GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan siyasətində həlledici və dəhşətli 7 iyun gərginliyi

Azərbaycan siyasətində həlledici və dəhşətli 7 iyun gərginliyi

Tarix: 6-06-2013, 11:38 Bölmə :Manşet Baxış: 983
Azərbaycan siyasətində həlledici və dəhşətli 7 iyun gərginliyi
Üçüncü milli şura üçüncü prezidentliyə qarşı; Eyni gündə YAP və Milli Şura seçkilərə namizədlərini irəli sürə bilər; Əliyevlə İbrahimbəyovun bir-birinə rəqib olacağı gözənilir; Leyla Yunus müxalifətə səslənib vahid namizədin adını açıqladı

Milli Şuranın yaradılmasından bir neçə gün keçməsinə baxmayaraq, bu birlik ətrafında mübahisələr davam edir. Müzakirə və fikir ayrılıqları Milli Şuranın bəyannaməsində Avroatlantik məkana inteqrasiya barədə müddəanın yer alması ilə bağlıdır.
Müsavat çəkilir?
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının sözlərinə görə, təmsil etdiyi təşkilat üçün bu məsələ prinsipialdır: “Azərbaycanda milli təhlükəsizlik məsələsi məhz Avroatlantik məkanda həll olunmalıdır.
Bu, Müsavat Partiyası üçün prinsipial məsələdir. Azərbaycanda açıq plüralist cəmiyyət olması istəyindəyik, bunun üçün də hər hansı bir siyasət yürüdüləcəksə və hər hansı bir qurumda Azərbaycanın mənafeləri yox, bir dövlətin mənafeləri əsas götürüləcəksə, təbii ki, bizim belə qurumda fəaliyyətimiz qeyri - mümkündür”.
Bundan əlavə A.Hacılı deyib ki, Milli Şuraya demokratik dəyərlərə layiq olmayan insanlar üzv olacağı halda partiya bu qurumda iştirak etməyəcək. Müsavat yetkilisi bununla da partiyanın MŞ-ya olan münasibətini açıqlamış oldu.
Kreml damğası
O, dolayısı ilə qurumda anti-demokratik düşüncəli şəxslərin təmsil olunduğuna, Kremlin bu təşkilat vasitəsi ilə müəyyən maraqlarını təmin etməyə çalışdığına eyham vurmuş oldu. A.Hacılının bu bəyanatı əslində hələ uzun müddət müzakirə olunacaq. Çünki qurum yaranar-yaranmaz ətrafındakı anlaşılmazlıqlara son qoyulmur. Ancaq Arif Hacılı Milli Şuradan imtina etməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Özünün Facebook hesabında məlumat yayıb: “Ay müsəlmanlar, mən Milli Şuradan imtina etməmişəm. Bu AZ news.az-ın yalançı, təxribatçı, mətndə olmayan uydurma başlığından başqa mənim dediklərimi də oxuyun. Belə az informasiyadan qlobal nəticələr çıxarmayın. Bəzi dostlar yazır ki, bəy, düz etmisən, bir səviyyəsiz isə yazıb ki, bu heç xoş niyyətlərdən xəbər vermir. Başqa bir dost yazıb ki, guya mənim Milli Şuradan imtina etdiyimə görə insanlar ruhdan düşüb ,daha inqilab olmayacaq. Belə sadə deyil. Əgər yalnız məndən asılı olsa idi, nəinki Milli Şuraya, yenidən qazamata, lap oradan o yana gedərdim. Dostlar məyus olmasın, opponentlər sevinməsin. Nə edəcəyiksə, necə edəcəyiksə məsləhətləşib, ölçüb- biçib xalqımızın ,demokratik düşərgənin mənafelərini nəzərə alıb edəcəyik”.
Əli Həsənovdan sərt xəbərdarlıq
Digər bir tərəfdən KXCP, ALP kimi partiyalar da MŞ-da siyahı ilə bağlı narazılıq edirlər. Həmçinin, İctimai Palatada təmsil olunan Pənah Hüseyn və başqalarının da Milli Şura ilə bağlı vahid mövqeyi yoxdur. Bu gedişlə Müsavat Partiyası Milli Şuradan uzaqlaşacaq. Bircə qalır İsa Qəmbərin konkret mövqeyini açıqlaması. Əslində A.Hacılının çıxışları da məhz buna hesablanıb ki, tədricən Müsavatın qurumdan kənarlaşmasına ictimaiyyəti alışdıra bilsinlər.
Milli Şuranın yaradılması məsələsinə Prezident Administrasiyasının İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov da münasibət bildirib: “Müxalifət hakimiyyətə gəlmək üçün istənilən qüvvələrlə əməkdaşlığa hazırdır. Müxalifət milli maraqlardan uzaqlaşıb. Məhz bu səbəbdən onlar xalqın dəstəyini qazana bilmir və nəzərlərini xarici anti-Azərbaycan dairələrinin dəstəyinə yönəldib. Gözləyirlər ki, hansısa “X” günündə xarici qüvvələr Azərbaycana daxil olacaq, onlar da bundan istifadə edib hakimiyyətə gələcək. Bu istiqamətdə indi də arzuları var. Sovet imperiyasının iyini verən hansısa şuralar yaradırlar. Amma biz belə şuralar, palatalar, “birliklər” çox görmüşük. Xalqın dəstəyini qazanmayan heç bir qurum qalib gələ bilməyəcək. Onların fəaliyyəti qanunların tələbini aşacaqsa, qarşılarında Azərbaycan dövlətini görəcəklər”. PA rəsmisi də Milli Şurada özgə əl, yabanı qüvvə və xarici dəstək axtarışındadır. Beləliklə, MŞ ideyası doğulmamışdan öncə ölü bir varlığa çevrilib və üzərindən xarici qüvvə damğasına götürəcək təmiz bir namizəd yoxdur. Hətta Eldar Namazov da təşkilat barədə səslənən ittihamlara cavab vermir.
Leyla Yunusdan namizəd təklifi
“Hakim Yeni Azərbaycan Partiyası prezident seçkilərinə öz namizədini irəli sürməyə tələsir. Əvvəllər onlar bunu iyulda və hətta avqustda edəcəklərini deyirdilərsə, indi 7 iyun tarixini elan ediblər. Bu tələskənlik hakimiyyətin əsəbiliyindən narahatlıqla əlaqədardır”, deyə məşhur hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Turan-a müsahibəsində bildirib.
O, gənc fəalların həbslərini, son aylar repressiyaların kəskin şəkildə artmasını da hakimiyyətinin əsəbiliyinin göstəricisi hesab edir. Ən yeni nümunə Milli Şuranın tərkibinə daxil olan vəkil Qurban Məmmədovun dünənki həbsidir. “Hesab edirəm ki, bu repressiyalar artacaq və demokratik ictimaiyyət buna hazır olmalıdır. Hesab edirəm ki, hakimiyyətə bizi qabaqlamağa imkan verməməliyik.
İyunun 7-nə Milli Şuranın ilk iclası təyin edilib və elə bu iclasdaca müxalifətin prezident seçkilərində vahid namizədini irəli sürmək çox doğru olardı. Bununla da biz hakimiyyətin Milli Şurada hərc-mərclik, ədavət və fikir ayrılıqları olduğu, bu ideyanın uğursuzluğa məhkum olduğu haqqında iddia etmək cəhdlərini pozarıq”, deyə Yunus bildirib. Vahid namizədin irəli sürülməsinə gəlincə, o hesab edir ki, bu namizəd Rüstəm İbrahimbəyov olmalıdır.
“İbrahimbəyova hamı səs verəcək”
“Bu namizəd Milli Şuranı birləşdirir. Bu gün üçün bu, ən yaxşı və ən ağıllı qərardır. Bunun səbəbləri çoxdur: İbrahimbəyov həm ölkəsində, həm də bütün dünyada məşhurdur. İbrahimbəyova hamı – Astaradan Qubaya, Qazaxdan Salyana qədər və siyasi baxışlarından asılı olmayan hər kəs səs verəcək, çünki o, birləşdirən fiqurdur. Nəhayət, Rüstəm İbrahimbəyov qorxmayacaq və hakimiyyətin təzyiqinə tab gətirəcək bir insandır”, deyə Yunus qeyd edib.
“Bu namizədliyin xeyrinə daha bir dəlil odur ki, İbrahimbəyovun 5 il hakimiyyətdə olmaq kimi siyasi ambisiyaları yoxdur və o, keçid dövründə mühüm rol oynaya – 2 il ərzində zəruri islahatları apara: Konstitusiyaya dəyişiklik edərək, ölkəni prezident deyil, parlament respublikası edə və ədalətli parlament seçkiləri keçirə bilər”, deyə Yunus bildirib.
O qeyd edib ki, Milli Şuraya müxtəlif baxışları və mövqeləri olan insanlar daxil olub. Çox vaxt bu mövqelər üst-üstə düşmür, amma siyasətçilər və ictimai xadimlər oraya bir məqsədlə - hakimiyyətin korrupsiya özbaşınalığına qarşı mübarizə üçün gedir. “Bu ortaq məqsədi həyata keçirmək üçün biz İbrahimbəyovun namizədliyini iyunun 7-dəcə irəli sürməliyik ki, o, demokratik qüvvələr adından prezidentliyə vahid namizəd qismində Bakıya qayıtsın, bütün növbəti səfərlərini artıq prezidentliyə namizəd qismində həyata keçirsin”, deyə Leyla Yunus qeyd edib.
YAP-ın namizəd tələskənliyi

Beləliklə Milli Şuranın tərkibi artıq tam şəkildə müəyyənləşdirilib və elan olunmağa hazırdır. Ancaq demokratik qüvvələr Milli Şuranın yaradılmasını tarixi bir günə saldıqlar kimi, elan olunmasını da hakimiyyət üçün süpriz etmək niyyətindədirlər. Belə ki, Milli Şuranın tərkibinin iyunun 7-si - Yeni Azərbaycan Partiyasının(YAP) qurultayı günü elan olunacağı planlaşdırılır.
Fikrimizcə, tarix təsadüfi seçilməyb. Daha dəqiqi, hakimiyyətin YAP-ın qurultayının vaxtını irəli çəkməsi, Milli Şuranın yaradıcılarını da onun tərkibinin elan olunmasını bir neçə gün ləngitməsinə səbəb olub ki, bu da çox uğurlu addım sayıla bilər.
Məsələ ondadır, Milli Şuranın yaradılmasından narahat olan hakimiyyət YAP-ın V Qurultayının vaxtını ən azı ay yarım irəli çəkib. Yaxın gunlərə qədər YAP rəsmiləri hakimi partiyanın qurultayının seçki prosesinə rəsmi start veriləndən sonra keçiriləcəyini bəyan etmişdilər. Məsələn, YAP İcra katibinin müavini Siyavuş Novruzov bir qədər əvvəl qurultayın avqust ayında keçiriləcəyini söyləmişdi. Oxşar fikirləri digər YAP və hakimiyyət təmsilçiləri də səsləndirmişdilər. Qurultayın vaxtının dəyişdirilməsi, daha dəqiqi irəli çəkilməsinin səbəbləri barədə ötən sayuımızda yazmışdıq. Ona görə də təkrarlamaq istəmirik. Daxil olan məlumata görə, qurultayda 2013-cü ilin prezident seçkilərində YAP-ın namizədi təsdiq olunacaq. Daha dəqiqi, «Naxçıvan klanı»nın təkidli tələbi ilə, hazırkı dövlət başçısı İlham Əliyev hakim partiyanın üçüncü dəfə prezidentliyə namizədi olaraq irəli sürüləcək. Bunu indiyədək keçirilən və tələsik yekunlaşdırılan bütün konfranslarda YAP-ın sədri İlham Əliyevin 2013-cü il prezident seçkilərində namizədliyinin irəli sürülməsinin tövsiyə edilməsi də sübut edir. Bunun səbəbləri və hansı nəticələr doğura biləcəyi barədə yuxarıda qeyd etdiyimiz təhlildə söhbət açmışıq, təkrarlamaq istəmirik.

7 iyun – tarix!!!
Qəribədir ki, iyunun 7-də iki mühüm hadisə baş verəcək. Ölkədaxili siyasətdə və seçkilərlə bağlı hər iki düşərgənin “kart”ları açılacaq. İyunun 7-si tarixi Azərbaycan üçün unudulmaz bir günə çevrilə bilər. Bir tərəfdə YAP qurultayını keçirib namizədini elan edə bilər, digər tərəfdə də Milli Şura öz namizədini irəli sürə bilər. Beləliklə, 16 oktyabr davasının təməli iyunun 7-də qoyulacaq. Bəlkə də MŞ və YAP namizəd açıqlamayacaq. Ancaq hər iki tərəfin eyni gündə tədbir keçirməsinə sadə yanaşmaq olmaz. Tərəflər bir-birinə numoroloji işarələrlə xəbərdarlıq edirlər. Azərbaycan siyasətində görünür “göz-qaş etmə”, mimikaların işə düşməsi dövrü başlanıb. Kim bilir iyunun 7-də YAP-ınseçkilərdə vahid namizədi olacaq İlham Əliyevə alternativ kimi bir vaxtlar ən yaxın dostu Rüstəm İbrahimbəyov müxalifətdə dayanacaq. Tarix bu andan etibarən başlamış olacaq.
Onu da vurğulamağı lazım bilirik ki, ölkə daxilində yaranmış situasia və xarici faktorlar siyasi hakimiyyətdə hələ də əsas söz sahibi olan mühafizəkar düşərgəni YAP-ın qurultayının vaxtını xeyli irəli çəkməsinə, İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyinin təcili elan olunmasına, dərhal da onun ətrafında böyük təbliğat şousu qurmağa vadar edib. Bu baxımdan Milli Şuranın tərkibinin elan olunmasının YAP-ın qurultayı ilə eyni vaxta salınması təsadüfi sayıla bilməz. Bu, bir tərəfdən hakim düşərgənin qurultayda partiyanın namizədi elan edərək quracağı təbliğat şousunun effektini aşağı endirəcək, ikinci bir tərəfdən həm hakimiyyətə, həm də cəmiyyətə bir mesaj olacaq. Hakimiyyətin Eyni bir şəxsi 3-cü dəfə prezident etmək niyyətinin qarşisinda demokratik qüvvələrin vahid cəbhəsinin - 3-cü Milli Şuranın dayanacağı mesajı veriləcək.
Dayana biləcəkmi, əlbəttə bunun cavabı zamanla məlum olacaq. Ancaq Azərbaycan tarixində yaranmış bundan əvvəlki iki Milli Şura öz hədəfinə çatıb, mübarizəsini qalibiyyətlə başa vurub. Yəni, bundan əvvəl yaranan 2 Milli Şuranın hədəfi Azərbaycanın müstəqilliyi olub və onlar bunu reallaşdırıblar. Yeni yaradılan 3-cü Milli Şuranın hədəfi isə Azərbaycanda demokratik rejimin qurulması, ölkədə avtoritarizmə son verməkdir. Bacaracaqmı?
Hər halda Milli Şuranın yaradılmasının təşəbbüskarı Rüstəm İbrahimbəyov buna inanır. Sitat: «Yüz il əvvəl Şərqdə ilk demokratik respublikanı quran xalq sübut edəcək ki, tarixi təsadüflər olmur».
7 İYUN HƏM DƏ AZƏRBAYCANIN İLK DEMOKRATİK PREZİDENTİNİN-ƏBÜLFƏZ ELÇİBƏYİN SEÇİLDİYİ GÜNDÜR!!!!!!

Eldar Rüstəmli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün müxalifət daha bir vahid namizədin adını açıqlayacaq?

    Bu gün müxalifət daha bir vahid namizədin adını ...

    19-08-2013, 11:22

  • 
  • Müsavat bu gün Milli Şura ilə bağlı son qərarını verəcək

    Müsavat bu gün Milli Şura ilə bağlı son qərarını ...

    9-12-2013, 11:59

  • 
  • “Rüstəm İbrahimbəyovun namizədliyi müzakirə olunacaq”- AÇIQLAMA

    “Rüstəm İbrahimbəyovun namizədliyi müzakirə ...

    6-06-2013, 12:31

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • İsa Qəmbər Milli Şura ilə bağlı  açıqlama verdi

    İsa Qəmbər Milli Şura ilə bağlı açıqlama verdi ...

    28-05-2013, 23:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu