GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan siyasətinin kardinalı-Ramiz Mehdiyev

Azərbaycan siyasətinin kardinalı-Ramiz Mehdiyev

Tarix: 12-12-2012, 12:05 Bölmə :Manşet Baxış: 860
Azərbaycan siyasətinin kardinalı-Ramiz Mehdiyev
Siyasi intiriqalar istası, yoxsa yorulmuş məmur?

gundemxeber.az Onu hakimiyyətin ideoloqlarının ən nəhəngi kimi təqdim edirlər. Özünəməxsus xüsusiyyətləri ilə də çox seçilir. Belə ki, yuxarıdan verilən tapşırıqlara punktual yanaşır və hər vəchlə onu yerinə yetirməyə çalışır. O, öhdəsindən gələ bilmədiyi işləri belə dövlət başçısına «həyata keçirdim» kimi qələmə verməyi bacarır. Müxalif düşərgə təmsilçiləri onun barədə : «qəddar adamdır»- deyir. Sadə vətəndaşlar isə fikirləşir ki, Azərbaycanda onu yıxa biləcək qüvvə yoxdur. Götürdüyü hədəfə heç vaxt boş atəş açmayan bu şəxs rəqiblərinin ən zəif tərəflərinə ciddi, ölümcül zərbələr endirmək bacarığına malikdir. Kifayət qədər tədbirlidir və intriqalar meydanında zərgər dəqiqliyi ilə işləyir. Karyerasının toxunulmazlığı üçün kimi istəsən qurban verər. Yəqin ki, söhbətin kimdən getdiyini anladınız - Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev.
Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra formalaşdırdığı komandada səlahiyyət sahibi etdiyi şəxslərdən biri də məhz cənab Mehdiyevdir. O, əvvəllər ümumi şöbənin müdiri, sonra isə Prezidentin İcra Aparatının rəhbəri vəzifəsinə təyin olunur. Deyilənə görə, prezident Heydər Əliyevin kritik anlarında etimadı doğrultmayanlardan biri də Ramiz Mehdiyev olub. Onda sual oluna bilər ki, necə ola bilir ki, Heydər Əliyevə etibarlı olmayan adam yüksək posta yiyələnə bilib? Qeyd etmək lazımdır ki, Ramiz Mehdiyev Heydər Əliyevə qarşı aparılan kompaniyalarda birbaşa iştirak etmir, özünü hadisələrə kənardan müşahidəçi qismində göstərirdi. Onun hakim komandada təmsil olunmaq üçün hər cür metodlara əl atdığı da hamıya bəllidir.

Rusiya qəzetindən Ramiz Mehdiyevə şok ittiham

1995-ci ilin oktyabr ayında «Rossiyskiy fermer» qəzetində «Bir dəfə satılmış» adlı məqalədə Ramiz Mehdiyev Heydər Əliyevi satmış şəxs kimi ittiham olunurdu. Qəzet yazırdı: «Vətənin taleyinə biganə qalmayan ziyalılar ağsaqqal sözünə, müdrik məsləhətinə ehtiyac duyurdu. Bu məqsədlə 1992-ci ilin 2-ci yarısında görkəmli ziyalılar o vaxt Naxçıvan Muxtar respublikası Ali Məclisinin sədri işləyən Heydər Əliyevə müraciət qəbul etdilər. Həmin müraciətə Elmlər Akademiyasının bir qrup ziyalısı da imza atmışdı. O vaxtlar həmin müraciətə imza atması üçün Ramiz Mehdiyevə də müraciət etdilər. Ramiz Mehdiyevin cavabı bu oldu: «Mən Əliyevlərlə çoxdan qurtarmışam. Sizə də bu işləri məsləhət görmürəm. O, siyasi meyitdir. Dirilməsi mümkün deyil. Bu işdən ümumiyyətlə əl götürün».
Doğrusu Rusiya qəzetində Ramiz Mehdiyev haqqında yazılanlara şərh vermək istəməzdik. Çünki həmin məqalənin davamında Rusiya qəzeti Ramiz Mehdiyevə daha böyük ittihamlar edir və bizlər bu ittihamların nə qədər doğru olub olmamasını deyə bilmərik. Sadəcə 1995-ci ilin oktyabr ayında Rusiyada nəşr olunan «Rossiyskiy fermer» qəzetndə Ramiz Mehdiyevə ithaf olunmuş məqaləni onu oxumayanların nəzərinə çatdırırıq. Adı çəkilən qəzet daha sonra yazır: «Ramiz Mehdiyev Ayaz Mütəllibova yollar axtarmaq üçün bütün vasitələrə əl atıb.»

R.Mehdiyev H.Əliyevin qəbuluna niyə getmədi?

Bu gün çoxları R.Mehdiyevi siyasi həyatda çox da müdaxilə etməyən, yalnız sırf idarəçiliklə məşğul olan məmur kimi tanıyır, YAP-a qədərki dövrdə onun digər partiyanın yaradıcısı olmasını bəlkə də ağıllarına belə gətirmirlər. Ancaq hadisələr son 5-6 ildə cərəyan etdiyindən onun bu fəaliyyətini bilməmək, unutmaq mümkün deyil. O günlərin canlı şahidləri indi də siyasi həyatdadırlar. Azərbaycan Kommunist Partiyasının sədri Ramiz Əhmədovun xatirələrində bununla bağlı maraqlı məlumatlar var:
- Ramiz Mehdiyev təşkilat konfransı 1993-cü ilin əvvəllərində keçirilən Azərbaycan Sosial Ədalət Partiyasının yaradıcısıdır. Sol siyasi orientasiya götürən bu partiyanın təşkilində mən də ona kömək etmişəm. Lakin bununla paralel mən Kommunist Partiyasının bərpası ilə məşğul idim. Buna görə də bizim yollarımız tezliklə ayrıldı. 1993-cü ilin noyabrında AKP-nin bərpa-təsis qurultayı keçirildi, bundan sonra Sosial Ədalət Partiyasının üzvlərinin əksəriyyəti AKP-yə keçdi və o partiya daha fəaliyyət gösətərə bilmədi.
AKP-nin sədri R.Mehdiyevə H.Əliyevlə görüşməyi, onu Bakıya dəvət etməyi tövsiyyə edib: «R.Mehdiyevə H.Əliyevlə görüşüb bəzi məsələləri onunla məsləhətləşməyi, razılıq verərsə onun rəhbərliyi altında vahid xalq partiyası yaratmağı məsləhət gördüm. Ramiz Mehdiyev isə mənimlə razılaşdı. Lakin o, nədənsə Naxçıvana gedib H. Əliyevlə görüşməyi dəfələrlə təxirə saldı...» Nəzərə alaq ki,həmin dövrdə hakimiyyətdə AXC idi.
1990-cı ildə İgidliyə görə medalı ilə təltif olunan Hacı Məmmədovun hesabına Qarabulağı tanımayan yoxdur. Bu medal da həmin ildə yaranıb və ilk olaraq Hacı Məmmədova verilib. Qarabulaqda çox izlər açılıb,açılmamış qalanlar da var. Məsələn, bir-birinin yanında inşa edilmiş villalar. Onları müxtəlif şəxslərin adlarına çıxırlar. Bu villalardan birinin Ramiz Mehdiyevin olması söylənilsə də, bizlər buna inanmırıq. Çünki onun belə cinayət ocağında villaya ehtiyacı yoxdur. Xatırladaq ki, R.Mehdiyevin Bakı ətrafında və ya Xəzər dənizinin sahilində yerləşən kəndlərdə gözəl imarətləri çoxdur.

Mehdiyevin səlahiyyətləri və...

Bizlər əgər Ramiz müəllimin 1997-ci ilə qədərki mövqelərinə nəzər salsaq, gərərik ki, onun haqqında sadə bir təqdimat vermək kifayətdir. Hakim dairədən ötürülən məlumatlara əsasən yazılan və ictimayyət arasında gəzən söz-söhbətlər onu deməyə əsas verir ki, indi iqtidarda onun sözünün qarşısında bir kimsə qalıbsa,o da prezidentdir. Ramiz Mehdiyev Azərbaycanda prezidentdən başqa heç kimə tabə olmur, geç kimə hesabat vermir, çoxlarından isə bunu tələb edir. Onun portret cizgilərini yaratmaq zahirən asan görünsə də, kifayət qədər çətindir. Azərbaycandakı bütün vəzifə sahibləri həm vəzifəyə təyin olunanda, həm də vəzifədən çıxarılanda onun qılıncının altından keçir. Akademik Mehdiyev çox danışmağı da sevmir. Ziddiyyətli mülahizələri, siyasi mövqeydə yerdəyişmələri, indiki və keçmiş hakimiyyətdə, dünənki və bugünkü münasibətlərdə fərqli meylləri, ziddiyyətləri də çoxlarına məlumdur. Özünə arxayınlığı ifrat dərəcədədir. Lakin bu arxayınlıq son zamanlar deyəsən fiaskoya uğrayır. Əgər xatırlayırsınızsa, Heydər Əliyev Mərkəzinə Ramiz Mehdiyevin gedəcəyi gözlənilirdi. Lakin gözlənilənlərin əksi oldu. Yorulmuş məmurun yerinə gənc kadr gətirildi. Deyilənə görə, daxili narahatçılıq son zamanlar onu qarabaqara izləyir. Məmurlar arasında onun üzünə gülüb, sevməyənlər də çoxluq təşkil edir. Mənbə Ramiz Mehdiyevi Tikinti qladeatoru da adlandırır. Deyilənə görə Bəy Mamedin bəylik etməsinə də şəraiti məhz Ramiz Mehdiyev yaradır.

Regionçuluq və...

Azərbaycan cəmiyyəti, xüsusən də onun yüksək təbəqəsi sağalmaz xəstəliyə düçar olub - yerlibazlığa. Bu xəstəliyin sağalma ehtimalı sıfra bərabərdir. Gərək ki, həmin xəstəliyin daşıyıcısı olan məmurlar dezinfeksiya və vaksinikasiya olsunlar. İlk öncə idarələrdə, daha sonra nazirliklərdə və dövlətə məxsus şirkətlərdə özünə yer alan yerlibazlıq sonradan öz simasını dəyişdi. Tibbi xarakteristika versək, adi soyuqdəymə tuperklyoz xəstəliyinə gətirib çıxartdı. İndi hakim dairələrdə Bakı, Naxçıvan, Qərbi Azərbaycan, Şirvan və s. qruplaşmalar arasında narazılıqlar o qədər geniş vüsət alır ki, bu KİV vasitəsilə birinin digərini ittihan etmək səviyyəsinə qədər qalxır. Belə bir vəziyyətdə ilk növbədə yada düşən Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevdir. Çünki o, bu komandada çoxdandır və eyni zamanda hakim ideologiyanın baş icraçısıdır. Qruplararsı təbliğat savaşı, birinin digərinə üstün gəlməsindən çox, hakim komandanın mövqeyinə zərbə vurur. Bu səbəbdən də həmin qruplaşma üzvlərinin susdurulması və hakim komandanın monolitliyi üçün vahid ideologiyaya xidmət göstətilməsinə məcbur edilməsi tələb olunur. Bu işi isə ilk növbədə ideologiyanın baş icraçısı həyata keçirməlidir. Lakin qruplararası mübarizəni «bir nağıl» adlandırdı. Görəsən cənab Mehdiyevin o zamanlar bunu nağıl adlandırması nə ilə bağlı idi? Onu tanıyanlar deyirlər ki, hər şeyin qarşısını vaxtında və şərait olanda almağa adətkar olmuş Mehdiyev yalnız iki səbəbdən reallığı nağıl kimi qələmə verə bilərdi. Bunlardan biri budur ki, Mehdiyevin hakimiyyət daxilindəki qruplaşmadan hər hansı birinə gücü çatmır. 2-ci səbəb isə Mehdiyev özünün də belə qalmaqallı vəziyyətin yaranmasında maraqlı olmasıdır. Kim nə deyirsə desin,ramiz Mehdiyev artıq müasir tələblərə cavab verən kadr sayıla bilməz. Çünki o, artıq yorulub, özü də lap çox.
P.S. Bildiyimiz kimi Cənab Mehdiyev korrupsiyaya qarşı mübarizə idarəsinə rəhbərlik edir. Odur ki, ona bir sual ünvanlamaq istəyirəm. Ramiz müəllim, 2005-ci ilin payız ayında yüksək çinli məmurlarımızdan biri uşaq evlərinin birindən 15 yaşlı əlil uşağı götürüb özü ilə Almaniyanın «Charite» klinikasına apararaq, onun orqanını özünə 330 min evroya transplantasiya etdirmiş, Almaniyadan tək qayıtmış, həmin uşağın taleyi mücərrəd qalmışdır. O vaxtdan indiyədək ildə iki dəfə həmin məmur «Charite» klinikasına gedərək trasplantasiya olunmuş orqanın vəziyyətini yoxladır, bunun üçün küllü miqdarda pul xərcləyir. Siz korrupsiyaya qarşı mübarizə aparan bir şəxs kimi həmin məmurun 330 nin evronu haradan almasını araşdıra bilərsinizmi? Bir də, həmin 15 yaşlı oğlan uşağının taleyinin necə olduğunu araşdıra bilərsinizmi? Çünki biz həmin uşağın öldüyünü eşitmişik.

Alim
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dövlət kanalına Ramiz Mehdiyev qadağası gəldi

    Dövlət kanalına Ramiz Mehdiyev qadağası gəldi ...

    7-02-2013, 10:41

  • 
  • Ramiz Mehdiyev AMEA-ya prezident gətilir?

    Ramiz Mehdiyev AMEA-ya prezident gətilir? ...

    13-02-2013, 10:49

  • 
  • Ramiz Mehdiyev icra başçılarını Bakıya toplayır

    Ramiz Mehdiyev icra başçılarını Bakıya toplayır ...

    20-10-2014, 14:30

  • 
  • İSMƏT ABBASOVUN ƏTRAFINDA ŞOK HADİSƏLƏR

    İSMƏT ABBASOVUN ƏTRAFINDA ŞOK HADİSƏLƏR ...

    1-05-2013, 01:55

  • 
  • Ramiz Mehdiyev Elşad Abdullayevi kimin xahişi ilə qəbul edib?

    Ramiz Mehdiyev Elşad Abdullayevi kimin xahişi ilə ...

    13-12-2012, 11:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu