GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan iqtisadiyyatının büdcə gizlinləri

Azərbaycan iqtisadiyyatının büdcə gizlinləri

Tarix: 1-07-2013, 19:10 Bölmə :Manşet Baxış: 1 098
Azərbaycan iqtisadiyyatının büdcə gizlinləri
Büdcədə gizlədilən neft gəlirləri və şişirdilən özəl sektor
Parlament 2012-ci ilin büdcə icrasına dair qanunu may ayının sonuncu günü müzakirəsiz təsdiqlədi. Büdcə hesabatlarının təsdiqinin formal prosedura çevrilməsi büdcənin formalaşması və xərclənməsi problemləri ətrafında ictimai debatların təşkili imkanlarını aradan qaldırır. “Icra olunmuş büdcənin müzakirəsi heç nəyi dəyişməyəcək” yanaşması doğru sayılmaz. Çünki ayrı-ayrı tədiyyələrin icrasında və xərcləmələrdə olan problemlər, büdcə siyasətinin nəticələri məhz icra hesabatının təsdiqi zamanı müzakirə olunmalıdır.
Ötən ilin icra olunmuş büdcəsinin geniş müzakirəsi üçün imkan yaradılsaydı, vətəndaş cəmiyyəti hansı problemlərin ictimailəşdirilməsində maraqlı olardı? Bu yazıda məhz həmin problemlərə diqqət yetirilir.
Neft gəlirlərinin büdcədə real payı gizlədilir
Rəsmi məlumata görə, ötən il dövlət büdcəsinin 12643,8 milyon manatı və ya 73,1 faizi neft sektorunun hesabına təmin olunub. Lakin büdcənin icrasına dair hesabatda və həmin sənədə Hesablama Palatasının verdiyi rəydə təqdim olunan məlumatların təhlili göstərir ki, hökumət aşağıdakı üç mənbədən olan vergini büdcənin neft gəlirlərinə aid etmir:
Dövlət Neft Şirkətinin (ARDNŞ) gəlir vergisi üzrə daxilolmaları. Bu mənbədən 2012-ci ildə dövlət büdcəsinə təxminən 87,6 milyon manat vəsait daxil olub;
Hasilatın pay bölgüsü sazişləri üzrə podratçı və xarici subpodratçı şirkətlərin muzdlu işə görə gəlir vergisi. Bu mənbədən 2012-ci ildə dövlət büdcəsinə təxminən 242,2 milyon manat vəsait daxil olub;
Hasilatın pay bölgüsü sazişləri üzrə xarici subpodratçı şirkətlərin mənfəət vergisi. Bu mənbədən 2012-ci ildə dövlət büdcəsinə təxminən 120,7 milyon manat vəsait daxil olub.
Göründüyü kimi, 2012-ci ildə bu mənbələr üzrə birgə daxilolmaların həcmi 450,5 milyon manat təşkil edib. Əgər bu məbləği nəzərə alsaq, ötən il üzrə dövlət büdcəsinin birbaşa neft gəlirlərinin məbləği 13094,3 milyard manat, məcmu büdcə gəlirlərində real payı isə 75,8 faiz olacaq.
Bu mənbələrdən daxilolmaların büdcənin neft gəlirləri kimi təsbit olunmamasını bir neçə dəlillə sübut etmək mümkündür. Hesablama Palatasının rəyində göstərilir ki, 2012-ci ildə büdcənin neft gəlirlərinin 9905 milyon manatı transfert formasında Dövlət Neft Fondundan (ARDNF) daxil olub, 2738,8 milyon manat isə vergi formasında ARDNŞ və xarici neft şirkətləri tərəfindən ödənilib. Transfertlərin məbləği aydındır və bu məbləğ mübahisə doğurmur. Rəydəki məlumatlara görə, 2012-ci ildə hasilatın pay bölgüsü sazişləri çərçivəsində ödənilən mənfəət vergisi 1401,5 milyon manat, ARDNŞ-nin icmal vergiləri isə 1337,3 milyon manat olacaq. Amma Hesablama Palatasının rəyində qeyd olunur ki, ARDNŞ-nin konsolidə olunmuş vergilərinə fiziki şəxslərin gəlir vergisi daxil deyil. Şirkətin nə qədər gəlir vergisi ödədiyini isə tapmaq çətin olmadı. ARDNŞ-nin rəsmi orqanı olan “Iki sahil” qəzetinin internet səhifəsində 2013-cü ilin yanvar ayının 15-də yayılan rəsmi məlumatda bildirilir ki, şirkət 2012-ci ildə dövlət büdcəsinə 1425,1 milyon manat vergi ödəyib. Bu məbləğ Hesablama Palatasının ARDNŞ-nin icmal vergi ödənişlərinə dair təqdim etdiyi məbləğdən 87 milyon manat çoxdur.
Rəydəki məlumatların təhlili göstərir ki, ARDNŞ 2012-ci ildə ƏDV üzrə 211,7 milyon, aksiz vergisi üzrə 436,9 milyon, neft məhsullarının ixracından qiymət fərqinə görə 350,5 milyon, mədən vergisi üzrə 120,8 milyon, mənfəət vergisi üzrə 173,3 milyon, əmlak, torpaq və yol vergisi üzrə birlikdə təxminən 44,1 milyon manat ödəyib. Göründüyü kimi, şirkətin, fiziki şəxslərin gəlir vergisi üzrə ödənişlər istisna olmaqla, ayrı-ayrı tədiyyələri üzrə ödəmələrinin cəmi Hesablama Palatasının ARDNŞ-nin konsolidə olunmuş vergi ödənişlərinə dair məlumatlarına tam uyğun gəlir.
Beləliklə, məlumatların araşdırılması aşkar göstərir ki, dövlət büdcəsinin məcmu vergi ödənişləri rəsmi mənbələrdə göstərildiyi kimi 2737,4 milyon deyil, 3187,9 milyon manat təşkil edir.
Xüsusi mülkiyyətin büdcədə payı şişirdilir
Hökumətin büdcə hesabatında vergi daxilolmaları aşağıdakı dörd mülkiyyət növü üzrə təsnif edilir:
Dövlət sektoru üzrə ödənişlər. Büdcə təşkilatlarının fiziki şəxslərə görə gəlir vergisi üzrə ödəmələri istisna olunmaqla təsərrüfat hesablı dövlət müəssisə və şirkətlərinin vergi ödənişləri bura daxil edilir.
Xüsusi mülkiyyətin vergi ödəmələri. Rəsmi məlumatda bildirilir ki, bu təsnifata yalnız yerli sahibkarlar tərəfindən vergi ödənişləri daxildir.
Xarici mülkiyyət üzrə ödəmələr. Bura səhmlərində xaricilərin (qeyri-rezidentlərin) payı 100 faiz olan təsərrüfat subyektləri daxildir. Hasilatın pay bölgüsü sazişləri çərçivəsindəÿxarici neft şirkətlərinin ödəmələri də bura aid edilir.
Birgə mülkiyyət üzrə ödəmələr. Bura Azərbaycan vətəndaşları ilə əcnəbilərin ortaq yaratdığı təsərrüfat subyektləri daxildir.
2012-ci ildə dövlət mülkiyyəti üzrə vergi ödənişləri 1695,1 milyon, xüsusi mülkiyyət üzrə 2023,1 milyon, xarici mülkiyyət üzrə 1991,4 milyon manat, birgə mülkiyyət üzrə 316,2 milyon manat təşkil edib. Lakin Hesablama Palatasının məlumatlarının araşdırılması göstərir ki, iri dövlət şirkətlərinin (ARDNŞ, “Azərsu” ASC, Xəzər Dəniz Gəmiçiliyi, AZAL, Rabitə Nazirliyinin müəssisələri və s.), büdcədən maliyyələşən təşkilatların, hasilatın pay bölgüsü sazişləri üzrə podratçı və xarici subpodratçı şirkətlərin muzdlu işə görə gəlir vergisi, həmçinin hasilatın pay bölgüsü sazişləri üzrə xarici subpodratçı şirkətlərin mənfəət vergisi üzrə ödəmələri, nəhayət, dövlət rüsumları üzrə ödənişlər xüsusi mülkiyyətin vergi ödənişlərinin tərkibinə daxil edilir.
Ümumilikdə 2012-ci ildə bu mənbələr üzrə vergi daxilolmalarının məcmu məbləğinin 800 milyon manat təşkil etdiyini nəzərə alsaq, deməli, yerli özəl sektorun büdcə ödənişlərinin real həcmi 1200 milyon manatdan çox deyil. Bu o deməkdir ki, 2012-ci ildə yerli sahibkarlığın məcmu büdcə gəlirlərinin formalaşmasında iştirak payı təxminən 7 faiz ətrafında olub. Büdcə məlumatlarının araşdırılması göstərir ki, yerli sahibkarların büdcə ödənişlərinin təxminən 623,1 milyon manatı və ya 51 faizi ƏDV-dən, 400 milyon manatı və ya 33 faizi fiziki şəxslərin gəlir vergisi və mənfəət vergisi üzrə daxilolmalardan formalaşır.
23 mənbədən 3-ü büdcə gəlirlərinin 84 faizini formalaşdırır
2012-ci il üzrə dövlət büdcəsinin icrasına dair qanuna görə, büdcənin gəlirləri 23 müxtəlif mənbədən daxil olub. Amma həmin mənbələrdən 3-ü - Dövlət Neft Fondu, ƏDV və mənfəət vergisi ümumi büdcə gəlirlərinin 84 faizini təmin edib. Məlumat üçün qeyd edək ki, ötən il büdcənin ümumi gəlirləri 17281,5 milyon manat, sadalanın mənbələr üzrə daxilolmaların birlikdə həcmi 14523,9 milyon manat olub. Ayrı-ayrılıqda həmin mənbələrdən gəlirlərin məbləği aşağıdakı kimidir:
ARDNF-dən daxilolma - 9905 milyon manat;
ƏDV üzrə daxilolma - 2366,9 milyon manat;
Mənfəət vergisi üzrə daxilolma - 2252 milyon manat.
Bu vəziyyət onu göstərir ki, büdcənin gəlir imkanları diversifikasiya olunmayıb və büdcənin formalaşması əsasən azsaylı mənbədən asılıdır. Daxilolma mənbələri çox olsa da, onlar məhsuldar deyil.
Beləliklə, 2012-ci ilin icra büdcəsinin gəlirlər üzrə təhlilindən çıxan əsas nəticə budur ki, büdcə gəlirlərinin hazırkı strukturu iqtisadiyyatın uğurlu diversifikasiyası, xüsusilə də sahibkarlığın inkişafı ilə bağlı rəsmi arqumentləri heçə endirir. Yerli sahibkarların büdcəyə töhfəsi həddən artıq azdır və hökumət bu sektorun büdcədə payını mümkün qədər çox göstərməkdə maraqlıdır. Qazanılan büdcə gəlirlərinin hər 10 manatından ən azı 7,5 manatı birbaşa neftdən formalaşır. Bir sözlə, Azərbaycanın neftdənkənar büdcəsi o qədər kiçikdir ki, bu büdcə ilə hökumət hətta cari xərcləri belə qarşılaya bilməz.
Rövşən Ağayev, Milli Büdcə Qrupunun eksperti
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli Məclis büdcə müzakirələrinə başladı

    Milli Məclis büdcə müzakirələrinə başladı ...

    2-10-2015, 12:20

  • 
  • Artur Rasizadə 2015-ci ilin dövlət büdcəsinin müzakirəsini keçirdi

    Artur Rasizadə 2015-ci ilin dövlət büdcəsinin ...

    23-09-2014, 17:19

  • 
  • Neft Tükənəndən Sonra Nə Olacaq?

    Neft Tükənəndən Sonra Nə Olacaq? ...

    18-11-2013, 12:29

  • 
  • Samir Şərifov büdcə HƏDƏFini açıqladı: “Vergidən yayınmaların qarşısı alınmalıdır”

    Samir Şərifov büdcə HƏDƏFini açıqladı: “Vergidən ...

    12-11-2013, 13:32

  • 
  • Bu gün parlament büdcə müzakirələrinə start verir

    Bu gün parlament büdcə müzakirələrinə start verir ...

    12-11-2013, 11:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (327)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu