GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qızmar yayda soyuq “şimal küləkləri”...

Qızmar yayda soyuq “şimal küləkləri”...

Tarix: 3-07-2017, 16:32 Bölmə :GündəmXəbər / Manşet Baxış: 529
Qızmar yayda soyuq “şimal küləkləri”...

Kremlin seçkiqabağı şantaj ssenarisi - bu hələ jurnaldır!!!

Moskva 2018-ci il prezident seçkiləri ərəfəsində bütün təzyiq və təhdid aparatını səfərbər edib; iqtidar içindəki “5-ci kolon” var gücü ilə çalışır

Millət vəkilləri də ölkədə qarışıqlıq yaratmaq istəyən qüvvələrə işarə verir, Rusiyanın yeni namizədi olacağı gözlənilir

Rusiya Azərbaycanı açıq şəkildə təhdid etməkdədir: sərhəddən məhsullarımız buraxılmır, azərbaycanlılar ölkədən çıxarılmaqla şantaj edilir, Ümumrusiya Azərbaycanlıları Konqresi ləğv olunur, “Milyarderlər ittifaqı” projesinin dirilməsi təhlükəsinin işartıları görünür və bütün bunlar prezident seçkilərinə bir il qalmış yaşanır.

Rus dili və seçki

Bu barədə “Gündəm-Xəbər”in verdiyi xəbərə görə, son günlər bu faktların üzərinə 5-ci kolonun fəallaşması da gəlib. Söhbət rus dilinin ikinci dövlət dili olması təklifləri, ordudakı ifşa edilmiş casus şəbəkəsinin izinin Rusiyaya gedib çıxmasından gedir.

Deputat Qüdrət Həsənquliyev bildirmişdi ki, bu şəbəkə Rusiyanın işidir. Başqa bir deputat Yevda Abramov isə seçkilərin asan olmayacağını söyləyir.

Onun sözlərinə görə, müəyyən qüvvələr təxribat edə bilər. Bu azmış kimi, Moskva Bakıya açıq şəkildə hədə-qorxu gəlir.

Yüz minlərlə azərbaycanlının iş, qazanc ardınca Rusiyaya üz tutmaq məcburiyyətində qalması milli təhlükəsizlik problemidir. Görün, Rusiya səfiri nə deyir: "Olduqca böyük sayda azərbaycanlı ailələr Rusiyadan gələn gəlirlərlə dolanır”.

Tərcüməsi budur ki, "biz bu köçürmələri dayandırsaq, yaxud həmin azərbaycanlıları geri göndərsək, ölkənizdə hansı vəziyyətin yaranacağını nəzərə alın".

Ölkədə xərçəng kimi yayılıb hər nöqtədə mənzillənmiş ruspərəst qüvvələr 5-ci kolonun fikirlərini sətiraltından yeridirlər.

O baxımdan Moskvanın yeni nəbz yoxlamaları davam etməkdədir. Kreml öyrənmək istəyir ki, Azərbaycanda ictimai rəy ikinci dövlət dilinin rus olmasını necə qarşılayır.

2018-ci il prezident seçkiləri ərəfəsində Moskvanın aktivləşməsi Azərbaycanda dövlətçilik maraqlarından çıxış edən müxalifət partiyalarından tutmuş millətçilərə qədər hamısını bir çətir altında toplaşıb 5-ci kolona qarşı dirəniş göstərməyi aktuallaşdırır.

Lakin hazırda Azərbaycana qarşı qurulan ssenariləri, təzyiq planlarını birlikdə poza bilərik. Bu günə kimi də hakimiyyət Moskvadan gələn planları vaxtında pozmağa nail olub.

Amma 2018 əvvəlki dövrlərdən çox fərqlənəcək. Bu dəfə Rusiyanın daha güclü təzyiqlərinin olacağı şəksizdir.

ÜAK və parlamentdə ruspərəstlər

“Gündəm-Xəbər”in verdiyi xəbərə görə, deputat Qüdrət Həsənquliyevin strateq.az-a müsahibəsində səsləndirdiyi fikirlər də məhz bu təxribatların ola biləcəyinə işarədir.

Məsələn, Q.Həsənquliyev açıqca deyir ki, bəzi məmurlar İ.Əliyevdən yox, bağlı olduqlarını ölkələrdən qorxurlar.

Deputat hesab edir ki, ilk növbədə, məmur korpusu ciddi nəzarətə götürülməli və qısa müddətə hakimiyyət komandasında təmizlənmə aparılmalıdır.

Hətta hakimiyyətin içindəki anti-Rusiya qanadı ritorikanı o dərəcədə gücləndirib ki, “5-ci kolon”un parlamentdə üzvlərinin olduğuna işarə verir.

Yeni Azərbaycan Partiyasının rəsmi qəzeti olan “Yeni Azərbaycan” qəzetində deputat Vahid Əhmədovun təklənməsi, ona olmazın ittihamların irəli sürülməsi, hakim partiyanın deputatı Siyavuş Novruzovun tələm-tələsik müsahibəsində “bəzi iqtisadçı deputatlar” ifadəsi, onların anti-Azərbaycan fəaliyyətində olduğunu deməsi sıradan bir proses deyil.

Rusiyanın Azərbaycanı sıxışdırmasının əsl səbəblərindən biri “AzərRos” təşkilatının fəaliyyətini gücləndirməkdir. Putin administrasiyası ÜAK-ın yerinə “AzərRos”un fəaliyyət göstərməsini arzulayır.

Söyün Sadıqov da müsahibəsində bu faktoru qeyd etmişdi. Onun sözlərinə görə, Moskva öz təşkilatını yaratmaq istəyir. Ancaq Abbas Abbasovun Rusiyada nüfuzu qalmayıb və belə görünür ki, təşkilatın başına Putinin öz istədiyi adam gətiriləcək.

Bundan başqa, Kreml Rusiyadan yan keçən TAP, TANAP, Bakı-Tiflis-Qars layihələrindən narazıdır. Buna görə bizi cəzalandırmaq yolunu tutublar. Üstəgəl cəbhə bölgəsindəki artan üstünlüyümüz Kremli narahat edir.

Azərbaycan hakimiyyəti bir müddət yaranacaq soyuqluqdan sonra Rusiya ilə münasibətləri yenidən formasına salacaq. Rəsmi Bakının artıq Moskva ilə siyasətdə böyük təcrübəsi var. Bundan qabaq da dəfələrlə tərəflər arasında gərginlik yaşanıb.

Moskva isə 2013-cü ildə olduğu kimi gələn il də “Milyarderlər ittifaqı”nı fəallaşdıra bilər. ÜAK-ın ləğvinin də bu siyasi ssenarinin tərkib hissəsi olduğu ehtimal edilir.

Moskvanın yeni namizəd axtarışına çıxdığını deyən ilk şəxs heç də sıradan biri olmamışdı. Yəhudi əsilli deputat Yevda Abramov Kremlin ÜAK-ı ləğv etmək məqsədini məhz 2018 projesi ilə əlaqələndirmişdi.

Dumanın adamları olmaq

“Gündəm-Xəbər”in verdiyi xəbərə görə, Rusiya əsas təhlükə mənbəyi olaraq qalmaqdadır. SSRİ-ni bərpa etmək niyyətində olan Rusiya dünyadakı nizamı da qarışdırmağa cəhd göstərir.

Ümumiyyətlə, Rusiyanın Azərbaycandakı təsir imkanları, ölkədəki rusiyapərəstlərin fəaliyyəti hər zaman hiss olunub. İctimaiyyətin tanıdığı şəxslər arasında kimlərin qərbpərəst, kimlərin ruspərəst olduğunu da göstərmək olar.

Azərbaycan bu ölkədə marağı olan qüvvələrin kəşfiyyat poliqonudur və ölkədə güclü şəbəkələşmə prosesi gedir. Digər tərəfdən Azərbaycanın şimal bölgəsində Rusiya meylli qüvvələr var. Yəni, Rusiyanın Azərbaycana təsir imkanları çoxdur.Hakimiyyət referendumdan sonra yürütdüyü siyasətdə Rusiyadan qopmaq ssenarisini da çizib.
Bunun bir yolu da Kremlə bağlı məmurları, deputatları sistemdən kənarlaşdırmaqdır. Növbəti seçkidə həmin deputatları parlamentdə görməyəcəksiniz.

2018 seçkisinə qədər və sonrakı müddətdə də mərhələli şəkildə Moskvapərəst qüvvələr hakimiyyətdən uzaqlaşdırılacaq. Prezident İlham Əliyev və islahatçı komandası Rusiya Dumasını adamı kimi özünü aparanlarla vidalaşmağa hazırlaşır.

Məsələn, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında Rusiyanın böyük rolu olduğunu deyən Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin bu açıqlaması siyasi partiyaların kəskin etirazına səbəb olub.

Ondan əvvəl Araz Əlizadə və başqalarının da çıxışlarında Rusiyanın xoşuna gəlmək meyilliliyi hiss olunub.

BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, kənardan elə bir təəssürat yaranır ki, Arif Rəhimzadə Milli Məclisin deyil, Rusiya Dövlət Dumasının deputatıdır.

Hakimiyyət ruspərəst qüvvələrə güvənmir. Onlar “5-ci kolon”un üzvü kimi istənilən an Azərbaycan dövlətinə arxa çevirə bilər.

Azərbaycanda seçkilər yaxınlaşır. Keçən dəfə, 2013-cü ildə keçirilən seçkilərdən öncə Rüstəm İbrahimbəyov Azərbaycana göndərilmişdi.

Lapşin, Şahin və Limonov

“Gündəm-Xəbər”in verdiyi xəbərə görə, deputat Siyavuş Novruzov da belə qüvvələrin Milli Məclisdə olduğunu qeyd etmişdi.

YAP-ın deputatının hakimiyyətin içindən bu qüvvələrin çıxdığını deməsi hansısa siyasi ssenaridən xəbər verir. Bəzi ekspertlər isə hesab edir ki, Moskva Belarusu və Azərbaycanı Lapşin məsələsində görə, hansısa şəkildə cəzalandırmağa çalışa bilər.

İddialara görə, məhz Aleksandr Lapşinin Bakıya ekstradisiyasından az sonra-fevralın 13-də 200 nəfərə yaxın azərbaycanlının Dərbənddə saxlanması, Şahin Mirzəyev adlı Azərbaycan vətəndaşının Ermənistana keçməsi xüsusi təşkil edilmiş addımlardır.

Üstəlik, Rusiyanın ölkəmizdə səfiri V.Doroxin verdiyi müsahibədə bir sıra məsələlər barədə Rusiyanın siyasətini ortaya qoyub.

İlk əvvəl o, Rusiya-Azərbaycan münasibətlərini dəyərləndirərək, orada yaşayan azərbaycanlıların ölkəmizə vəsait göndərməsini və Azərbaycan üçün Rusiyanı qeyri-neft sektoru üçün başlıca sahə olduğunu qeyd etdi.

Səfirin bu açıqlaması, Azərbaycanla Rusiya arasında yaranan soyuq münasibətlər fonunda Azərbaycanı iqtisadi təhdid etmək deməkdir. Səfir Rusiyanı Azərbaycan üçün qeyri-neft sektorunda əsas gəlir mənbəyi kimi göstərir.

Bu azmış kimi, yazıçı Eduard Limonovun Gülüstan kəndinə gətirilməsi də təsadüf ola bilməz. Nə oldu, Dağlıq Qarabağın yaşayış olan kəndlərinə deyil, Qarabağ ərazisi olan, amma keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə heç vaxt aidiyyəti olmayan Ağcakəndin yaşayış olmayan Gülüstan kəndinə gətirdilər, “hörmətli qonağı”?

Məqsəd 1813-cü il Gülüstan müqaviləsini yada salmaq , Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə keçməsi faktını təkrarlayıb, demək ki, “bizim buralara iddiamız Kuril adalarına iddiamızdan artıqdır” və əlavə olaraq “Gülüstan kəndi azad olunmağını gözləyir” xatırlatmaqdır.

Rusiyanın təzyiqi hər zaman var, sadəcə olaraq, bunun azalan və yüksələn dövrləri olur və hər dəfə prezident seçkiləri öncəsi Azərbaycana təzyiq etməsi, tələblər irəli sürməsi də yenilik deyil.

Amma, 2018-ci il seçkiləri ərəfəsində Rusiyanın təzyiqi hələ başlamayıb. Görünənlərsə jurnaldır, kino - təzyiq qarşıdadır.

Bu müxtəlif formalarda özünü göstərəcək. Konkret namizədin simasında təzyiqə hələ vaxt var. “5-ci kolon” həm cəmiyyətdə, həm də hakimiyyətin içindədir.

Bütün bunların hər biri Kreml təhlükəsinin daima başımız üzərində bir qara bulud olduğuna deməyə dəlalət edir.

Rusiya, Pyotrun vərəsələri yazılmış vəsiyyət, Qarabağ problemi, Xəzərin statusu və s. ilaxır - hər şeydə rus barmağı var ki, Azərbaycanın dünyaya açılmasına imkan vermir.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kremllə Azərbaycan hakimiyyəti arasında buzlar ərimir...

    Kremllə Azərbaycan hakimiyyəti arasında buzlar ...

    22-05-2017, 16:52

  • 
  • Rusiyadan  Azərbaycana hərbi təhdid

    Rusiyadan Azərbaycana hərbi təhdid ...

    9-04-2013, 11:20

  • 
  • Rus generalı rəsmi Bakını hədələyib

    Rus generalı rəsmi Bakını hədələyib ...

    6-12-2012, 14:48

  • 
  • TQDK-dan rus bölməsinə xəbərdarlıq

    TQDK-dan rus bölməsinə xəbərdarlıq ...

    30-03-2016, 00:50

  • 
  • Abbas Abbasova qarşı şok ittiham

    Abbas Abbasova qarşı şok ittiham ...

    22-11-2013, 18:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (276)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu