GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Nazirin elektronlaşan korrupsiyasından müdhiş - Dosye

Nazirin elektronlaşan korrupsiyasından müdhiş - Dosye

Tarix: 20-09-2017, 14:28 Bölmə :Manşet Baxış: 405
Nazirin elektronlaşan korrupsiyasından müdhiş - Dosye


Səlim Müslümovun “islahat”çı idarəetməsi sabun köpüyünə çevrildi; sosial yardımlar, müavinətlər almaq kasıb zümrəyə qadağandır

Ölkədə işsizlik olmadığını, şəffaf işlədiklərini deyən ƏƏSMN rəhbərinin daha iki əməkdaşı rüşvətlə yaxalandı - Özəl təfsilat
Azərbaycanda özünü islahatçı kimi təqdim edən və təyin olunduğu tarixdən cəmi 100 gün sonra bu imici sabun köpüyünə çevrilən nazirlərdən biri də Səlim Müslümovdur.


Elektron korrupsiya və “islahatçı” nazir

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, Füzuli Ələkbərovun gedişindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəhbərliyinə gətirilən Səlim Müslümov reformist reputasiyası formalaşdırmağa çalışırdı.
Amma Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik etdiyi dövrdən ictimaiyyətin çox yaxşı tanıdığı sosial sektor məmuru nazir vəzifəsinə yüksəlişindən sonra heç də gözləntiləri doğrultmadı.
Hətta belə demək olarsa, F.Ələkbərovdan sonra S.Müslümovun bu posta gəlişi sosial sahədə vəziyyəti mürəkkəbləşdirdi.
İndi aztəminatlı ailələrin, yoxsul və işsiz zümrənin sosial müavinətlər, işsizliyə görə müavinət, əlillik dərəcəsi, pensiya almaq və s. hüquqları o dərəcədə məhdudlaşdırılıb ki, müraciət etməyin özü əbəsdir.
Çünki nazirliyin elektron müraciət sisteminə keçidi vətəndaşların sosial yardımlar almaq imkanlarını əlçatmaz edib.
S.Müslümovun gətirdiyi bu idarəetmə metodu islahat və şəffaflıq kimi təqdim olunmasına baxmayaraq, kökündə vətəndaşların işini qəlizləşdirmək, yardıma həqiqi ehtiyacı olanları cəncəl prosedura ilə üz-üzə qoymaq dayanır.
Nəticə etibarı ilə elektron korrupsiya sistemi ƏƏSMN-də “islahat”ların simvoluna çevrilib.
Məsələn, aparılan islahatların mayasında korrupsiya hallarına son qoyma faktoru dayansa da VTEK sədrləri bu "dərdlərinə” də çarə tapa biliblər. Belə ki, VTEK sədrlərinin qurduğu oyun olduqca hiyləgər və düşünlümüş şəkilə reallaşdırılır.
Ən ağır xəstələr aylarla öz əlillik dərəcələrini ala bilmirlər. Elektron formada daxil olan müraciətlər müxtəlif VTEK sədrləri arasında bölünür.
Sonucda sədrlərin öz aralarında ŞİFRƏLİ SÖVDƏLƏŞMƏLİ nətiəsində əsl xəstələr kənarda qalır. 3000 manat və daha çox vəsait ödəyən sağlam vətəndaşlar isə I, II, III dərəcli əlil statusunu almağa müvəffəq olurlar.
Belə ki, VTEK sədrləri "xəstəni” pul gücunə qəbul etdikdən sonra bir-biriləri ilə telefonla əlaqə saxlayaraq şifrəli sözlərlə "xəstələrinə” müxtəlif əlillik dərəcələrini "satırlar”.

Sosial müavinətin elektron bazarı

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, VTEK-lə bərabər sosial yardım bazarında da elektron alver getməkdədir. Məlum olan odur ki, bu sistemdən rüşvət aradan qaldırılmayıb sadəcə alınması forması dəyişdirilərək mərkəzləşdirilib.
İndi bu sahədə rüşvət mexanizmi belə işləyir: rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin işçiləri pul ala bildikləri insanların siyahısını Nazirliyə təqdim edir.
Nazirlikdə Səlim Müslümovun sevimli və sehrli VEMTAS mexanizmi ilə məşğul olanlar Nazirliyin aparat rəhbəri, topdağıtmaz Əjdər Cəbiyevin nəzarəti altında həmin insanlara yardım təyin edirlər.
Ünvanlı sosial yardımın yeni qaydalarında əks olunan şərtlər bütövlükdə kasıb insanların əleyhinə olmaqla, onlara yardım almaq üçün şans yeri qoymur.
Məsələn, qaydalara görə ailənin əmək qabiliyyətli üzvü məşğulluq orqanlarında ona təklif olunan 2 münasib işdən imtina etdiyi halda həmin ailəyə ünvanlı sosial yardımın verilməsinə imtina olunur.
Amma qaydalarda yazılmayıb ki, ailənin əmək qabiliyyətli üzvü məşğulluq orqanına müraciət etsə və məşğulluq orqanı ona iş təklif edə bilməsə o halda həmin ailə yardım ala bilər ya yox. Ünvanlı sosial yardımla bağlı ən vacib məsələ bundan ibarətdir.
Aztəminatlı ailənin əmək qabiliyyətli üzvü iş üçün məşğulluq orqanlarına müraciət edir, işlə təmin olunmur (ən yaxşı halda iş axtaran kimi qeydiyyata alınır) və həmin ailəyə ünvanlı sosial yardımın verilməsinə də imtina olunur.
İmtinanın səbəbi kimi ailənin əmək qabiliyyətli üzvünün işləməməsi göstərilir. Bu qədər absurd bir qərar.
Digər bir misal. 2 uşaq və valideynlərdən ibarət 4 nəfərlik ailədə əgər ancaq ata işləyirsə, ailədə balaca uşağın 8 yaşı tamam olubsa, ana işləmirsə, o halda həmin ailəyə yardım verilmir.
8 yaşlı uşağın anası əmək qabiliyyətli sayılır. Amma bu hal yardımın təyin olunması qaydalarında öz əksini tapmayıb.

Nazirin 2 işçisi həbs edildi - Adlar

“Gündəm-Xəbər” yazır ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Suraxanı və Xətai rayon şöbələrində əməliyyat keçirib.
Məlumata görə sentyabrın 15-də baş tutan əməliyyat zamanı ƏƏSMN-in Suraxanı şöbəsinin Ziya, Xətai şöbəsinin isə Mətin adlı əməkdaşı saxlanılıblar. Hər iki şəxsin üzərindən çoxsaylı təqaüd kartları götürülüb.
Bildirilir ki, ƏƏSMN əməkdaşları həmin kartlardan istifadə etməklə əhalinin aztəminatlı təbəqəsinə aid vətəndaşların adına açılan, dövlət büdcəsindən sosial yardım şəklində onlara ödənən vəsaitləri hesablardan çıxaran zaman ələ keçiblər.
Hər iki şəxsin iş yerində, evində axtarış aparılıb. Evlərindən iş üçün əhəmiyyət kəsb edən çoxsaylı idarə sənədləri, saxta möhürlər aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Bu yeni və isti-isti gələn xəbər deməyə əsas verir ki, S.Müslümovun elektron idarəetmə mexanizmi də rüşvətin kökünü kəsməyib. Hələ də ƏƏSMN-nin şöbələrində rüşvət halları var. Deməli, aparılan islahatlar kosmetik və imitasiya xarakteri daşıyır.
Bu müddət ərzində əhalinin sosial müdafiəsi istiqamətində görülən işlərin müsbət və mənfisini bir tərəziyə qoyduqda hələ də neqativ hallar tərəzini əyməkdədir.
Çünki rüşvət, süründürməçilik, bürokratik əngəl, vətəndaşların incidilməsi, şəhid ailələrinin, əlillərin ayrı-ayrı vaxtlarda aksiyaları və s. hallar davam etməkdədir.
Bu da öz növbəsində bu nazirliyin səlahiyyətlərinin məhdudlaşdırılıb ASAN Xidmətə verilməsini şərtləndirir.
Bütün bu həyasız sistemin və nazirliyin şikəst idarəetmə forması azmış kimi S.Müslümov bu yaxınlarda verdiyi absurd açıqlama ilə ictimaiyyəti qıcıqlandırıb.
“Azərbaycan son illərdə yüksək inkişaf göstəricilərinə görə dünyanın lider ölkələri sırasında durur. Ölkədə 5 faizlik işsizlik səviyyəsi müşahidə olunur. Bu, böyük nailiyyətdir”.
Bakıda keçirilən “Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi” adlı konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir vurğulayıb ki, məşğulluğun təmin olunmasında özünəməşğulluq xüsusi rol oynayır: “Son illərdə əhalinin məşğulluq strukturunda dəyişikliklər baş verib.
2016-cı ilin sonuna olan statikaya əsasən, əmək müqaviləsi ilə işləyənlər məşğul əhalinin 32 faizini təşkil edib. Son dövrlərdə əmək bazarında qeydiyyatsız işləyənlərin sayı çoxalıb.

Dayı-bacıoğlu tandemi: tayfa qaydaları

“Gündəm-Xəbər” onu da yada salır ki, S.Müslümov qubernatora çevrilmiş nazirdir. O, illərdir Ağsuya qeyri-rəsmi kuratorluq edir. Artıq özü 56 yaşa çatan nazirin qocaman dayısı hələ də Ağsunun icra hakimi vəzifəsini daşıyır.
İdarəetmə sistemində kadrların cavanlaşdırılması siyasəti nədənsə Ağsuya gəlib çıxmayıb. 67 yaşlı Ənvər Seyidəliyevin yerinə bir gənc, perspektivli kadr təyin olunmur ki, Ağsu camaatı da gləcəyə ümidlə baxsın.
Rayon camaatına “qan qusduran”, sahibkarlığa “divan tutan”, rayonun resurslarını və büdcədən ayrılan vəsaitlərini çırpışdıran, ayrı-ayrı vəzifələrə, idarələrdə postlara öz qohum-əqrəbasını yerləşdirən dayı-bacıoğlu “tandemi” bu səfalı rayonu uçuruma sürükləyib.
Səlim Müslümovun digər dayısı və icra başçısı Ənvər Seyidəliyevin doğma qardaşı Fətulla Seyidəliyev “Kapitalbank”ın Ağsu filialının müdiri, S.Müslümovun bibisinin əri Ağsu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorudur.
Rayon maliyyə şöbəsinin müdiri Radim Müslümov isə S.Müslümovun doğma qardaşı, icra başçısı Ənvər Seyidəliyevin qardaşı, yəni nazirin digər dayısı Fazil Seyidəliyev rayon polis şöbəsində rəis müavinidir.
Bildirilir ki, Səlim Müslümov nazir təyin olunana qədər rayon əhalisinin müəyyən şikayətləri dinlənilir, bəzi insanlara qismən də olsa, köməklik olunurdu.
Amma indi nazirin dayısı, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev sakinlərə qarşı daha aqressiv olub.
Səlim Müslümov nazir təyin olunana qədər Ənvər Seyidəliyev hər həftənin 5-ci günü sakinləri qəbul edirdi. Qəbulda müəyyən problemlər müzakirə edilirdi, əksəriyyəti həllini tapırdı.
Amma Səlim Müslümov nazir təyin olunandan sonra Ənvər Seyidəliyev problemi olanların heç birini qəbul etmir.
Düzdür, yenə də həmin günlər qəbul günü olur, amma həqiqi problemi olanlar qəbul olunmur. Ənvər Seyidəliyev İcra Hakimiyyətinin mühafizə xidmətinə tapşırıb ki, ciddi problemləri olan şəxsləri qəbula yazmasın.
Hazırda Ağsu rayonu büsbütün icra başçısına məxsusdur. Rayonda bütün iri ticarət obyektləri Ənvər Seyidəliyev tərəfindən zəbt edilib. Ənvər Seyidəliyev bu işdə müavinləri və köməkçilərinin adından yararlanır.
Rayonda hazırda 50-dən artıq obyekt icra başçısının müavinlərinin adı ilə tikilərək özəlləşdirilib.
İcra başçısının rayon ərazisində 100 hektarlarla həyətyanı torpaq sahəsi, onlarla balıqartırma gölü və 100-dən artıq iri ticarət cərgəsi var.
Bütün bu ərazi və obyektlər icra başçısı tərəfindən özəlləşdirilib. Bütün bu iddialara və ittihamlara cavab olaraq adı keçən bütün tərəflərin mövqeyini dinləməyə, dərc etməyə hazırıq.


Zöhrab Təmrazov
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səlim Müslümov yeni rəis təyin etdi

    Səlim Müslümov yeni rəis təyin etdi ...

    18-11-2013, 14:47

  • 
  • Səlim Müslümov şöbə rəisini işdən çıxartdı

    Səlim Müslümov şöbə rəisini işdən çıxartdı ...

    11-02-2014, 14:45

  • 
  • Səlim Müslümov daha bir məmuru işdən azad etdi

    Səlim Müslümov daha bir məmuru işdən azad etdi ...

    21-11-2013, 01:39

  • 
  • Səlim Müslümovun müavininin  “huşsuzluğu”

    Səlim Müslümovun müavininin “huşsuzluğu” ...

    25-11-2013, 14:29

  • 
  • Ağsu: Səlim Müslümov və qohumlarının girovuna çevrilən rayon

    Ağsu: Səlim Müslümov və qohumlarının girovuna ...

    25-11-2014, 19:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu