Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçıların daşınması məqsədilə 30 ədəd yeni sərnişin avtobusu alıb.
AzNews.az-ın məlumatına görə, bu gün Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun iştirakı ilə "Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi" MMC-nin Sabunçu rayon filialında həmin avtobuslara baxış keçirilib.
Bildirilib ki, hər biri 28 yerlik olan "OTOKAR" TEMPO markalı bu sərnişin avtobusları şəhərdaxili və şəhərlərarası daşımalarda istifadə oluna bilər. Avtobuslar kondisioner və audio-radio sistemi ilə təchiz olunub.
Arzu Rəhimov bildirib ki, bu yeni texnikalar çağırışçıların rahat şəkildə daşınması və hərbi hissələrə çatdırılmasına imkan verəcək.
Qeyd edək ki, bu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından sonra çağırışçıların daşınması üçün alınan ilk yeni texnika partiyasıdır.
Sorğu
Yeni dizaynımız necədir?