1992-1995-ci illərdə Xətai rayon prokuroru olmuş Mahir Cavadov Etatist.com saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
"1995-ci ilin mart ayının 17-dən bu vaxta qədər demək olar ki, hər il eyni insanlar Milli Şura kimi təşkilatlar yaradıblar"
- Azərbaycanda gedən son siyasi prosesleri izləyirsinizmi?
- Məncə Azərbaycanda real siyasi proses yoxdur, aldanmaq istəyən xarici ictimaiyyəti aldadıb, əbədi hakimiyyətdə qalmaq üçün ancaq Əliyevlərin saxta seçki oyunu var.
- Yəni Siz hakimiyyətin dəyişəcəyinə inanmırsınız?
- Mən ona inanıram ki, Əliyevlər seçki yolu ilə və ona alternativ kimi, adları hallananların fəaliyyəti nəticəsində, hakimiyyətdən gedən deyillər.
- Ölkə müxalifəti inqilabi proseslərin başladığını bəyan edir...
- Bilməlisiniz ki, hakimiyyətin bir anda dəyişməsini inqilab adlandırırlar. Azərbacanda inqilaba şərait yoxdur. Əliyevlər ancaq Suriyada olduğu kimi, müharibə nəticəsində hakimiyyətdən gedə bilərlər və elə o cür də hakimiyyətdən gedəcəklər.
- Suriyada son 1 ildə 100 min insan dünyasını dəyişib. Bu halların ölkəmizdə də olmağı sizi narahat etmir ki?
- Tarixən və bütün uğurlu xalqlarda "son həddə hərəkət" qanunu vardır. Yəni, "az ziyanla, çox ziyanın qarşısını almaq" qanunu. Əliyevlər Azərbacanda elə şərait yaradıblar ki, onlara qarşı müharibə az ziyandır, onların saxta seçkilərlə hakimiyyətdə qalması çox ziyan
- 28 May - Cumhuriyyət Günü, müxalifət liderlərinin təşkilatçılığı ilə Milli Şura yarandı, buna münasibətiniz necədir?
- Diqqət yetirsəniz, əmin olarsınız ki, 1995-ci ilin mart ayının 17-dən bu vaxta qədər demək olar ki, hər il eyni insanlar Milli Şura kimi təşkilatlar yaradıblar. Hansı ki, indiyə gədərki işləri əsasən bir-biriləri ilə görüşüb söhbətlər aparmaqdan, bəyanatlər verməkdən ibarət idi. Elə indiki Milli Şura kimi. Amma bu dəfə iqtidarda illərcə təmsil olumuş, hakimiyyətin ən yaxın adamlarından biri, bu gün məhbus həyatı yaşayan Əli İnsanov belə Milli Şuraya dəstək verib. Bu hakimiyyət düşərgəsini narahat edir. Aksiomdur ki, onların o fəaliyyətləri Azərbaycanda hec bir müsbət siyasi dəyişikliyə səbəb olmayacaq. Məncə 100 min Əli İnsanov kimisinin, kiməsə, əsasən də Milli Şuraya dəstək olması, indiki hakimiyyətin seçki oyunu ilə hakimiyyətdə qalmasına heç cür mane ola bilməz.
- KXCP sədri Mirmahmud Mirəlioğlu sizin də Milli Şurada təmsil olunmağınızı təklifini irəli sürmüşdü. Buna münasibətiniz necədir?
- Mirmahmud bəyə təşəkkür edirəm. Onun bu cəsarətini müsbət qiymətləndirirəm.
"Milli Şurada olmaq, hakimiyyətin təşkil etdiyi seçkilərdə iştirak etmək deməkdir"
- Bəs bu təklifə razılıq verməyi düşünürsünüz?
- Xeyr. Çünki Milli Şurada olmaq, hakimiyyətin təşkil etdiyi seçkilərdə iştirak etmək deməkdir. Yəni, seçkilərin saxtalaşdırılmasında Əliyevlərə kömək etmək deməkdir.
- Bu gün sizə Azərbaycanda geden proseslərə "kənardan baxıb məsləhət verir" deyənlər var...
- Facebookda mənə yazırlar ki, "siz göz həkimi deyilsiniz, ancaq burda yazmaqla bizim gözlərimizi açmısınız".
- Vətənə qayıtmağı düşünürsünüz?
- Mən ancaq vətənə qayıtmaq üçün yaşayıram. Məlum məsələdir ki, mənim qayıtmağıma mane olan əsasən hakimiyyətdir və bu işdə onların özləri ücün yaratdıqları müxalifət.
"Məni Qazaxsıtanda "Persona non-qrata" bəyan etdirməyi də mühüm bilib"
- Konkret sizin ölkəyə dönüşünüzdə qarşınıza çıxan problem nədir?
- Pasportumda göstərilən qadağalar. O qadağaları hakimiyyətdən sui istifadə edərək Əliyevlər qoydurublar. Orada yazılana görə, mən nəyin ki, Vətənim Azərbaycana, o cümlədən onunla bilavasitə və dolayısı həmsərhəd olan ölkələrə belə gedə bilmərəm. Məlum edim ki, mən dünyada yeqanə siyasi mühacirəm ki, onun vətənində hakimiyyətdə olanlar ona o cür qadagalar qoydurmağı özləri ücün mühüm bilib. Hətta məni Qazaxsıtanda "Persona non-qrata" bəyan etdirməyi də mühüm bilib. Bu faktı sizə təqdim etdiyim Qazaxıstandan olan jurnalist Madina İsakovanın məqaləsinə əlavə edilən arayış təsdiq edir.
- Siz qeyd etdiniz ki, hakimiyyət dəyişməyənə qədər siz ölkəyə dönə bilməzsiniz. Və onu da qeyd etdiniz ki, siz ölkəyə qayıtmaq üçün çalışırsınız. Onda belə çıxır ki, ölkəyə qayıtmağınız mümkün olmayacaq?
- O, qadağalar inzibati qadağalardır. Məhkəməyə mürciətlə onları ləgv etmək olar.
- Hansı şərait olmalıdır ki, vətənə dönə biləsiniz?
- Əgər vətəndə olan tərəfdarlarım, özlərini İlham Əliyevin polisindən müdafiə etsələr, onda mən vətənə qayıdaram.
- Bir də Avstriyada nə işlə məşğulsunuz?
- Ancaq vətənə qayıtmaq işi ilə. Məsələn, Azərbaycanla həmsərhəd olan ölkələrə gəlməyə calışıram.
- Yeri gelmisken qonsu İran İslam Respublikasinda yaşayırdınız, bəs necə oldu ki, oradan uzaqlaşdınız?
- Heydər Əliyev, Amerika ordusunun strateji tədqiqatlar institutunun rəhbəri Stephen Blankın məqaləsini İran rəsmilərinə təqdim etməklə, oradan məni cıxara bildi. Onlar elə bilirdilər ki, mənim Avstriya pasportumu ləğv etdirəndən sonra İran rəsmilərinin məni onlara verməkdən başqa yolları qalmayacaq. Ancaq, İrandakı dostlarım mənə kömək etdilər.
"Mirzə Xəzərə zəng edib dedim ki, gəlmişəm İrana Azərbaycan hakimiyyətini devirim"
- Necənci ildə İrandan çıxdınız?
- 1998-ci ilin dekabrında Avstriadan İrana getdim və oradan Azadlıq radiosunun o zamankı aparıcısı Mirzə Xəzərə zəng edib dedim ki, gəlmişəm İrana Azərbaycan hakimiyyətini devirim. O da bu məlumatı yaydı. Bundan sonra hakimiyyət İranla təhlükəsizlik haqda müqavilə imzaladı. Buna əsasən mən İrandan ona qarşı hərəkət edə bilməzdim. 2003-cü ilin yanvarında mən məcburən İrandan Avstriyaya qayıtdım. Qayıtmaq fikrim yox idi.
- İrandan Azərbaycan hakimiyyətinə qarşı hansı addımları atacaqdınız?
- O zamanlar Heydər Əliyev İran Milli Şurasının katibi cənab Ruhanini Bakiya dəvət edib məndən ona şikayət etmişdi. Cənab Ruhani isə ona cavabən demişdi ki, "Mahir Cavadov sizə nə edə bilər ki, biz min nəfərlə ona nəzarət edirik". Heydər Əliyevsə cavabında bildirmişdi ki, "siz bilmirsiniz Mahir Cavadov çox istedadlı adamdır, imkan tapib məni devirə bilər". Cənab Ruhani Həsən hal-hazırda İran prezidenti secilib.
- Heydər Əliyev nəyə əsaslanıb sizin haqqınızda belə fikir yürüdüb?
- 1993-95-ci illərdə Heydər Əliyev dəfələrlə məni həbs etdirməyə və öldürtdürməyə cəhd etmişdi, ancaq bacarmamışdı. 1995-ci ilin iyun ayında məni Avstriya məhkəməsinə verib, həbs etdirib, almağa çalışdı. Hətta bunun ücün Azərbacanda ölüm cəzasınıda ləğv etdi. Ancaq, mən ona xaricdəki məhkəmələrdə tək başına qalib gəlirdim.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?