GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Yeni nəqliyyat oliqarxı- Hafiz Məmmədov

Yeni nəqliyyat oliqarxı- Hafiz Məmmədov

Tarix: 15-06-2013, 13:59 Bölmə :Manşet Baxış: 1 949
Yeni nəqliyyat oliqarxı- Hafiz Məmmədov
Ziya Məmmədovun daha bir iri şirkəti «Hafka»nin nəzarətinə keçib; Nəqliyyat Nazirliyinin 2008-ci ildə ölkəyə idxal edilən sərnişin avtobuslarını özəlləşdirməyə başlamasının ilginc səbəbləri; Büdcədən talanan pullar
Məlum olduğu kimi, Nəqliyyat Nazirliyi 2008-ci ildə ölkəyə idxal edilən sərnişin avtobuslarını özəlləşdirməyə başlayır. Birinci mərhələdə hərraca MAN (10 ədəd) və MAZ (5) markalı 15 avtobus çıxarılıb. MAN Lions Classic A 74 avtobusları 76 879 manata təklif edilir. Belarusun MAZ-203067 avtobusları 70 223 manata təklif edilir. Əmlak Məsələləri Dövlət Komitəsindən Turan-a bildiriblər ki, əmlakı satışa çıxarmaq balans sahibinin hüququdur. «Görünür, avtobuslar mənəvi cəhətdən köhnəldiyi üçün satışa qoyulub», deyə ƏMDK-də bildiriblər.
Cəmi 4-5 il əvvəl alınan bu avtobuslar niyə belə tez köhnəldi?
Əlbəttə, hər bir dövlət qurumu, öz balansındakı əmlakla bağlı qərar verə bilər. Ancaq bu heç də həmin təşkilata, onun rəhbərinə dövlət vəsaiti hesabına alınan əmlakdan istədiyi kimi istifadə etmək hüququ vermir. Eyni zamanda hər bir dövlət qurumu müəyyən bir əmlakı alarkən onun səmərəliliyini nəzərə almalı, büdcə vəsaitinin lazımsız yerlərə xərclənməməsinə çalışmalıdır.
Azərbaycanda, əlbəttə bu məsələlər ən sonda diqqətə alınır. Dövlət qurumlarının rəhbərləri başçılıq etdiyi təşkilatın balansındakı əmlakın alınması, satılması, istifadəsi ilə bağlı qərar verərkən ilk öncə öz şəxsi maraqlarını, ciblərini fikirləşirlər. Nəqliyyat Nazirliyinin, onun tabeçiliyindəki qurumların rəhbərləri də bu cür düşüncədən uzaq deyillər. Elə avtobuslarla bağlı yaranmış vəziyyətin də başlıca səbəbi budur.
Qeyd edək ki, Nəqliyyat Nazirliyindəki mənbələrdən bununla bağlı «AzPolitika.info»ya ilginc məlumatlar daxil olub. Həmin məlumatlara əsaslanaraq deyə bilərik ki, nazir Ziya Məmmədov avtobusları özəlləşdirməyə çıxarmaq məcburiyyətində buraxılıb. Bunun səbəbi haqda bir qədr sonra məlumat verəcəyik. Ancaq əvvəlcə bəzi məsələlərə aydınlıq gətirməyi vacib hesab edirik.
Avtobusların köhnəldiyi üçün satışa qoyulması haqda deyilənlər yanlışdir. Əvvəla, cəmi 5 il əvvəl alınan bu avtobusların belə qısa müddətdə köhnəlməsi sual doğurur. Xüsusən də Almaniyadan çox yüksək qiymətə alınan «MAN» atobuslarının. Hansı ki, şirkət bu avtobusların uzunmüddətli istismarına zəmanət verir. İkincisi, mənəvi cəhətdən köhnəlmiş belə avtobusların satışa çıxarılmasının özü də məntiqsizdir. Çünki bu avtobuslar yalnız sərnişindaşıma üçün yararlıdır. Nazirliyin köhnəldiyi üçün satışa çıxardığı bu avtobusları hansı şirkət və niyə alıb yenidən istismara buraxmalıdır? Özü də belə yüksək qiymətə?
Qeyd edək ki, ƏMDK-dən verilən məlumatda birinci mərhələdə hərraca çıxarılan avtobusların sayı haqda məlumat verilib. Bu isə o deməkdir ki, digər avtobuslar növbəti mərhələlərdə satışa çıxarılacaq. Avtobusların tam sayı haqda isə nə ƏMDK, nə də Nəqliyyat Nazirliyi məlumat verir.
Bir avtobusa 250 min dollar - çox deyilmi?
Nəqliyyat Nazirliyindəki mənbəmizin dediyinə görə, 2008-2009-cu illərdə dövlət büdcəsinin hesabına 600-dən artıq avtobus alınıb. Onlardan təxminən 550-si üç qapılı iri avtobuslardır ki, Nəqliyyat Nazirliyi tərəfindən hərraca çıxarılan da belələridir. Ancaq onların nə qədərinin həraca çıxarılacağı haqda mənbəmizdə dəqiq məlumat yoxdur. Zatən bunların hərracda satıla biləcəyi də şübhə doğurur.
Baxmayaq ki, Nəqliyyat Nazirliyi avtobusları aldığı (daha dəqiqi rəsmiləşdirdiyi -müəl.) qiymətdən xeyli aşağı qiymətə təklif edir. Belə ki, yuxarıda məlumat verildiyi kimi, nazirlik Almaniya istehsalı olan MAN Lions Classic A 74 avtobuslarını 76 879 manata, Belarusun MAZ-203067 avtobuslarını isə 70 223 manata təklif edir. Hərracda bu qiymətlərin bir qədər də aşağı salınacağı istisna deyil.
Ancaq cəmi 4-5 il öncə Nəqliyyat Nazirliyi bu avtobuslar üçün büdcədən külli miqdarda vəsait sərf edib. Belə ki, dövlət vəsaiti hesabına Almaniyanın «MAN», Koreyanın «DAEWOO» və Belarusun «MAZ» avtobusları alınıb. Hərəsindən nə qədər alındığı haqda nazirlik tərəfindən dəqiq məlumat açıqlanmayb. Nəqliyyat Nazirliyindəki mənbələrdən verilən məlumata görə isə, alınan iri tutumlu avtobusların əksəriyyəti Koreyanın «DAEWOO« şirkətinə məxsusdur. İkinci yerdə Almaniyanın «MAN» şirkətinin istehsalı olan avtobuslar dayanır. Hələ bu avtobuslar gətirilən dövrdə verilən məlumatda bildirilirdi ki, Bakıya iritutumlu 250 “DAEWOO” və 200 ədəd “MAN” gətirilib. Bu avtobusların alınmasına isə dövlət büdcəsindən təxminən 82 milyon dollar xərcləndiyini bəyan edilmişdi.
O ki qaldı dövlət xətti ilə Belarusdan gətirilən «MAZ»lara, onlarla bağlı da anlaşılmaz məqamlar var. Məsələn, söhbət etdiyimiz mütəxəssislərin sözlərinə görə, bu avtobuslar o qədər keyfiyyətsiz çıxıb ki, hökumət onlardan cəmi 20-ni almaqla kifayətlənib. Anlaşılmazlıq isə yalnız Nəqliyyat Nazirliyinin büdcə vəsaitini keyfiyyətsiz avtobuslara xərcləməsində deyil. Həm də bu avtobusların qiymətlərindədir. Belə ki, Nəqliyyat Nazirliyi rəsmiləri «MAN» markalı avtobusların birinin 250 min dollara, «DAEWOO» markalı iritutumlu avtobusların birinin 156 min dollara, «MAZ»lar isə birinin 139 min dollar başa gəldiyin açıqlayıblar.
Nəqliyyat Nazirliyi Almaniyadan işlənmiş avtobusları gətirib?
Elə daha aşağı keyfiyyətli Belarusdan gətirilən «MAZ»ların hər birinin gömrükdə Nəqliyyat Nazirliyinin iddia etdiyi kimi 139 min dollara rəsmiləşdirilməsi də düşündürücüdür. Sual olunur: Əgər avtobusların qiyməti gömrükdə aşağı salınıbsa, niyə «MAZ»larınkı azaldılmayıb? Bu sualın dəqiq cavabı, əlbəttə Nəqliyyat Nazirliyinin və Gömrük Komitəsinin rəsmilərinə məlumdur. Ancaq ehtimal etmək olar ki, Belarus şirkəti ilə məsələ «yerində həll olunub». Yəni, razılaşdırılaraq qiymətlər yüsək yazılıb.
Ancaq Almaniya və Koreya şirkətləri ilə isə belə razılq əldə olunmadığından, onların qiymətlərini idxal sənədlərində yüksək göstərmək mümkün olmayıb. Belədə Almaniya və Koreya avtobuslarının Belarusdan gətirilən avtobusdan necə aşağı qiymətə olması sual ortaya çıxır. Axı dövlət rəsmisi özü də qeyd edirdi ki, alman maşınları ən bahalılarıdır. Bununla bağlı onu qeyd etmək olar ki, əvvəla Belarusdan gətirilən «MAZ»ların qiymətinin yerində «razılaşdırılaraq» xeyli şişirdildiyi ehtimal olunur. İkincisi, bəzi mənbələrin iddiasına görə, Nəqliyyat Nazirliyi tərəfindən Almaniyadan yeni adı altında gətirilən avtobuslarin əksəriyyəti əslində işlənmiş olub. Onlar həmin şirkətdə rekanstruksiya olunaraq Azərbaycana gətirilib. Qiymətdə fərq də bununla izah olunur...
İstismara buraxıldıqdan az sonra sürücülərin yeni adı ilə onlara verilən avtobusların normal işləməməsindən şikayətlənməsi də bununla bağlanırdı. Hansı ki, sürücülər yeni avtobusların əyləc sisteminin normal işləmədiyini xüsusilə vurğulayırdılar. Avtobusar yeni gətirilən zaman tez-tez baş verən qəzalar da bununla bağlanırdı.
Bunan əlavə 139 min dollara alındığı iddia edilən Belarus «MAZ»ları 70 min manata (təxminən 90 min dollara) hərraca cıxarıldığı halda, bunda az qala iki dəfə baha alınan Almaniya «MAN»larının cəmi 76 min manata ( təxminən 97 min dollara ) hərraca çıxarılması da ortada ciddi maxinasiyanın olduğundan xəbər verir. Söhbət 10 milyonlarla manatın mənimsənilməsindən gedir...
«Transqeyt» şirkəti də Hafiz Məmmədovun nəzarətinə keçib!
İndi isə qayıdaq əsas suala: Ziya Məmmədov nədən bu avtobusları adığı və ya rəsmiləşdirdiyi qiymətdən dəfələrlə aşağı qiymətə satmaq istəyir? Bununla bağlı mənbənin bizə verdiyi məlumatlar ilgincdir. İlk növbədə qeyd edək ki, dövlətin xəttilə gətirilən 550-yə yaxın üç qapılı iri avtobus, o cümlədən «MAN»lar və «MAZ»lar Ziya Məmmədovun oğlunun nəzarətində olan «Transqeyt» şirkətinin istismarına verilib. Kiçik bir hissəsini isə «M-Trans» işlədib.
Yəni şirkət sürücülərdən güdəlik plan yığıb, əvəzində dövlətə müəyyən miqdarda vəsait ödəyib. Bu ödəmələrin miqdarı, ümumiyyətlə ödənilib-ödənilmədiyi barədə məlumatımız yoxdu. Ancaq o məlumdur ki, bu avtobusların hər birindən gündəlik 160-200 manat plan toplanıb. Bu isə «Transqeyt» şirkətinin yanız dövlətin xəttilə gətirilən avtobusların istismarından hər il 30 milyon manata yaxın qazanc götürməsini söyləməyə əsas verir. Maraqlıdır ki, ötən ilin avqust ayında Ziya Məmmədov belə yüksək qazancla işləyən bir şirkəti - «TRANSQEYT»i könə biznes şəriki, «Hafka» kimi tanınan Hafiz Məmmədovun adina dövr edib. (Bu xəbər gizli saxlanılıb-müəll)
Ziya Məmmədov «Bank of Azərbaycan»dakı payı ilə yanaşı «Transqeyt» şirkətini də Hafiz Məmmədovun adına keçirmək (və ya satmaq-müəl.) məcburiyyətində qalıb. Ona görə «məcburiyyətində qalıb» deyirik ki, nazirin ailə biznesinə daxil olan bu təsisatlar - istər «Transqeyt», istərsə də «Bank of Azərbaycan» yüksək gəlirlə işləyirdi. «Transqeyt» şirkəti paytaxtın marşrut bazarının böyük hissəsinə nəzarət edirdi. Şirkətin 40-a yaxın marşrutda 800-dən artıq avtobusunun işlədiyi bildirilir. 100 faiz gəlirlə işləyən şirkəti isə insanlar yalnız məcburiyyət qarşısında qaldıqda satırlar.
Nəqliyyat sektoru niyə addım-addım Ziya Məmmədovdan alınıb, köhnə şərikinin nəzarətinə verilir?
Hörmətli nazirimizi buna məcbur edən səbəbi dəqiq bilməsək də, Ziya Məmmədovun son vaxtlar «Hafka»nın adına keçirdiyi biznes subyektlərinin bunlarla yekunlaşmadığı məlumdur. Bundan əvvəl məlumat verdiyimiz kimi, dəmir yolunda əsas gəlir mənbəyi olan yükdaşımalarla bağlı maliyyə əməliyyatlarını həyata keçirən “Transoil” MMC də Hafiz Məmmədovun adına keçirilib. Hansı ki, Ziya Məmmədovun ailə şirkəti hesab olunan “Transoil” MMC-nin illik gəliri 100 milyonlarla manatla ölçülür.
Eyni zamanda nəqliyyat sektorunda fəaliyyət göstərən bir çox şirkət və MMC-lərin də Ziya Məmmədovdan alınaraq, «Hafka»nın nəzarətinə verildiyi bildirilir. Bu haqda saytımızda məlumat verildiyindən, təkrarlamırıq. Bütün bunlar isə nəqliyyat sektorunun addım-addım Ziya Məmmədovdan alınaraq, Hafiz Məmmədovun nəzarətinə verildiyini göstərir. Mənbəmiz bunun səbəbini nəqliyyat sektorunda yığılan pulların «it-bata» düşməsi ilə əlaqələndirir. Onun iddiasına görə, Hafiz Məmmədova bu sahədə «səliqə-sahman» yaratmaq tapşırılıb. Elə şəhər nəqliyyatında həyata keçirilən islahatlar, marşrutların sayının azaldılması da bununla bağlanır.

Hafiz Məmmədov iritutumlubu avtobusları Ziya Məmmədova qaytarıb
Mənbənin sözlərinə görə, «Transqeyt» «Hafka»nın nəzarətinə keçdikdən sonra, şirkətdə ciddi yoxlamalar aparılıb, rəhbərlikdə və alt qatda müəyyən dəyişikliklər edilib. Mənbənin iddiasına görə, Ziya Məmmədovun dövlət xəttilə alınan və ötən illər ərzində «Transqeyt»in istismarında olan avtobusları satışa çıxarması da şirkətin Hafiz Məmmədovun nəzarətinə keçməsi ilə bağlıdır. Bunun dəqiq səbəbini bilməsə də iki ehtimal irəli sürür.
Birinci ehtimal odur ki, şirkət ötən illər ərzində dövlət xəttilə alınan avtobusların istismarından xeyli gəlir əldə etsə də, dövlətə cüzi ödənişlər həyata keçirib. Yəni, avtobuslara yönəldilən vəsait geri qayıtmayıb. Həmin avtobusların alınmasından 5 il ötdüyündən ola bilsin Maliyyə Nazirliyi dövlətin bu istiqamətdə sərf etdiyi vəsaitin qaytarılmasını tələb edir. «Transqeyt»in yeni sahibi isə bunu veməkdən imtina etdiyindən, Ziya Məmmədov həmin avtobusları satışa çıxarmaq məcburiyyətində qalıb. İkinci ehtimal odur ki, «Transqeyt»də müəyyən dəyişikliklər edən Hafiz Məmmədov iritutumlu bu avtobusları şəhər nəqliyyatında işlətməyi məqsədəuyğun hesab etmir.
Qeyd edək ki, mütəxəssislər və sürücülər də belə avtobusların əsasən, uzaq məsafələrə sərnişin daşımaq üçün nəzərdə tutulduğunu bildirirlər. Bu avtobusların Bakı kimi sıx və küçələri dar olan şəhərlərə yaramadığı qeyd olunur. Çünki yollar dar olduğundan onların dönməsində problemlər ortaya çıxır. Eyni zamanda “tormoz” sistemi çox ağır işlədiyindən hərəkətin intensiv olduğu Bakı kimi şəhərdə onları tez-tez saxlamaq problem yaradır, qəzalara səbəb olur. Ona görə də, Hafiz Məmmədovun bu avtobusları istismardan çıxararaq Nəqliyyt Nazirliyinə geri qaytarması da inandırıcı ehtimaldır.
Elə qeyd olunan səbəblərdən nazirliyin bu avtobusları hərraclarda sata biləcəyi də mümkünsüz sayılır. Bu isə yəqin ki, nə Ziya Məmmədovu, nə də Hafiz Məmmədovu o qədər də maraqlandırmır. Çünki batan dövlətin puludu.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ölkəyə yeni sərnişin avtobusları gətiriləcək

    Ölkəyə yeni sərnişin avtobusları gətiriləcək ...

    18-08-2014, 10:24

  • 
  • İndi də Ziya Məmmədovun avtobusları “avtoşluq” edir

    İndi də Ziya Məmmədovun avtobusları “avtoşluq” ...

    10-04-2014, 10:24

  • 
  • Ziya Məmmədovu kimlər vurur?

    Ziya Məmmədovu kimlər vurur? ...

    17-04-2014, 10:16

  • 
  • Ziya Məmmədovun yeni maxinasiyası aşkarlandı

    Ziya Məmmədovun yeni maxinasiyası aşkarlandı ...

    10-12-2012, 13:28

  • 
  • Çağırışçıların daşınması üçün yeni avtobuslar alındı- FOTO

    Çağırışçıların daşınması üçün yeni avtobuslar ...

    11-02-2014, 14:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu