GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İsmət Abbasovun «avropalı inəklər» biznesi

İsmət Abbasovun «avropalı inəklər» biznesi

Tarix: 18-06-2013, 04:03 Bölmə :Manşet Baxış: 1 054
İsmət Abbasovun «avropalı inəklər» biznesi
Nazirin dövlətə vurduğu ziyanın dəyəri milyonlarla ölçülür
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda müəyyənləşdirilmiş tapşırıqların icrası ilə əlaqədar müasir texnologiyaların tətbiqinə əsaslanan infrastruktur sahələri, yeni istehsal, emal müəssisələri yaradılır.
Bu məqsədlə 14350 başlıq südlük və 3000 başlıq ətlik istiqamətli 13 heyvandarlıq kompleksinin yaradılmasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək 54 milyon manat güzəştli kredit verilib. Güzəştli kreditlər hesabına həyata keçirilən belə layihələrdən biri də Bərdə rayonunun Mehdili kəndində yerləşən “Qarabağ Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Cəmiyyətin tərkibinə tutumu 5 min ton olan soyuducu anbar, ət kəsimi fabriki, 2200 başlıq südlük və 2000 başlıq ətlik istiqamətli heyvandarlıq kompleksi daxildir.
Bu günlərdə Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə “Qarabağ Aqrar Sənaye Kompleksi” MMC-yə Macarıstandan yüksək genetik xüsusiyyətlərə malik, 200 baş südlük Holşteyn cinsindən olan damazlıq inəklər, 200 baş ətlik Şharole, Limuzin və Smental cinsindən olan danalar gətirilib. Növbəti mərhələdə əlavə 900 baş Simental cinsli damazlıq inəklərin gətirilməsi planlaşdırılır. İlin sonuna qədər kompleksə Macarıstandan gətirilən cins danaların sayı 10 minə çatdırılacaq. Bu isə Azərbaycana son illərdə gətirilən damazlıq heyvanlar üçün 31 milyon manta büdcə vəsaitinin xərclənməsi deməkdir.
Bu rəsmi bir informasiyadır. İnformasiyadan da görünür ki, Azərbaycan inək idxalı üçün milyonlarla manat vəsait xərcləyib. Lakin nəticələr heç də xərclənən dövlət vəsaitlərinə adekvat deyil. Və bu informasiyada İqtisadi İnkişaf nazirliyinin advı keçsə də əslində sahə birbaşa olaraq Kənd Təsərrüfatı Nazirliyinə aiddir. Azərbaycanın yerli mediası dəfələrlə inək idxalının dövlətin büdcə pullarının faktiki olaraq talanı kimi faktlarla sübut edən yazılar ortaya qoymasına baxmayaraq hələ də, nazirlik bu siyasəti davam etdirir. Bir neçə gün əvvəl ölkə mediasında yer alan bu informasiyanı incələmək üçün kiçik bir araşdırma apardıq. Ortada olan faktlar ən azı kənd təsərrüfatı nazirinin istefaya getməsinə belə kifayət edər.
Rəsmi məlumatlara görə, 2015-ci ilə qədər ölkədə süd və süd məhsullarının istehsalının 2.5 milyon tona çatması əsas hədəf kimi götürülüb. Hökumət bu məqsədə aparan yolu heyvandarlığın tərkibini xarici cins heyvanların hesabına yaxşılaşdırmaqda görüb. Ölkəyə damazlıq heyvanlar «Aqrolizinq»in xətti ilə idxal edilir. Bunun üçün lazım olan maliyyə isə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan ayrılıb. 2009-cu ildən 2013-cü ilin cari dövrünə qədər «xarici» heyvanlar üçün ayrılan vəsait artan xətt üzrə gedib. Elə alınan heyvanların sayı da. Büdcə hesabına hökumət bu hədəfə yaxınlaşıbmı? Ayrılan vəsait yetərlidirmi və səmərəli xərclənirmi? Üstəlik, ortada effektiv nəticə varmı?
Rəsmi məlumatlarda bildirilir ki, «Aqrolizinq» ASC-nin xətti ilə ölkəyə 2009-cu ildən indiyə kimi 4500-ə yaxın damazlıq dişi heyvan gətirilib. Bu heyvanlar 200-dən çox iri və kiçik fermer təsərrüfatına verilib. Kimisi beş-on heyvan alıb, kimisi yüzdən çox. Heyvanın dəyərinin 50 faizi büdcə hesabına ödənilir, fermer isə yerdə qalan hissənin yarısını ilkin ödəniş kimi verir, yarısını da 3 il ərzində qaytarmalıdır. «Aqrolizinq»dən deyirlər ki, şərt bununla bitmir. Yəni, könlündən damazlıq heyvan keçən fermerin özünün əkin sahəsi olmalıdır. Gətirilən inəyin saxlanacağı tövlədə hər şərait yaradılmalıdır: normaya uyğun nəmlik, işıqlandırma, tavanın hündürlüyü, heyvanların çimizdirilməsi, sağımı üçün yer, qaşovu, sərt gigiyenik qaydalar... Bir sözlə, tövlə cins inəyə bir növ Avropanı xatırlatmalıdır ki, heyvan məhsuldar süd verə bilsin.
Əldə edə bildiyimiz daha doğrusu Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər də göstərir ki, süd emalı ilə bağlı olaraq artım var. Lakin artımlar dövlət proqramına uyğun deyil. Tərs mütənasibliyin də səbəbi kifayət qədər sadədir. İdxal edilən heyvanlar kütləvi şəkildə tələf olurlar. Səbəbi isə odur ki, Azərbaycanda «Aqrolizinq» in xətti ilə sahibkarlara inəklər verilir. Lakin sahibkarlar paralel olaraq fermer təsərrüfatlarını qurmaq üçün Sahibkarlığa Kömək Milli Fondundan kredit ala bilmirlər. Bununla da «Aqrolizinq»dən alınan mallar tələf olur və nəticə etibarilə də fermerlər borcluya çevrilirlər. Və bu faktı billə-bilə dövlət qarşısında məsələ qaldırmayan nazir İsmət Abbasov da özünün xeyrinə məharətlə istifadə edir.
Redaksiyamıza müraciət edən sahibkarlar bildirirlər ki, əslində fermerlər inəkləri öləndən sonra «Aqrolizinq»lə gizli sövdələşməyə də gedirlər. Bu da rüşvət faktorunun işə yaramasına səbəb olur. Maraqlıdır ki, bu sahədə əslində ortada olan bir sıra məqamlar hələ ki, aradan qaldırılmayıb. Sahibkarlar deyirlər ki, Azərbaycana bu qədər inəyin idxal edilməsi üçün xərclənən milyonlarla manat vəsaiti yaxşı olardı ki, yerli südçülük təsərrüfatlarının inkişafına xərcləməklə daha böyük nəticələr əldə edilsin.
Fakt odur ki, alınan damazlıq heyvanın ölkədəki mal-qaranın ümumi sayında payı cüzidir. Buna görə ümumi süd istehsalında damazlıq heyvanın payını görmək çətindir. Qeyd edək ki, Azərbaycanda əhalinin illik 3 milyon 200 min ton süd və süd məhsullarına tələbatı var. Ərzaq Proqramında yalnız 2015-ci il hədəfi göstərilib. Bəs 2009-cu və sonrakı illər üçün hədəf neçə ton olub? Proqramın yerinə yetirilməsi üzrə Kənd Təsərrüfatı Nazirliyinin illik hesabatlarında süd istehsalının həcmi barədə söz açılmır. Əvəzində nazirlik 2013-cu ildəki hesabatında ölkədə ət və süd istehsalının artımına ciddi təsir edən bəzi bitkilərin əkilmədiyini bildirib.
Nazirlik fermerlərə müxtəlif bitki növlərinin əkilməsi üçün subsidiyaların verilməsini təklif edir. 2011-ci ildəki hesabatda da süd istehsalı ilə bağlı təxminən bu məzmunda «etiraf» və «təklif» oxuyuruq. Nazirlik təəssüflənir ki, hələ də südlük heyvanlar tam balanslaşdırılmış yemlə qidalanmır. Yenə də rəqəmlərin dili ilə desək, 2008-ci ildə ölkədə bir inək və camış təqribən 1100 litr süd verib. Ötən il isə məhsuldarlıq 1135 litrə çatıb. (Latviya, Estoniya və Almaniyada bir inəyin məhsuldarlığı 5000-7000 litr olub).
Statistikaya əsasən, süd istehsalına görə Azərbaycan nəinki Qərb ölkələrindən, hətta 12 MDB ölkəsi arasında da axırıncı yerlədən birini tutur. Bütün bu faktlar bir daha onu göstərir ki, əslində Azərbaycanın kənd təsərrüfatı sektoru üçün yatırılan investitsiyalar rentabelli deyil. Bu sadəcə olaraq kimlərinsə, şəxsi mənfəət əldə etməsi üçün kifayət qədər əlverişli sayıla bilər.
Apardığımız araşdırmalar zamanı məlum olub ki, əslində Azərbaycana gətirilən inəklərin coğrafi olaraq yaşadığı mühit, onların Azərbaycanın iqliminə uyğunlaşması da nəzərə alınmır. Məsələn ölkəni ərazisində 9 iqlim qurşağı var və idxal edilən inəklər də gətirildikləri ölkələrin iqliminə uyğun olaraq Azərbaycanın regionlarına paylanmalıdır. Lakin bəzən elə olur ki, idxal edilən inəklər mülayim suptropik iqlimdə yaşadıqları ölkədən gətirilib Azərbaycanda sərt isti-quru iqlimi olan Aran rayonlarındakı fermerlərə verilir. Nəticə etibarilə tələf olan inəklərin sayı üzrə statistik göstəricilər ilbəil artır.
Hətta kifayət qədər mühim olan bir iddiayaya əsasən idxal edilən heyvanların tələf olması üzrə statistik göstəricilər də məlum şəxsi əlaqələr səbəbindən bəzən gizlədilir. Rəsmi uçot üzrə büdcə vəsaitləri ilə idxal olunan inəklərin ölməsi faktı gizlədilir və əvəzində onların yerinə yerli hyevanlar qoyulur. Nədən ki, dövlət proqrammı üzrə nəzərdə tutulan süd tədarükü üzrə göstəricilərin azalması faktına görə heç kim nəzarət həyata keçirmir. Yəni süd tədarükü üzrə gözləntilər yerinə yetiroilməsə belə inək idxalı davam edir.
Eyni zamanda ət tədarükü üzrə də göstəricilərdə son 3 ildə gözəçarpacaq dərəcədə artım müşahidə olunmayıb. Məsələn 2010-cü illə müqayisədə 2013-cü ilin ilk birinci rübündə ət tədarükündə nəinki artım qeydə alınmayıb, hətta 3 faizə qədər azalma da müşahidə olunur. 2012-ci ilin qış aylarında isə Azərbaycanda faktiki olaraq ət tədarükü əskin azaldığından qiymətlər 6 manatdan 8 manata qədər artdı. Bu artımın isə qarşısını almaq mümkün olmadı.
Böhranlı tendensiya hələ də davam edir. Buna baxmayaraq ölkəyə idxal edilən inəklərlə bağlı olaraq büdcə vəsaitlərinin israfı 2015-ci ilə qədər davam edəcək. Çox maraqlıdır ki, Dövlət Gömrük Komitəsinin açıqladığı statistik rəqəmlərdə də son iki ildə Azərbaycana ət idxalı ilə bağlı olaraq artımın müşahidə edildiyi söylənilir. İdxalçı ölkələr arasında isə qonşu Gürcüstan daha böyük paya sahibdir. Eyni zamanda Gürcüstan Avropadan cins inəklər idxal etmir və bu ölkədə ətin qiyməti Azərbaycan manatı ilə 4 manat 50 qəpikdən yüksək deyil. Deməli kimlərsə şəxsi maraqlarını təmin etmək üçün fermerlərə daha az faizlə, uzunmüddətli kreditlər verib bu sahəni inkişaf etdirməkdə maraqlı deyillər.
Elmar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıya 188 milyondan artıq kredit ayrılıb

    Bakıya 188 milyondan artıq kredit ayrılıb ...

    24-12-2013, 00:54

  • 
  • 200 milyon hara gedib?

    200 milyon hara gedib? ...

    10-10-2014, 13:47

  • 
  • Milyonlar Alan Sahibkarlar Kimlərdir?

    Milyonlar Alan Sahibkarlar Kimlərdir? ...

    13-11-2013, 14:19

  • 
  • Sahibkarlar adına böyük talan

    Sahibkarlar adına böyük talan ...

    6-05-2013, 23:39

  • 
  • Sahibkarlığa kömək adiyla talanan milyonlar

    Sahibkarlığa kömək adiyla talanan milyonlar ...

    27-01-2013, 12:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu