Küveytdən olan ilahiyyatçı İŞİD-in əmmələrini belə dəstəklədi
İlahiyyatçı Misir piramidalarını və Sfinksi məhv etməyi təklif edib.
Küveytdən olan bir ilahiyyatçı İbrahim əl-Kəndari bildirib ki, əgər fironların hakimiyyəti vaxtı Misirə gələn müsəlmanlar bunları dağıtmayıbsa, bu, o demək deyil ki, biz bunu etməməliyik. Məhəmməd peyğəmbər öz zamanında Məkkədəki bütləri məhv edibsə, onun nəslinin davamçıları da bütpərəstliyə son qoymalıdırlar. Baxmayaraq ki, firon dövründə tikilənlər indiki zamanda sitayiş obyekti deyil, sadəcə tarixin, mədəniyyətin və arxitekturanın abidələridir.
Qeyd edək ki, bir müddət əvvəl məhz belə bir təklifi İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi də etmişdi. O, tarixi abidələri məhv etməyi "dini borc" adlandırmışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?