Prezidenti İlham Əliyev Davos forumunda bildirib ki, Azərbaycanın Transadriatik Qaz Kəməri (TAP) layihəsinə investisiya yatırmaq niyyəti yoxdur.
Virtualaz.org saytı xəbər verir ki, İlham Əliyev TAP layihəsinin hansı mənbələrdən maliyyələşəcəyinin hələ məlum olmadığını deyib.
TAP Azərbaycan qazının Avropaya nəqli üçün razılaşdırılmış dəhlizin bir hissəsidir. “Şahdəniz-2” qazı TANAP kəməri ilə Azərbaycandan Türkiyəyə, bu ölkədən sonra isə TAP vasitəsilə İtaliyanın cənubuna nəql ediləcək.
“Hələ TAP layihəsinin maliyyələşmə mənbələri haqda danışmaq tezdir. Yəqin ki, şirkətlər maliyyələşdirəcək. Bu barədə qərar qəbul olunmayıb” - deyə İlham Əliyev bildirib.
Prezident Əliyev “Azərbaycan TAP-ın maliyyələşdirilməsində iştirak etməyi planlaşdırırmı” sualına “hələ yox” cavabını verib.
TAP-ın səhmdarları BP, ARDNŞ, Belçikanın “Fluxys”, Fransanın “Total”, Almaniyanın “E.ON Ruhrgas” və İsveçrənin “Axpo” şirkətləridir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?