiti və seçki ərəfəsində xortdamış “Milyarderlər ittifaqı” hansı siyasi ssenarilərə hesablanıb? - İddialar

Azərbaycan Rusiya ilə strateji müttəfiqdir. Bu iki dövlət arasında sıx əlaqələr və yüksək münasibətlər sistemi olub.

Rəsmi Bakı həmişə çalışıb ki, şimal qonşu ilə gərginlik yaşanmasın, Kremlin maraqlarına zidd fəaliyyət olmasın.

5-ci kolonun gizli planı

Dünyanın əsas güclərindən biri olan, Yaxın Şərq siyasətində ABŞ-la soyuq müharibə aparan Rusiyaya arxa çevirmək olduqca təhlükəlidir.

Geosiyasi müharibədə və regionda ciddi bir qüvvə sayılan Moskva Cənubi Qafqaza tamamilə nəzarət etməkdədir.

Gürcüstan istisna olmaqla, Azərbaycan və Ermənistan Putin administrasiyasının orbitində fırlanır. Rəsmi Bakı İrəvandan fərqli olaraq, Avropa siyasətində inteqrasiya tərəfdarıdır.

Lakin hakimiyət hər mərhələdə Qərbə jest edəndə Kremldən təzyiqlər başlanır. Eyni zamanda Dağlıq Qarabağ probleminin açarı da Rusiyanın əlindədir və təsir mexanizmini buraxmır.

Vaşinqton və Qərb dövlətləri də Qarabağ konfliktinin həllində Rusiyanın gücü ilə hesablaşıblar. O baxımdan rəsmi Bakı bu dövlətin gücünə bələddir və onu qıcıqlandırmamağa çalışır.

Üstəlik, Azərbaycanda seçkilərin də taleyini Moskva həll edir. Bütün bunlara və ehtiyatlı siyasətə baxmayaraq, Rusiya Azərbaycanı sevmir, təzyiq göstərir.

Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının Rusiya Ali Məhkəməsi tərəfindən ləğv edilməsi təzyiq düyməsinin basılması idi.

Buna cavab olaraq hakimiyyətin içindəki anti-Rusiya qanadı ritorikanı o dərəcədə gücləndirib ki, “5-ci kolon”un parlamentdə üzvlərinin olduğuna işarə verir.

Bununla, hakimiyyət özü dolayısı ilə parlamentdə ruspərəst qüvvələrin olduğuna, Kremlə bağlı deputatların fəaliyyət göstərdiyinə eyham vurur.

Rusiyanın Azərbaycanı sıxışdırmasının əsl səbəblərindən biri “AzərRos” təşkilatının fəaliyyətini gücləndirməkdir. Putin administrasiyası ÜAK-ın yerinə “AzərRos”un fəaliyyət göstərməsini arzulayır.

Söyün Sadıqov da müsahibəsində bu faktoru qeyd etmişdi. Onun sözlərinə görə, Moskva öz təşkilatını yaratmaq istəyir. Ancaq Abbas Abbasovun Rusiyada nüfuzu qalmayıb və belə görünür ki, təşkilatın başına Putinin öz istədiyi adam gətiriləcək.

Və həmin adamın 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyev hakimiyyətinə qarşı olmayacağına zəmanət verilmir. Deməli, örtülü qazanın niyə qaynadığı üzə çıxmaqdadır.

Məsələ heç də enerji layihələri, Avrasiya İttifaqı deyil. Birbaşa siyasi hakimiyyətə təzyiq etməklə Azərbaycanın ən güclü diaspora təşkilatının yerinə Moskvanın arzuladığı qurum yaratmaqdır.

Seçki projesi yoxsa?

Seçkiyə bir ildən bir az artıq vaxt qalır. “Milyarderlər ittifaqı” layihəsini dirilməsi ehtimalı var.

Ancaq bu ittifaqda olan azərbaycanlı oliqarxlarla Azərbaycan hakimiyyətinin bağlantıları olmalıdır.

İqtidar bu adamları bir sinif olaraq kəsib atmamalıdır. Əksinə, onların gücündən Azərbaycanın maraqları naminə istifadə etməlidir, Rusiyada mövqeyimizi möhkəmləndirməlidir.

Erməni oliqarxiyası olmasa belə, lobbisi güclü işləyir. Azərbaycanlı milyarderlər isə ölkəmizin maraqları uğrunda çox az çabalar sərf edirlər. Bu baxımdan həmin ittifaqda olan şəxsləri özünə düşmək etmək yox, özünə yaxınlaşdırmaq vacibdir.

Yeri gəlmişkən, vaxtilə Azərbaycanın siyasi rəhbərliyinə xəyanət etmiş baş nazirin keçmiş müavini Abbasov Abbasov Rusiya üçün də “ölüb”

2013-cü ildə seçkilər ərəfəsində hakimiyyətə qarşı xain projedə yer almış A.Abbasov artıq Kremlə də lazım olmadı.

Abbas Abbasov və onun əhatəsindəki insanların fəaliyyəti nəticəsində yaranan konfliktli situasiya ümumrusiya səviyyəsində münaqişə yaratmışdı.

Yaranmış vəziyyətə təkcə Azərbaycanın regional təşkilatları deyil, Ümumrusiya Azərbaycan Konqresinin Sankt-Peterburq, Moskva, Volqoqrad, Murmansk, Stavropol, Perm və Ulyanovsk regional şöbəsindən də reaksiya gəlmişdi.

Tarixin bütün dövrlərində erməni lobbisi və erməni diasporunun təsir dairəsində olan qüvvələr Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışıblar.

ÜAK-ın qeydiyyatının ləğv edilməsi Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişafına zərbə vurmaq məqsədilə ortaya atılıb.

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi siyasi mahiyyət daşıyır və hər hansı uydurma ittihamlarla bu cür qərarın çıxarılmasının heç bir ciddi əsası yoxdur.

ÜAK-ın ləğvi Azərbaycan ictimaiyyətində böyük narahatlığa səbəb olub. Həmin qərar Rusiyanın daxili işi olsa da, əslində, bu ölkədə yaşayan iki milyon azərbaycanlıların hüququnu kobud şəkildə pozur.

Çünki ÜAK yarandığı vaxtdan Rusiyanın qanunvericiliyinə uyğun fəaliyyət göstərib, ölkənin ictimai-siyasi həyatında fəal rol oynayıb.

Yəhudi deputatın ismarışı

Rusiyada Azərbaycanı sevməyən dairələr var. Lakin uzun illər iki ölkə arasında münasibətlərin inkişaf səviyyəsinə gəlib çıxması o deməkdir ki, orada bizi sevənlər də çoxdur.

Bunu onların politoloqları, siyasətçiləri də açıq şəkildə deyirlər. Bu addım orada olan bəzi qüvvələrin Azərbaycana qarşı düşmənçilik mövqeyidir.

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi ilə bağlı iki ölkə arasında gərginlik yaşanır.

Ötən prezident seçkilərində Rusiya Azərbaycana qarşı təxribatlar hazırlayıb. Seçki yaxınlaşdıqca təxribat meyilləri artmağa başlayır. Azərbaycan dövləti sözünü deməlidir.

Azərbaycanın müvafiq dövlət qurumlarının, ayrı-ayrı təşkilatların, habelə ÜAK rəhbərliyinin bütün səylərinə baxmayaraq, Rusiya Ali Məhkəməsi bu ölkədə fəaliyyət

göstərən ən böyük ictimai təşkilatlardan birinin ləğvi barədə iddianı təmin etmiş və bununla da ədalətsizliyə yol verib.

Kremlin Azərbaycanın ən güclü diaspor təşkilatının qeydiyyatını ləğv etməsinin pərdəarxası məqamları açıqlanmasa da, deputatlar, siyasətçilər bu məsələ ilə bağlı öz fikirlərini səsləndirirlər.

Əgər rəsmi olaraq deyilən səbəblər - nizamnamədə boşluqlar, sənədlərdə problemlər var idisə, onları düzəltmək olardı. Deməli, bunun arxasında ciddi siyasi motiv dayanır. Ancaq bu siyasi amillərin nədən ibarət olduğu bilinmir.

Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov ÜAK-ın qeydiyyatının ləğvi gündəmə gələndə bunu Moskvanın 2018-ci il prezident seçkilərinə hazırlıqla əlaqələndirmişdi. Millət vəkili bildirmişdi ki, Kreml təzyiq üçün prezidentliyə yeni namizəd axtarışına çıxacaq.

Kreml Rusiyadan yan keçən TAP, TANAP, Bakı-Tiflis-Qars layihələrindən narazıdır. Buna görə bizi cəzalandırmaq yolunu tutublar. Üstəgəl cəbhə bölgəsindəki artan üstünlüyümüz Kremli narahat edir.

Azərbaycan hakimiyyəti bir müddət yaranacaq soyuqluqdan sonra Rusiya ilə münasibətləri yenidən formasına salacaq. Rəsmi Bakının artıq Moskva ilə siyasətdə böyük təcrübəsi var.

Pyotrun Putinə vəsiyyəti

Rusiya bununla həm də tərəf seçmiş oldu. Yəni söhbət Dağlıq Qarabağ münaqişəsində BMT-nin qəbul etdiyi qətnamələrinmi, beynəlxalq hüquq normalarının tələblərininmi tərəfində dayanmaq, yoxsa Pyotrun vəsiyyətləri ruhunda xristian təəssübkeşliyini müdafiə etmək məsələsində sonuncu xətti seçdi.

Bu qərar 2018 seçkilərinə hazırlıq kimi də qiymətəndirilə bilər. Hakimiyyət növbəti siyasi təzyiqlə üz-üzə qalıb. Azərbaycanın Rusiyadakı səfirliyi də Rusiya Ədliyyə Nazirliyindən izahat tələb etməlidir.

Bütün bu prosedurlar həyata keçirildikdən sonra Azərbaycan tərəfi hüquqi normalara uyğun qərar çıxara bilər.

Bütün cavablar geniş ictimaiyyətə açıqlanmalı, müvafiq müzakirələr aparılmalıdır. Bundan başqa, Azərbaycandakı Rus İcması da Rusiya rəhbərliyinə sorğu ünvanlamalıdır. Rusiya ilə əməkdaşlığın bütün sahələri ciddi təftiş olunmalıdır.

Silah alınması üçün başqa ölkələrin axtarışına baş vurulmalıdır. Həqiqi müttəfiqlərimizlə əlaqələri genişləndirməli, Avropa İttifaqı ilə qısa müddətdə strateji

əməkdaşlıq sazişini imzalamalı, Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmalıyıq.

Əslində Ümumrusiya Azərbaycanları Konqresinın quruca adı qalmışdı, fəaliyyəti də nəzərə çarpmırdı. Bu təşkilatın qeydiyyatı ləğv olunsa da, Rusiyada azərbaycanlıları birləşdirən başqa təşkilatın təsis olunmasına ehtiyac var.

Ancaq bu dəfə elə etmək lazımdır ki, yeni yaranan qurum işlək olsun və Ümumrusiya Azərbaycanlıları Konqresindən fərqlənsin.

Bakının təmkinini pozmadan Moskva ilə münasibətlərini dialoq yolu ilə bərpa etmək istəyi hələlik nəticə vermir. Əksinə, Bakının bu təmkinli siyasətinin əvəzində Kremlin ardıcıl çoxkombinasiyalı təzyiqlərinin şahidi oluruq. Bu Rusiyada ÜAK-ın ləğvi ətrafında yaranan məsələdə, iqtisadi və daha çox Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində özünü daha bariz formada büruzə verməkdədir.

Rusiya Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk Qrupunun həmsədrliyində və münaqişənin həllində əsas rol oynayan ölkələrdən biri olsa da, Kreml bu vasitəçilik missiyasının ruhuna uyğun olmayan siyasət yürütməklə məşğuldur.

Belə ki, münaqişənin sülh yolu ilə beynəlxalq hüquqa söykənən prinsiplər əsasında deyil, öz maraqları baxımından həll etməyə üstünlük verir. Və bununla da beynəlxalq vasitəçilik missiyasının prinsiplərinə zidd hərəkət etmiş olur.

Rafiq Qara

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəsmi Bakı “Milyarderlər İttifaqı”na qarşı hələ də qəzəblidir

    Rəsmi Bakı “Milyarderlər İttifaqı”na qarşı hələ ...

    12-01-2014, 00:51

  • 
  • Abbas Abbasovun Naxçıvan əməliyyatının şok gizlinləri

    Abbas Abbasovun Naxçıvan əməliyyatının şok ...

    25-02-2013, 10:05

  • 
  • “New York Times” Qarabağdan yazdı - Sensasion məqalə

    “New York Times” Qarabağdan yazdı - Sensasion ...

    10-09-2014, 13:44

  • 
  • Erməni qəzeti: “Putin regionda ilk səfərini onun üçün maraqlı ölkəyə etdi”

    Erməni qəzeti: “Putin regionda ilk səfərini onun ...

    14-08-2013, 01:10

  • 
  • Kreml hakimiyyətdən nə istəyir?

    Kreml hakimiyyətdən nə istəyir? ...

    15-03-2013, 10:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (410)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu