GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycandakı vəhabi şəbəkəsinin sirri

Azərbaycandakı vəhabi şəbəkəsinin sirri

Tarix: 12-12-2012, 12:11 Bölmə :Manşet Baxış: 2 604
Azərbaycandakı vəhabi şəbəkəsinin sirri

«Qara taun» un bunca vüsət almasının səbəbləri «Gündəm xəbər»də

gundemxeber.az Son illər Azərbaycanda qara taun kimi xarakterizə edilən vəhabi təşkilatının öz sıralarını sürətlə genişləndirməsi müşahidə edilməkdədir. Ictimai həyatın demək olar ki, bütün sahələrində gözə çarpan, öz məxsusi geyim tərzləri ilə diqqət çəkən bu təriqətin nümayəndələrinin sayının sürətlə artması, məlum şəbəkənin ciddi təşkilati və ideoloji əsaslara malik olduğunu isbatlayır. redaksiyamızın apardığı araşdrıma ictimai və inzibati basqı fonunda vəhabi təşkilatının bunca inkişafı və tərəqqisinin səbəbləri ilə bağlı ilginc həqiqətləri üzə çıxardıb. Vəhabi şəbəkəsinin yaşam və mübarizə sirrinin açarı olan bu həqiqətlərin bir qisimini nəzərinizə çatdırırıq.

Vəhabi imperiyasının birinci sütunu - pul!

Araşdırmamız nəticəsində bəlli olub ki, vəhabi təşkilatının ayaqda qalmasına səbəb olan ən başlıca amil pul faktoru və bu faktordan bacarıqlı istifadədir. Əsasən xarici ölkələrdəki bəlli mərkəzlərdən maliyyələşən Azərbaycandakı vəhabi təşkilatı öz sıralarını genişləndirmək, habelə sistem daxilindəki mövcud əlaqələri qoruyub saxlamaq üçün pul amilindən uğurla istifadə etməkdədir. Vəhabi çətiri altına sığınan hər kəs birmənalı olaraq minimal maddi və məişət ehtiyaclarından azad olacağına əmin ola bilər. Bu imperiya insanların daxili dünyasını pul hesabına ələ keçirməyə hesablanıb. Özünü vəhabi təşkilatına həvalə edən insanlar öz mənəvi dünyalarını vəhabiliyin gerçək İslamla uzlaşmayan qaydalarına təslim etmək hesabına maddi problemləri ilə vidalaşır, öz sosial həyatlarını nəzərəçarpacaq dərəcədə yüksəldirlər. Vəhabi təşkilatı üçün hər bir yeni insan yonulub düzəldilməsi gərəkən xammal rolunu oynayır. Bu xammala sahib olmaq üçün bəlli məbləğdə pul ayırmaq, müəyyən problemlərinin həllinə yardım etmək lazımdır. Bundan sonra həmin xammaldan görmək istədiyiniz insanı düzəldə, ona istədiyiniz kimi yön və ideya verə bilərsiniz. Və əmin ola bilərsiniz ki, bu sistemə daxil olan, bu sistemin yazılan və yazılmayan qanunları ilə tanış olan hər kəs sonsuza kimi bu sistemdən qopa bilməyəcək, bu və ya digər dərəcədə özünü məlum sistemdən asılı vəziyyətdə hiss edəcəkdir.

Bütün qardaşlıqların ən üstünü - din qardaşlığı!

Pul vəhabi imperiyasının yaşamını təmin edən başlıca amil olsa da, bu sistemdə insanlarla ideoloji iş də yetərincə yüksək səviyyədə qurulub. İnsanları sırf maddi maraqların əsirinə çevirməmək, onları bir tək bu bağla özlərinə bağlamamaq üçün onlarda müəyyən dəyər və anlayışlara rəğbət oyatmağı zəruri hesab edən vəhabi ideoloqları, bu üsulla insanların vəhabi şəbəkəsinə bağlılığını möhkəmləndirməyə nail olurlar. Quruma yeni cəlb edilən insanları şəbəkəyə ideoloji baxımdan bağlamaq üçün onlara psixoloji baxımdan təsir göstərən ideoloqlar, yeni üzvlərə güvən və mübarizlik aşılayır. Şəbəkəyə yeni daxil olan insanlar elə ilk andan özlərini qalın qala divarları arxasında hiss edir, ətrafdakı insanların onların hər bir probleminə təmənnasiz olaraq yardım etməyə hazır olduğunu hiss edirlər. Vəhabi ideoloqları digər şəbəkə üzvlərinin köməyi ilə yeni təşkilat üzvünə əməli olaraq başa salır ki, onlar tək deyillər və ən çətin situasiyada belə öz «din qardaşlarının» yardımına ümid bəsləyə bilərlər. Vəhabi ideoloqları onların bayrağı altında birləşən insanların inamını qazanmaq, hərəkətlərini yönləndirmək üçün İslam dininindəki anlayışlardan da bacarıqlı istifadə edir, təşkilat üzvlərinə bütün qardaşlıqların ən üstünü din qardaşlığıdır fikrini təlqin edirlər. Ideoloqlar təşkilat üzvlərinin beyninə yeridirlər ki, onların əsl ailələri ətraflarında gördükləri insanlardır və bu insanların hər birinin yaşadığı sevinc və kədərdən onlara da pay düşür. Buna görə də onlar bir-birlərinin problem və uğuruna biganə qalmamalı, mümkün qədər bu problem və sevincə şərik çıxmalıdırlar. Bir-birlərinin xeyir və şər mərasimlərində cani-dildən iştirak edən vəhabilər hətta onların təşkilatına daxil olmayan insanlara belə öz birgəlikləri ilə cəlbedici bir mesak vermiş olur. Bu əməli mesajın səsli təsnifatı isə budur - «bizə gəlin, bizimlə öz tənhalıq və köməksizliyinizi unudacaqsınız!»

Vəhabi ordeninində siyah piramida qaydası

Araşdırmamız nəticəsində o da məlum olub ki, vəhabi ordeninində insanları təşkilata cəlb etmək üçün müxtəlif üsul və vasitələrdən istifadə edilir ki, bunlardan da biri piramida üsuludur. Bugünə qədər müxtəlif dərman şirkətlərində tətbiq edilən bu üsul ictimai rəydə fırıldaqçılığın əsas modellərindən biri hesab edilsə də, məlum qayda vəhabi təşkilatında yetərincə dəqiq və dürüst bir şəkildə həyata keçirilir. Bu sistemin mahiyyəti isə sadədir. Belə ki, vəhabi təşkilatında təmsil olunan hər hansı bir şəxs bu quruma özündən başqa daha iki nəfər insanı cəlb edə bilirsə, o zaman rəhbərlik tərəfindən həmin şəxsə xüsusi maaş təsis edilir və bu maaş yeni insanların quruma cəlb edilməsi ilə getdikcə artır. Təşkilata daha çox insan cəlb edən şəxslər xüsusi ictimai aktivli şəxslər kimi müəyən zamandan sonra rəhbərlik tərəfindən daha səxavətlə mükafatlandırılır və onlar ümumi rəhbərlik tərəfindən müəyyən qrup və ərazi üzrə səlahiyyətli şəxs elan edilirlər. Bu isə maddi baxımdan tam təminat deməkdir. Odur ki, vəhabi təriqətinə tapınan insanlar çox zaman digər ailə üzvləri və birinci dərəcəli yaxınlarını da təşkilata üzv etdirməyə çalışır, bununla da piramida sisteminin onlara vəd etdiyi maddi yardımdan yararlanmağa çalışırlar. Vəhabi orderi tərəfindən ailəlikcə bu sistemə tapınanlara daha çox etimad bəslənilir ki, bu da həmin şəxslərin təşkilata daha sədaqətlə qulluq edəcəyi ehtimalı ilə bağlıdır.


Vəhabi ordenindən ölkənin siyasi və inzibati sistemini çalxalayacaq qərar


Vəhabi təriqəti və bu təşkilatın Azərbaycanda tətbiq etdiyi fəaliyyət üsulu ilə bağlı apardığımız araşdırma nəticəsində üzə çıxan ilginc məqamlardan biri də vəhabi ordeninin onu ən çox ələ verən məsələ ilə bağlı aldığı qərardan ibarətdir. Özəl mənbələrin köməyi ilə apardığımız araşdırma nəticəsində bəlli olub ki, vəhabi orderi ona ünvanlanan inzibati basqıları azaltmaq, habelə öz üzvlərinin müdafiəsini daha yaxşı təşkil etmək, vəhabi ideyalarının daha geniş dairələrdə yayılmasını təmin etmək üçün ilginc bir qərara imza atıb. Bu qərar yüksək təhsilə malik olan və ya ölkənin hərbi-siyasi qurumlarında təmsil olunan vəhabilərin vəhabiliyin tanıtım vəsiqəsi hesab edilən saqqal saxlamaqdan azad edilməsidir. Vəhabi təriqətinə məxsus insanların daha çox saxladıqları saqqala görə diqqət çəkdiyini nəzərə alan order rəhbərliyi, qurum üzvü olan təhsilli və perspektivli şəxslərin dövlət qurumlarında yerləşdirilməsi və fəaliyyətini daha yaxşı təmin etmək üçün onları saqqal saxlamaq məcburiyyətindən azad edib. Orden rəhbərliyi bu insanlara əlavə imtiyazlar da tanıyıb. Həmin şəxslərə bildirilib ki, onlar «dinin yaşaması naminə» saqqal saxlamamlı, öz kimliklərini büruzə verməməli, lazım gələrsə özlərini vəhabililiyin və bütövlükdə dinin düşməni kimi qələmə verməlidirlər. Bir sözlə, onlar özlərini qorumalı, kimsənin onların de-şifrə etməsinə imkan yaratmamalıdırlar. Belə olarsa, onlar dövlət qurumlarına, xüsusilə də vaxtaşırı olaraq radikal vəhabilərə qarşı reydlər həyata keçirən güc orqanlarına yol tapa, bu sistemdə önəmli postlara sahib ola bilərlər ki, «bu da digər din qardaşlarının qorunması baxımından vacibdir». Bütövlükdə, vəhabi ordeninin aldığı bu qərar gənc, təhsilli, perspektivli vəhabilərin ölkənin siyasi və güc strukturlarına gətirilməsinə, önəmli dövlətlər postlarının sivil yolla ələ keçirilməsinə xidmət edir.

Azərbaycan yeni dini-ideoloji savaş astanasında


Proseslərin bu şəkildə inkişafı vəhabi ordeninin yerində sayan bir təşkilat olmadığını, əksinə daim hərəkətdə olan, öz dinamikliyi ilə diqqət çəkən bir qurum olduğunu isbatlayır. Baş verənlər təsdiqləyir ki, vəhabi orderi nəinki ona ünvanlanan təzyiq və təqiblər qarşısında zəifləmir, əksinə özünümüdafiə məqsədi ilə yeni taktikalar sərgiləyir ki, bu da onun mübarizə əzminin yüksək olduğundan xəbər verir. Vəhabi təşkilatının təhsilli kadrlarla bağlı aldığı qərarların hüquq-mühafizə orqanlarının işini xeyli dərəcədə çətinləşdirəcəyi, ictimai sayıqlığı önəmli miqyasda azaldacağı da məlum həqiqətlərdən biridir. Ən acı gerçəklərdən biri isə Azərbaycan ictimaiyyətinin yeni bir dini-ideoloji savaşın astanasında olması ilə bağlıdır. Azərbaycanda dini tolerantlıqla bağlı azadlıqlardan bəzi radikal dini qruplaşmaların, o cümlədən vəhabi təriqətinin sui-istifadə etməsi, maddi və sosial problemlərin, fərdi və ictimai həyatdakı ümidsizliyin artması zəminində insanların müxtəlif dini sekta və qruplara üzv olmağa meyilli olması gerçəyi, vəziyyətin getdikcə kritikləşəcəyini göstərir. Nə qədər arzuedilməz olsa da, vəhabiliyin yaxın gələcəkdə yeni güc əldə edəcəui, öz sıralarını əhəmiyyətli dərəcədə genişləndirəcəyi və güclü sosial bazaya malik bir təriqət kimi oturaşacağı ehtimalı böyükdür. Belə olan təqdirdə dini-ideoloji zəmində müxtəlif ziddiyyət və münaqişələrin meydana çıxacağı şübhəsiz kimi görünür. Bu isə rusiya, İran və Ermənistan kimi türk qanına susayan xarici ölkələrlə əhatələnən Azərbaycan üçün çox ciddi təhlükədir. Əcnəbi ölkələrin daxili faktorlardan, etnik və dini zəmində olan narazılıqlardan hər zaman həvəslə yararlanmağa cəhd etməsi həqiqəti bu təhlükənin qarşısını zamanında almağın zəruri olduğunu göstərir. Əks təqdirdə, Azərbaycan üçün ən böyük təhlükə elə Azərbaycanın öz içindən baş qaldıracaq və bütövlükdə dövlətçiliyi ciddi sınaqlar qarşısında qoyacaqdır.

İlqar Rəsulov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vəhabi meyidləri Sumqayıtda reklam edilir

    Vəhabi meyidləri Sumqayıtda reklam edilir ...

    21-02-2014, 00:18

  • 
  • Vəhabi ilahiyyatçıdan sərsəm çağırış

    Vəhabi ilahiyyatçıdan sərsəm çağırış ...

    9-03-2015, 22:19

  • 
  • SUMQAYITDA SURIYADAN QAYIDAN SILAHLI VƏHABI TUTULDU

    SUMQAYITDA SURIYADAN QAYIDAN SILAHLI VƏHABI ...

    24-03-2014, 14:50

  • 
  • Bakıdakı vəhabi xanımlar hamını ərləri ilə hədələyir: Hansı məscidin qarşısında “bazar” açılıb? - FOTOLAR

    Bakıdakı vəhabi xanımlar hamını ərləri ilə ...

    20-07-2016, 01:22

  • 
  • Vəhabi can verərkən "müqəddəs əhli-beyt" dedi - Video

    Vəhabi can verərkən "müqəddəs ...

    9-01-2014, 14:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu