Sumqayıt polisi Suriyaya vuruşmağa gedib, sonradan geri dönən şəxsi saxlayıb Vesti.az-ın məlumatına görə, saxlanılan 1988-ci il təvəllüdlü Rasim Bədəlov 6 ay əvvəl Suriyadan qayıdıb. Onun yaşadığı mənzildən "Kalaşnikov" markalı avtomat, əl qumbarası və ekstremist xarakterli dini ədəbiyyat aşkarlanıb. Dindirilmə zamanı tutulan şəxs silah-sursatı Azərbaycanda əldə etdiyini bildirib. O, Suriyaya Türkiyənin Hatay vilayətindən keçdiyini, bu barədə doğmalarına heç bir məlumat vermədiyini deyib. Rasim Bədəlov Suriyada Əsəd rejiminə qarşı döyüşdüyünü, sonradan isə onların qəddarlağını görüb, bundan qorxduğu üçün geri dönməyə qərar vediyini etiraf edib. O, səhf yolda olduğunu da boynuna alıb. Rasim Bədəlov idmançıdır və vəhhabi təriqətinə mənsubdur. Saxlanılan şəxsin ötən il Sumqayıtda baş verən sələfi və xəvarici təriqətlərindən olan şəxslər arasında silahlı insidentdə iştirakı da istisna edilmir. Bu arada Suriyada çeçen millətindən olan bir şəxsin komandanlığı altında azərbaycanlılardan ibarət dəstənin Suriyanın əl-Bab şəhərini ələ keçirdikləri barədə məlumatlar dolaşır. Çeçen komandirin nəzarətində Qafqaz millətlərindən olan qruplar və xeyli sayda avtomobil var. Bu dəstələrdə keçmiş sovet ölkələrindən 10 mindən artıq mücahid var, Qafqazlıların sayı isə 1000 nəfərdir. Bu dəstələrin döyüşçüləri arasında milli qarşıdurmaların başladığı bildirilir. Apa tv-nin xəbərinə görə, bu konfliktlərdə çeçenlərin, dağıstanlıların, azərbaycanlıların, qazaxların, özbəklərin və ərəblərin adı daha çox hallanır. Bəzən bu qarşıdurmalar ölümlə də nəticələndiyi barədə də xəbərlər dolaşır.
Sorğu
Yeni dizaynımız necədir?