Hyuc Vilyamson: «Azərbaycan hökuməti insan hüquqları və qanunun aliliyinə pis münasibətilə Avropa Birliyini məyus edir» Məlum olduğu kimi, noyabrın 28-29-da Litvanın paytaxı Vilnüs şəhərində Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” sammiti keçiriləcək. Bu sammitdə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Avropa Birliyi ilə münasibətləri olan ölkələr arasında daha dərin siyasi və iqtisadi əlaqələrin əsası qoyulacaq.
Avropa Birliyi 6 keçmiş Sovet respublikası - Ukrayna, Belarus, Moldova, Azərbaycan, Ermənistan və Gürcüstanla demokratiya, qanunun aliliyi, insan hüquq və azadlıqlarına əsaslanan münasibətlər qurmaq fikrindədir.
“Human Rights Watch” təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyuc Vilyamson bu məsələ ilə bağlı fikirlərini bölüşərək deyib ki, Avropa Birliyi sammit zamanı bu ölkələrin rəhbərlərinə insan hüquqları və demokratiyanın prioritet məsələ olduğu haqda aydın mesaj verməlidir: “Avropa Birliyi ilə Azərbaycan arasında assosiasiya müqaviləsi üzrə danışıqlar ilin əvvəlindən faktiki dayandırılıb. Azərbaycan hökumətinin qanunun aliliyi və insan hüquqları məsələsinə pis münasibəti Avropa Birliyini ciddi şəkildə məyus edir. Son bir il ərzində Azərbaycan hökuməti siyasi fəallara qarşı genişmiqyaslı repressiyalara başlayıb. Heç kim üçün təəccüblü deyil ki, Azərbaycan hökuməti Avropa Birliyilə münasibətlərdə insan hüquqları məsələsinin arxa planda olmasında israrlıdır. Bu il Azərbaycanda baş tutmuş prezident seçkiləri hökumətin fundamental hüquq və azadlıqları kəskin məhdudlaşdırması, kobud şəkildə pozması şəraitində keçirilib. ATƏT seçkiləri sərt şəkildə tənqid edib”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?