Mahir Cavadov: “Hakimiyyət daxilindəki qruplar Elşad Abdullayevin videolarından istifadə edir”
Keçmiş prokuror, “OMON”çu Mahir Cavadovun elitar.info saytına verdiyi müsahibəni təqdim edirik: - İlk öncә 17 il prokuror vәzifәsindә çalışmış Mahir bәyin hal-hazırkı fәaliyyәti nə yerdədir? - Mən ancaq hakimiyyətdə olan qarətçi-cinayətkar Əliyevlərə siyasi zidd qayıtmaq işi ilə məşğul oluram. - Bildiyimiz kimi 2013-cü il prezident seçkilәri ilidir. Builki seçkilәrlә bağlı nә düşünürsünüz? - Əgər İlham Əliyevə qarşı hərbi hərəkət olmasa, o bu seçkiləri də saxtalaşdırıb, hakimiyyətdə qalacaq. Yəni, azərbaycanlılar elə bugünkü kimi yaşamaqda davam edəcəklər. - Elşad Abdullayevin gündәmi uzun müddәtdir zәbt edәn videoları yәqin ki, sizin dә diqqәtinizә sәbәb olub. Bu videolar xalqda nәdәnsә canlanma, oyanıqlıq yaratmır. Çoxları bu videoları hakimiyyәtin növbәti oyunu kimi qiymәtlәndirir. Bu barәdә nә fikirlәşirsiniz? - Elşad Abdullayev naşı da olsa, ancaq çox səmimi formada qardaşının qatillərini ifşa etməyə çalışır. Onun videoları hakimiyyətin oyunu deyil. Necə ki, bizlər hər bir hadisəni hakimiyyətə qarşı istifadə edirik və etməyə çalışırıq, o cümlədən hakimiyyətin tərkibində olan qruplar da öz maraqlarında Elşad Abdullayevin videolarından istifadə etməyə çalışırlar. Bu təbii bir prosesdir. - Azәrbaycan müxalifәtini ölkәni idәrә edәcәk qәdәr güclü hesab edirsinizmi? - Nə qədər ki, İlham, Mehriban Əliyevlər və onların biznesmen övladları Azərbaycanda hakimiyyətdədirlər, orada heç kəs müxalifətin dediyi kimi hakimiyyətə gələ bilməz. Deməli, nə qədər ki, hakimiyyətimiz Əliyevlərin işğalındadır, hansısa “müxalifətin” dövlət idarəçiliyi barədə rəy söyləməyi ciddi hesab etmirəm. Əgər siz ənənəvi müxalifət liderlərini nəzərdə tutursunuzsa, məncə onlar dövlətimizi idarə edə bilməzlər. Niyə? Çünki, onlar 1992-93-cü illərdə hakimiyyətdə olublar, ancaq onu saxlaya bilməyiblər. Faktdır ki, 1993-cü il iyun hadisələri zamanı Elçibəy Naxçıvana getdikdə, o zamanlar onun ətrafı olmuş indiki ənənəvi “müxalifət” liderləri öz vəzifələrini atıb qaçıblar. Məgər Heydər, İlham Əliyevlər və ya hansısa dövlətdə prezident hansısa bölgəyə getdikdə onun məmurları, Elçibəyin ətrafı kimi vəzifələrini qoyub qaçırlar? Ümumən məlumdur ki, yox. - Digәr ölkәlәrdәn fәrqli olaraq Azәrbaycanda seçki, sәsvermә hüququ әhali arasında o qәdәr dә önәm daşımır. Bunun sәbәbini nәdә görürsünüz? - Çünki, əhali bilir ki, nə qədər ki, Əliyevlər Azərbaycanda hakimiyyətdədirlər, orada ədalətli və qanuni seçkilər ola bilməz. Axı, ümumən məlumdur ki, Əliyevlər cinayətlər etdikləri üçün hakimiyyətdən gedə bilməzlər. Çünki, onlar hakimiyyətdən getdikdə Misir prezidenti Mübarək kimi mühakimə ediləcəklər. Məsələn, hansı cinayətlərə görə? Ermənistanın xeyrinə Qarabağımız üzrə 12 may 1994-cü il tarixli əbədi (bu söz o sənəddə rəsmidir) atəşkəs müqaviləsinə imza edərək o ərazimizi ermənilərə verdiklərinə görə. Və ya Avropa Şurası Parlament Assambleyasının 13 aprel 2006-cı il tarixli arayışına əsasən yemək qıtlığı yaradaraq və tibbi yardımdan məhrum edərək 5 000 əsgərimizi öldürdüklərinə görə. Bax bu səbəblərdən Əliyevlərin Azərbaycandakı hakimiyyəti ictimai rəyə əsaslanmır, zalım və qanunsuz polis-əskər gücünə əsaslanır. Belə halda əlbəttə ki, əhali seçkilərə laqeyd olacaqdır. - Qarabağ probleminin hәllinә doğru atılan addımları necә dәyәrlәndirirsiniz? - Nəzərə alaraq ki, Əliyevlərin Azərbaycandakı hazırkı hakimiyyətləri, varisləri olduqları Heydər Əliyevin Ermənistanın xeyrinə Qarabağımız imzaladığı 12 may 1994-cü il əbədi atəşkəs müqaviləsinə əsaslanır, deməli, Qarabağ probleminin həlli istiqamətində onların atdığı bütün addımlar ancaq vətəndaşımızın aldadılmasına xidmət edirlər. Vəssalam. - Vətəndaşların pozulan hüquqlarının bərpa edilmәsi nә dәrәcәdә real görünür? - Onlar qanunların işlədiyi, varlı vətəndaşların yaşadığı dövlətdə indiki kimi “əbədi” hakimiyyətdə ola bilməzlər. Dövlətimizi, xalqımızı qarət edə bilməzlər. Əvvəldə dediyim kimi, Əliyevlərin hakimiyyətləri ictimai rəyə əsaslanmadığı üçün, mitinqlərdə, seçkilərdə onlara mənfi rəy bildirməklə, onlar hakimiyyətdən gedən deyillər. Yəni, qanuni haqlarımızı tapdaq etməkdə davam edəcəklər. Azər Zeynalov
Sorğu
Yeni dizaynımız necədir?