GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Avropa Birliyindən demokratik seçki tələbi

Avropa Birliyindən demokratik seçki tələbi

Tarix: 21-06-2013, 17:19 Bölmə :Manşet Baxış: 859
Avropa Birliyindən demokratik seçki tələbi

"Ümid edirik ki, Azərbaycanda prezident seçkiləri ən yüksək beynəlxalq standartlar səviyyəsində keçiriləcək"

Azərbaycan prezidenti İlham Əliyev iyunun 21-də Brüsseldə Avropa Birliyi rəsmilərilə görüşlərə başlayıb.İlk görüş Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompuy ilə keçirilib. Görüşdən sonra onlar jurnalistlərə bildiriblər ki, regional təhlükəsizlik və sabitlik, həmçinin enerji təhlükəsizliyi məsələlərini müzakirə ediblər.
İlham Əliyev çıxışında demokratik inkişaf sahəsində dəstəyə görə Avropa qurumlarına təşəkkür edib. O bildirib ki, Azərbaycan Avropaya mümkün qədər yaxın olmaq istəyir və Şərq Tərəfdaşlığı Proqramının fəal üzvüdür: “Avropaya nə qədər yaxın olsaq, inkişafa daha çox imkanımız olar, o cümlədən demokratik inkişaf üçün. Mən Avropa qurumlarına bu sahədə əməkdaşlığına görə təşəkkür edirəm.
Məncə, demokratiyanın inkişafı, insan haqları sahəsindəki əməkdaşlıq ən yüksək beynəlxalq standartlara uyğun siyasi islahatlar həyata keçirməkdə Azərbaycana kömək edir. Sözsüz ki, sizin bu gün söz açdığınız məsələlər ətrafında da əməkdaşlığı davam etdirəcəyik”.
İlham Əliyev görüşdə regional təhlükəsizlik və sabitlik, münaqişələrin həlli məsələlərini də müzakirə etdiklərini deyərək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatını yüksək qiymətləndirdklərini və Helsinki prinsiplərinə diqqət çəkilməsindən məmnunluq duyduqlarını deyib. O bildirib ki, Helsinki prinsiplərinə görə, millətlərin öz müqəddəratını təyin etmə hüququ dövlətlərin ərazi bütövlüyü prinsipini pozmamalıdır. “Erməni xalqının artıq Ermənistan dövləti var. Azərbaycan ərazisində erməni xalqının öz müqəddaratını ikinci dəfə təyin etməsi yolverilməzdir.
Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində tezliklə həllində və BMT-nin bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin icrasında maraqlıdır, erməni qüvvələrinin Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədlərindən dərhal çıxarılmasını tələb edir” – deyə prezident bildirib.
Enerji təhlükəsizliyi barədə müzakirəyə toxunan İlham Əliyev deyib ki, TANAP layihəsinin elan edilməsi Cənub Qaz Dəhlizinin icrasına əlavə imkanlar açır və yaxınlarda qəbul ediləcək qərarlar bu vacib enerji layihəsinin icrasına gözəl şərait yaradacaq. Layihə həmçinin Avropanın enerji xəritəsini tamamilə dəyişəcək: “Bu, hər tərəf üçün sərfəli vəziyyətdir. Azərbaycan bununla Avropada uzunmüddətli etibarlı qaz bazarı əldə edir. Avropa isə qarşıdakı onillər ərzində Azərbaycandan alternativ qaz mənbəyi əldə edir. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin vaxtında icrası sahəsində sıx əməkdaşlıq olduqca həyati əhəmiyyətlidir”.
Avropa Şurasının Prezidenti Herman Van Rompuy isə bildirib ki, Azərbaycan prezidenti ilə regional və beynəlxalq təhlükəsizlik, enerji əmnəkdaşlığı, Azərbaycanda demokratik islahatlar və əsas azadlıqların təmin olunması məsələlərini müzakirə ediblər: “Mən Avropa Birliyi prezidentinin demokratiya və müştərək dəyərlərin, xüsusilə də insan haqları və fundamental azadlıqların təmin olunmasında Azərbaycanla uzunmüddətli assosiasiya razılaşması barədə fikirlərini xatırlatdım. Xüsusilə də qarşıdan gələn prezident seçkisini müzakirə etdik. Ümid edirik ki, 2013-cü ilin sonlarına nəzərdə tutulan prezident seçkisi yüksək standartlara uyğun təşkil ediləcək”.
Herman Van Rompuy əlavə edib ki, Şərq Tərəfdaşlığı proqramının icrasında daha çox uğurlar görmək istədiklərini diqqətə çatdırıb: "Mən Avropa Birliyinin Cənubi Qafqazda sabitliyin Qarabağ münaqişəsinin ədalətli həlli olmadan mümkün olmadığını qeyd etdim. Biz bu münaqişənin həllinə dair ATƏT-in Minsk Qrupunun həyata keçirdiyi vasitəçilik missiyasına dəstəyimizi davam etdiririk. Mən Minsk Qrupu ölkələri prezidentlərinin bu həftənin əvvəlində Qarabağ münaqişəsinə dair birgə bəyanatlarına dəstəyimi ifadə etdim".
Avropa Birliyi Şurasının prezidenti deyib ki, Avropanın qaz təchizatına dair Cənub Qaz Dəhlizi layihəsinin icrasını da müzakirə ediblər. Onun fikrincə, Avropa Birliyi ilə Bakı enerji sahəsində əməkdaşlıqda indiyə qədər xeyli uğurlar əldə edib, amma görüləsi işlər də hələ çoxdur.
Ilham Əliyevin sonrakı görüşü Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo ilə olub. Görüşdən sonra onlar birgə brifinq keçirib. İlham Əliyev deyib ki, Avropa Komissiyasına Azərbaycanın demokratik inkişafında , insan haqlarını qorumaqda , siyasi islahatlarda göstərdiyi köməyə, həm siyasi, həm də iqtisadi islahatlara dəstəyə görə minnətdardır.
Barrozo isə İlham Əliyevlə “Çox açıq və dostcasına” müzakirə apardığını bildirib. O, müzakirə olunan məsələləri də qısaca sadalayıb. “Azərbaycan bizim üçün çox mühüm və etibarlı tərəfdaşdır. Biz enerji məsələsini müzakirə etdik. Biz Cənub Qaz Dəhlizi layihəsində 2011-ci ildən bəri böyük tərəqqi əldə etmişik. Qaz kəməri ilk olaraq ildə Avropaya 10 milyard kub metr qaz gətirəcək. Bu, Avropada qazın miqdarına, qiymətlərinə, iqtisadi inkişafa töhfəsini verəcək.
Ümid edirik ki, Azərbaycanda prezident seçkiləri ən yüksək beynəlxalq standartlar səviyyəsində keçiriləcək. Azadlıqlar, güclü vətəndaş cəmiyyəti uzunmüddətli rifahın zəminidir”.

“Siyasət şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Demokratik Qüvvələr Birliyi indi nə istəyir?

    Demokratik Qüvvələr Birliyi indi nə istəyir? ...

    24-07-2013, 14:03

  • 
  • Avropa Birliyi Azərbaycana 30 mln. avro ayırdı

    Avropa Birliyi Azərbaycana 30 mln. avro ayırdı ...

    6-11-2013, 23:00

  • 
  • Prezident İlham Əliyev: "Azərbaycan ilə Niderland arasında əlaqələr fəal şəkildə inkişaf edir"

    Prezident İlham Əliyev: "Azərbaycan ilə ...

    18-05-2016, 13:55

  • 
  • "Azərbaycan hökuməti insan hüquqları və qanunun aliliyinə pis münasibətdə"

    "Azərbaycan hökuməti insan hüquqları və ...

    17-11-2013, 12:07

  • 
  • Avropa Birliyi Rusiyanı təəccübləndirib

    Avropa Birliyi Rusiyanı təəccübləndirib ...

    27-11-2013, 00:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu