GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycandan çıxarılan milyardlar

Azərbaycandan çıxarılan milyardlar

Tarix: 19-06-2013, 00:47 Bölmə :Manşet Baxış: 3 916
Azərbaycandan çıxarılan milyardlar

Ölkədən çıxarılıb offşor zonalara apardığı 48 milyard dolların «sahibləri» məlum oldu

Offşor zonalarda, o cümlədən Britaniyanın Vircin, Kuk adalarında qeydiyyatdan keçmiş şirkətlər haqda yeni məlumatlar yayılıb. Qeyd edək ki, Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (ICIJ) topladığı sənədlər əsasında yaratdığı məlumat bazasında sözügedən şirkətlər və onların sahibləri haqda bilgilər öz əksini tapıb.
Bu haqda məlumat verən «Azadlıq» qəzetinin məlumatına görə, ICIJ-nin offşor şirkətlərlə bağlı bu ilin aprelində birinci mərhələdə açıqladığı məlumatlarda Azərbaycanın yüksək vəzifəli şəxslərinin, o cümlədən dövlət başçısı Ilham Əliyev və ailə üzvlərinə məxsus şirkətlər barədə bilgilər yayılmışdı. Budəfəki siyahıda 30-dan artıq azərbaycanlının adı yer alıb. Məsələn, Elnarə Hüseynova, Sofiya Məmmədova, Orxan Nağıyev, Ayaz Kərimov, Teymur Teymurov, Elmar Əhmədov, Emin Yusifov, Adil Gözəlov, Adəm Əliyev, Fəxrəddin Ismayılov, Nəsib Həsənov, Fərizə Kərimova, Elçin Məmmədov, Gündüz Süleymanov, Murad Babayev, Nəsib Piriyev, Samirə Seyidməmmədova, Yelena Ağamoğlanova, Alxas Əsgərov, Turan Ismayilov, Akif Həsənov, Telman Əhmədov, Rauf Həsənov, Olqa Şərifova, Viktor Yeliseyev, Cavanşir Şirəliyev, Rasim Imanov, Namiq Məmmədov, Zaur Sadıqov, Denis Yesipenko, Fuad Seyidəliyev, Arif Azərrəhimov, Anar Abdullayev.
Əslində, arxasında iri məmurların dayandığı şirkətlərin ya onların yaxınlarının, ya da hər hansı sadə vətəndaşın adına qeydiyyatdan keçirilməsi halları Azərbaycan təcrübəsində kifayət qədər çox olub. Bu mənada şübhə yoxdur ki, ilk baxışdan yuxarıda qeyd etdiyimiz adlar tanış gəlməsə də, onların təmsil etdiyi şirkətlərin bir çoxunun yüksək vəzifəli məmurlarla yaxından-uzaqdan əlaqəsi var.
Elə siyahı açıqlanandan sonra qısa müddətdə apardığımız kiçik bir araşdırma da deyilənləri sübut etdi. Barəsində məlumat yayılan şirkətlərdən birilə nəqliyyat naziri Ziya Məmmədovun bağlılığı üzə çıxdı.
Yuxarıda adlarını çəkdiyimiz şirkət rəhbərləri sırasında Emil Rafael adlı şəxs də var. Onun adına iki şirkət qeydiyyatdan keçib. Bunlardan biri “Trans-European Leasing Group Ltd.”dir. Bu şirkət 2006-cı ilin fevralında qeydiyyatdan keçib. Onun qeydiyyatdan keçməsində vasitəçi şirkət isə Riqadan “Lotus Holding Company Limited” olub.
Emil Rafaelin adına olan ikinci şirkət isə “Montgomery Industries Ltd.”dir. Bu şirkətin səhmdarlarından biri “ZQAN Holdinq”dir. “ZQAN Holdinq” isə nəqliyyat naziri Ziya Məmmədova məxsusdur. “ZQAN Holdinq” 2006-cı ilin fevralından “Montgomery Industries Ltd.”nin səhmdarıdır. Barəsində məlumat açıqlanan digər şirkətlərin gerçək sahiblərini üzə çıxarmaq üçün bu istiqamətdə araşdırmaları davam etdirəcəyik. Onu da əlavə edək ki, öz növbəsində ICIJ də offşor zonalardakı şirkətlər və onların sahibləri barədə məlumatların yayımını davam etdirəcək.
Bu yaxınlarda Dövlət Dillər Universitetinin rektoru, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun ofşor zonada qeydiyyatdan keçmiş şirkəti aşkarlandığı hqda məlumat yayıldı. Şirkətin adı “DorTexResurs” şirkətidir. Şirkətin baş ofisinın Moskva şəhəri, Savvinski döngəsi, ev 2-4-6-da yerləşdiyi bildirilir. Şirkətin baş direktoru, iqtisadi elmlər namizədi Azər Əsgər oğlu Muradovdur. O həm də şirkətin Direktorlar Şurasının üzvüdür. Şirkətin e-mail ünvanı belə adlanır: [email protected].
Şirkətin Bakı ofisi də fəaliyyət göstərir. Bakı ofisinin meneceri Mehriban Muradovadır. Ofis Park İNN otelində (keçmiş “Azərbaycan mehmanxanası”) fəaliyyət göstərir. Şirkət əsasən elektron biznes əməliyyatlarının, beynəlxalq valyuta bazarında nağdsız əməliyyatların təşkili ilə məşğul olur, dövriyyəsi on milyonlarla ölçülür.
Qeyd edək ki, ofşor şirkət deyərkən, vergidən tamam və ya qismən azad, eləcə də az nəzarət yetirilən zonalarda yaradılan şirkətlər nəzərdə tutulur. Burada qanunvericilik həm şirkətin təsisçilərini, həm də maliyyə mənbələrini gizlətməyə imkan verir. Beynəlxalq hesabatlarda maliyyəsi narkotikdən, silah alverindən və qanunsuz gəlirlərin yuyulub «ağlanmasından» əldə edilən şirkətlərin məhz ofşor zonalarda qeydiyyatdan keçdiyi bildirilir.
Adi vətəndaşlar rahatlıqla ofşor şirkətlər aça bilər və bunda qanunsuz heç nə yoxdur. Amma vəzifəli şəxslərin biznes qurması ciddi qanun pozuntusudur. 2008-ci ildə «Böyük 20»liyin sammitində dünyada iqtisadi böhranın səbəblərdən biri kimi məhz ofşor şirkətlər göstərilib. Beynəlxalq ictimaiyyət bu şirkətlərlə əməkdaşlıq etməməyə çağırılıb.
Onu da xatırladaq ki, Britaniya parlamentinin himayəsiylə 2003-cü ildə yaradılan və mərkəzi ofisi Londonda yerləşən “Tax Justice Network” (“Ədalətli Vergi Sistemi”) qeyri-hökumət təşkilatı “The Price of Offshore Revisited” (“Ofşor zonaların qiyməti”) adlı hesabatını açıqlayıb. Hesabatın keçmiş sovet, indiki MDB ölkələrindən bəhs edən hissəsində Azərbaycanla başlı şok məlumat yer alıb. Sənəddə 1993-2010-cu illər aralışında MDB ölkələrindən offşor zonalara ümumilikdə 1,1 trilyon dollar çıxarıldışı qeyd olunub.
Təşkilatın araşdırmalarından sonra məlum olub ki, 1993-2010-cü illərdə MDB ölkələri arasında ən az pul Qırşızıstandan çıxarılıb. Bu ölkədən ofşor zonalara ötürülən pulun miqdarı 0,9 milyard dollar olub. Keçmiş sovet ölkələrindən ofşor zonalara ötürülən pulun miqdarına görə Rusiya birinci yeri tutur. Şimal qonşumuzdan 17 il ərzində 798 milyard dollar pul ofşor zonalara daşınıb. Ikinci yerdə isə Ukrayna dayanır. Bu ölkədən çıxarılan pulun miqdarı 167 milyard dollardır.
“Tax Justice Network” təşkilatının hesabatında bildirilir ki, Qafqaz və Mərkəzi Asiya ölkələri arasında 1993-2010-cu illərdə ən çox pul Azərbaycan və Qazaxıstandan çıxarılıb. Nazarbayevin rəhbərlik etdiyi ölkədən ofşor zonalara 138 milyard dollar daşınıb. Özbəkistandan 23, enerji ehtiyatları ilə zəngin Türkmənistandan 3,4, Tacikistandan 2,4 milyard dollar çıxarılıb.
Azərbaycanın yerləşdiyi Qafqaz regionundan çıxarılan pulun miqdarına görə ölkəmiz rekord göstərici ilə birinci yerdədir. Hesabatda deyilir ki, 1993-2010-cu illər aralışında Azərbaycandan ofşor zonalara 48 milyard dollar pul ötürülüb. Bu rəqəm Ermənistanla müqayisədə 23, Gürcüstanla müqayisədə isə 18 dəfə çoxdur. Belə ki, Ermənistandan 17 il ərzində ofşor zonalara 2,2 milyard, Gürcüstandan isə 4,1 milyard dollar daşınıb.

Murad Məmmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mahmudovun oğlunun ortağı... offşordakı şirkətlər, London malikanələri

    Mahmudovun oğlunun ortağı... offşordakı ...

    1-04-2016, 00:02

  • 
  • Nazirin deputat qardaşının Panamada şirkəti üzə çıxdı - (Fotofakt)

    Nazirin deputat qardaşının Panamada şirkəti üzə ...

    18-09-2013, 16:40

  • 
  • İlham Əliyev Azərbaycanın TAP-a pul qoymayacağını açıqladı

    İlham Əliyev Azərbaycanın TAP-a pul qoymayacağını ...

    23-01-2014, 16:52

  • 
  • “Qərb offşorlar vasitəsilə Azərbaycanı talayır...”

    “Qərb offşorlar vasitəsilə Azərbaycanı talayır...” ...

    16-05-2014, 10:37

  • 
  • 10 İldə 17 Milyard Pul Çıxarılıb

    10 İldə 17 Milyard Pul Çıxarılıb ...

    12-01-2014, 02:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu