GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Fazil Məmmədova qarşı qaçqın üsyanı

Fazil Məmmədova qarşı qaçqın üsyanı

Tarix: 18-06-2013, 03:53 Bölmə :Manşet Baxış: 744
Fazil Məmmədova qarşı qaçqın üsyanı
Köçkün obyektlərində “kassa qiyamı” başlayır; Yayın gəlişi vergi əməkdaşları ilə köçkünləri üz-üzə qoyub
Yayın gəlişi Bakı çimərliklərindəki bütün obyektlər kimi Novxanıdakı məcburi köçkünlərə məxsus xırda obyektlərdə də ticari həyatın canlanmasına səbəb olub. Lakin sezon hazırlıqlarını həyata keçirən obyektlər fəaliyyətə başlayar-başlamaz ciddi problemlə üzləşiblər. Əraziyə baxış keçirən Vergilər Nazirliyinin əməkdaşları məcburi köçkünlərə bildirib ki, bundan sonra ictimai iaşə obyektləri kimi fəaliyyət göstərmək üçün kassa aparatı almalı, etdikləri ticarətə görə əlaqədar nazirliyə mütəmadi vergi ödəməlidirlər. Vergilər Naziliyinin məlum tələbi bununla bitmir. Ərazidəki məlum obyektlərin 1992-ci ildən inşa edildiyini bildirən vergi əməkdaşları iddia edir ki, məcburi kökünlər təxminən 20 il bundan öncəki vergiləri də ödəməlidirlər.
Vergi əməkdaşlarının bu tələbi isə məcburi köçkünlər tərəfindən absurt açıqlama kimi qarşılanmaqdadır. Onların ərazidə məskunlaşmasına eks-prezident Heydər Əliyevin razılıq verdiyini bildirən köçkünlərin sözlərinə görə, məcburi köçkünlərdən 20 illik vergi tələb etmək nə qanuni, nə də məntiqi baxımdan doğru deyil: “Bu ərazilər bizə 1992-ci ildə mərhum Heydər Əliyev tərəfindən dolanışığımızı təmin etmək məqsədilə verilib. Buna görə də 20 ildir ki, bu obyektləri inzibati basqı olmadan rahat şəkildə idarə etmişik. Lakin Binəqədi rayon vergi əməkdaşlarının sözlərindən bəlli olur ki, biz 20 illik vergini ödəməliyik. Başqa sözlə desək, Heydər Əliyevin zamanında bizdən alınmayan pulları verməliyik ki, məsələyə belə yanaşmanı özümüzə qarşı ədalətsiz münasibət kimi qiymətləndiririk. Biz vergi verməkdən imtina etmək və ya bundan hər hansı bir formada yayınmaq niyyətində deyilik. Lakin hesab edirikm ki, bizdən ötən illərin vergisini tələb etmək doğru deyil. Ən azı ona görə ki, biz bugünə qədər bu obyektləri H.Əliyevin bizə verdiyi xüsusi yetki əsasında idarə etmişik və o zaman bizdən heç bir vergi tələb olunmayıb. İkincisi, əgər ötən illərin də vergisini ödəməli idiksə, niyə bunca müddət ərzində bizə bununla bağlı hər hansı bir xəbərdarlıq olunmayıb? Niyə əlaqədar qurumlar buna göz yumub və niyə indi bizi 20 illik yük altında qoyurlar?”.
Sahibkarların bildirdiyinə görə, əgər ötən illərin vergilərinin ödənilməsi məsələsi şərt kimi irəli sürülsə, onda bir çox obyekt sahibi iflas etmiş olacaq: “Əgər 20 il ərzində yığılıb qalan vergilərin ödənilməsi məsələsi aktuallaşsa və bu sahibkarların qarşısına şərt kimi qoyulsa, o zaman obyekt sahiblərinin böyük əksəriyyəti öz fəaliyyətinə xitam vermiş olacaq. Çünki bunca illər ərzində yığılan pulları bir andaca ödəmək mümkün deyil. Bundan başqa, bu cür münasibət sahibkarları əlaqədar dövlət qurumları və Prezident Administrasiyası qarşısında aksiyalar həyata keçirməyə də vadar edəcək. Biz hökumətdən tələb edəcəyik ki, bu problemi ədalətli şəkildə həll etsin”.
Vətəndaşların bildirdiyinə görə, vergi məmurlarının gəlişinin tamam başqa məqsədi də ola bilər ki, bu da bəzi məmurların çimərlik ərazisini ələ keçirmək istəyi ilə bağlıdır: “Bizə çatan məlumatlara görə, bəzi məmurlar dənizkənarl ərazini ələ keçirmək, bizim qamış və taxtadan inşa etdiyimiz xırda obyektlərin yerində daş və qranitdən nəhəng kafe və restoranlar inşa etdirmək istəyir. Lakin ərazidəki obyektlərin məcburi köçkünlərə məxsus olması onların öz arzusunu həyata keçirməsini əngəlləyir. Ola bilsin ki, həmin məmurlar məcburi köçkünlərin ərazidən uzaqlaşdırılmasını zorakı üsullarla həyata keçirməkdən ehtiyat edir və düşünür ki, bu, proseslərin arzuedilməz məcrada inkişafına səbəb ola bilər. Buna görə də, onlar problemi daha incə və “qanuni” şəkildə həll etməyə qərar veriblər və belə hesab edirlər ki, bunun üçün ən yaxşı yol vergi mexanizmini işə salmaqdır. Məhz buna görə də onlar vergi məmurlarını obyektlərə yollayır, onların vergi ödənişi ilə bağlı problemini süni şəkildə qabardaraq fəaliyyətlərinə xitam verməyə çalışırlar”.
Məcburi köçkünlərin məlumatına görə, artıq onların sağ və sol tərəflərindəki bütün yerlər iri məmurlar tərəfindəın zəbt edilib və artıq bu ərazidə bir-birindən dəbdəbəli kafe və restoranlar fəaliyyət göstərməkdədir: “Bizim sağ və sol tərəfimizdəki bütün ərazilər bir çox məmurlar tərəfindən zəbt olunub və həmin ərazidə bahalı restoranlar fəaliyyət göstərməkdədir. Lakin görünür məcburi köçkünlərin hələ də dəniz sahilində müəyyən qədər ərazini öz əlində saxlaması bəzi şəxsləri narahat edir və onlar mühüm strateji nöqtədəki “zəif halqanı” qırmaqla bu əraziləri də öz əllərinə almağa çalışırlar. Belə davam edərsə, yəqin ki, bir-iki ildən sonra bu ərazilər də əlimizdən alınacaq və bizim qamış obyektlərimizin üzərində qranitdən inşa edilən məmurlara məxsus möhtəşəm restoranlar ucalacaqdır”.
Kassa aparatları ilə təminata gəlincə, məcburi köçkünlər bunu daha çox əlaqədar qurumların onlara təzyiqi kimi qiymətləndirlər: “Dəniz sahilindəki bu obyektlər il uzunu deyil, sadəcə ilin 3 ayı ərzində fəaliyyət göstərir. Bu obyektlərin fəaliyyətinin havadan birbaşa asılı olduğunu nəzər alsaq, buradakı ictimai iaşə obyektləri üst-üstə ən yaxşı halda iki ay normal fəaliyyət göstərir. Bu cür zəif və davasız obyektlər üçün 250 manat məbləğində kassa aparatı almaq heç də asan deyil. Əgər əlaqədar nazirlik hesab edirsə ki, il boyu iki aylıq sezonu gözləyən məcburi köçkünlər məhz bahalı kassa aparatı ilə fəaliyyət göstərməlidir, o zaman həmin aparatların bizə kreditlə verilməsini təmin etsin. Əks təqdirdə, ərazidə çalışan xırda obyektlərin böyük bir qismi bu tələbi yerinə yetirə bilməyəcək, cərimələnən və bu cərimələri ödəyə bilməyən şəxslərin sayı artacaqdır. Bu isə nəticə etibari ilə sosial narazılığı gücləndirəcək, mövcud durumu bir qədər də gərginləşdirəcəkdir”.
Ilqar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda məcburi köçkünlər aksiya keçirir

    Bakıda məcburi köçkünlər aksiya keçirir ...

    20-08-2013, 15:08

  • 
  • Fazil Məmmədovun yeni kassa aparatları əməliyyatı

    Fazil Məmmədovun yeni kassa aparatları əməliyyatı ...

    8-12-2012, 10:45

  • 
  • Məcburi köçkünlər yolu bağladı

    Məcburi köçkünlər yolu bağladı ...

    25-06-2013, 13:14

  • 
  • Göyçayda məcburi köçkünlər yolu bağlayıblar

    Göyçayda məcburi köçkünlər yolu bağlayıblar ...

    17-06-2013, 13:14

  • 
  • Vergilər Nazirliyində təmizlənmə

    Vergilər Nazirliyində təmizlənmə ...

    16-01-2013, 10:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu