Bölgə qrupu gələn il keçiriləcək prezident seçkilərində klanın maraqlarını təmin etmək üçün çaba göstərir
gundemxeber.az Ötən günlərdə «Milyarderlər İttifaqı» ilə bağlı xəbər yayımlamışdıq. Bildirmişdik ki, prosesin Kreml tərəfindən hazırlandığı və yekun hədəfin İlham Rəhimlinin baş nazir gətirilməsi olduğuna dair iddialar var. Daxil olan məlumatda vurğulanırdı ki, son günlər İlham Rəhimliyə qarşı Rəsul Quliyevə yaxın mətbuat orqanlarının kampaniya aparması isə heç də səbəbsiz olmayıb. Bu barədə aldığımız məlumatda deyilir ki, Quliyevin Rəhimliyə qarşı əks təbliğata başlaması razılaşdırılmış planın tərkib hissəsidir. Mənbə iddia edir ki, sabiq spikerin siyasətə yenidən qatılması hakimiyyətdəki Naxçıvan klanının dəstəyi və razılığı əsasında mümkünləşib. İddiaya görə, Quliyevin radikal çıxışları da razılaşdırılmış oyunun tərkib hissəsidir. Məqsəd Azərbaycanda gələn il keçiriləcək prezident seçkilərində klanın maraqlarını təmin etmək və bunun üçün gərəkən addımların atılmasına yardımçı olmaqdır. İlham Rəhimli ilə bağlı məsələyə gəldikdə isə mənbə bildirir ki, hakimiyyətdəki Naxçıvan klanı onun baş nazir ola biləcəyi xəbərini eşitdikdən sonra ciddi narazılıq keçirməyə başlayıb. Bunun qarşısını almaq və onun haqqında mənfi rəyi yaratmaq məqsədi ilə Rəsul Quliyevi dövriyyəyə buraxıblar. Bu həm də ona görə nəzərdə tutulub ki, Quliyevlə Rəhimli arasında bir zamanlar yaxşı münasibətlər olub. Hətta sonuncu dəfə guya, İlham Rəhimli Rəsul Quliyevi Putinlə görüşdürmək üçün danışıqlar apardığı barədə məlumatlar da yayılmışdı və görüntü olaraq, bu görüşün baş tutmamasını bəhanə edən Rəsul Quliyev də ona qarşı kampaniya başladıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?